top
DPA: 'Sabah'ın Borussia qarşılaşmasında mövsümdə ən yüksək izləyici sayı gözlənilir Idman.biz
Bu gün, 13:57
- ↺ +

DPA: 'Sabah'ın Borussia qarşılaşmasında mövsümdə ən yüksək izləyici sayı gözlənilir

Almaniyanın "Deutsche Presse-Agentur" (DPA) informasiya agentliyi "Sabah" və Dortmund "Borussiya"sı arasında keçiriləcək UEFA Çempionlar Liqasının oyununa böyük tamaşaçı marağı ilə bağlı xüsusi material hazırlayıb.

İdman.Biz xəbər verir ki, Almaniyanın "Welt" nəşrində dərc olunan "Dortmundun rəqibi tamaşaçı sayını necə 40 dəfə artırır?" sərlövhəli məqalədə "Sabah"ın Azərbaycan çempionatında və Çempionlar Liqasında keçirdiyi oyunların tamaşaçı sayı arasındakı kəskin fərqə diqqət çəkilib.

Almaniyalı jurnalistlərin məlumatına görə, "Sabah"ın ölkə çempionatında bir mövsüm ərzində keçirdiyi ev oyunlarını ümumilikdə təxminən 40 min azarkeş izləyir. Halbuki "Borussiya" ilə qarşılaşmada tribunaları 55 minə yaxın azarkeşin dolduracağı gözlənilir.

DPA qeyd edir ki, "Sabah"ın Masazırda keçirdiyi çempionat oyunlarını, əsasən, 1000-1500 tamaşaçı izləyir. Çempionlar Liqasında isə Bakı klubu rəqiblərini təxminən 68 min nəfərlik Bakı Olimpiya Stadionunda (BOS) qəbul edir.

Almaniyalı jurnalistlər stadionun 2021-ci ilin yayında AVRO-2020-nin dörd oyununa ev sahibliyi etdiyini də xatırladıblar. Arenanın xarici görünüşü Münhendəki məşhur "Allianz Arena" ilə müqayisə olunub.

Agentlik "Sabah"ın Çempionlar Liqasındakı əvvəlki oyununa da toxunub. Praqanın "Slaviya" klubuna qarşı keçirilən və Azərbaycan təmsilçisinin 2:0 hesablı tarixi qələbəsi ilə başa çatan matçı stadiondan təxminən 30 min tamaşaçı izləyib. Dortmund klubu ilə qarşılaşmada isə bu rəqəmin, demək olar ki, iki dəfə artacağı gözlənilir.

Məqalədə "Borussiya"nın baş məşqçisi Niko Kovaçın fikirlərinə də yer verilib. Xorvatiyalı mütəxəssis oyunöncəsi məşqdən sonra "Sabah"ın doğma azarkeşlərinin güclü dəstəyinə arxalana biləcəyini bildirib.

"Bu komanda burada, şübhəsiz ki, böyük dəstək görəcək", - deyə Kovaç vurğulayıb.

Dortmund klubunun baş məşqçisi Azərbaycana ikinci səfəri ilə bağlı da müsbət fikirlər səsləndirib.

"Gözəl ölkədir. Hər kəsə tövsiyə edə bilərəm. Burada olmaq xoşdur", - deyə mütəxəssis bildirib.

DPA-nın müşahidələrinə görə, Bakıda keçirilən Çempionlar Liqası oyunları təşkilati miqyasına və tamaşaçı marağına görə milli komandaların qarşılaşmalarını xatırladır.

Almaniya agentliyi "Sabah" klubunun mövqeyinə də yer ayırıb. Klubdan bildirilib ki, bilet satışı ilkin gözləntiləri və planlaşdırılan göstəriciləri xeyli üstələyib.

Məqalənin sonunda almaniyalı jurnalistlər noyabrın 25-də Bakıda daha bir Avropa nəhənginin – İspaniyanın "Barselona" klubunun qonaq olacağını xatırladıblar.

Qeyd edək ki, "Sabah" - "Borussiya" qarşılaşması bu gün, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:42

"Neftçi"nin üzvlüyündə məşbufa - gənc futbolçu Şəhid qardaşına həstırlanıb kərış

Futbol
Bu gün, 14:40

Mançester City ciddi itki ilə üzləşib – Semenyo yaralandı

Futbol
Bu gün, 14:32

Sergen Yalçın Türkiyə milli komandasının baş məşqçisi təyin edildiyini açıqladı

Olimpiada
Bu gün, 14:12

Azərbaycanın birincisi tramplindən xizəklə tullanma idmançısı: Qorxunu yenib, fərqli reaksiya verir

Futbol
Bu gün, 14:00

İlkin Qırtımov Qəbələdə məşqçi vəzifəsini qəbul etdi

Futbol
Bu gün, 13:42

Neftçi Breno Almeyda transferi ilə bağlı şayiələrə aydınlıq gətirdi

Futbol
Bu gün, 13:40

Arsenal Deklan Raysa yeni müqavilə təklif etdi

Futbol
Bu gün, 13:37

Ronaldo cəzasının yüngülləşdirilməsini tələb etdi

Futbol
Bu gün, 13:35

Azərbaycan qadın futbol millisinin FIFA reytinqindəki mövqeyi dəyişməyib;

Basketbol
Bu gün, 13:28

Baş məşqçi Natali Nakase oyunçulara atəş və partlayış səsləri ilə motivasiya verir

Futbol
Bu gün, 13:20

Vitinya: Ballon d'Orun PSG oyunçusuna qalması ən haqlı nəticə olardı

Futbol
Bu gün, 13:00

Rüstəm Məmmədov: “Hadisə şişirdilib, heç kimə fiziki zor tətbiq etməmişəm”

Digər
Bu gün, 12:58

“Barselona” “Panatinaikos”dan ucuz oldu: Qazaxıstanda “Sabah” və “Kayrat”ın bilet qiymətləri müqayisə edildi - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 12:42

Timoteuş Puxaç: Karyeramı bitirəndə də Bakıya qayıdacağam - müsahibə

Futbol
Bu gün, 12:40

Liverpool, Bornmutdan Aleks Skott və Monakodan Lamin Kamara transferini nəzərdən keçirir

Futbol
Bu gün, 12:31

Harry Kane 100 oyunda 102 qol vurar, Bundesliqa rekordunu qırdı

Digər
Bu gün, 12:13

Azərbaycan İkinci Liqasında səkkizinci tura yekun vurulacaq

Digər
Bu gün, 12:10

Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçuların çıxışını yüksək qiymətləndirib

Digər
Bu gün, 12:00

Cahangir Həsənzadə: “Sabah” “Borussiya”dan çəkinməyəcək”

Digər
Bu gün, 11:43

“Gümüş medalla kifayətlənən idmançılardan deyiləm” - güləşçimiz Elmir Əliyevdən İDMAN.BİZ-ə AÇIQLAMA + FOTO

Digər
Bu gün, 11:40

CEV Çempionlar Liqası: "Turan" Xorvatiya təmsilçisinə qarşı

Digər
Bu gün, 11:32

“Sabah”ın oyununa görə Bakı metrosunda xüsusi iş rejimi tətbiq olunacaq

Digər
Bu gün, 11:20

İngiltərə nəhəngləri "Sabah"ın rəqibinin müdafiəçisinin transferində maraqlıdır

Oxşar xəbərlər