top
İspaniya Bakı mundialına hazırdır: “Real”, “Barselona” yetirmələri və “Arsenal”lı futbolçunun qardaşı heyətdə Idman.biz
Bu gün, 10:43
- ↺ +

İspaniya Bakı mundialına hazırdır: “Real”, “Barselona” yetirmələri və “Arsenal”lı futbolçunun qardaşı heyətdə

İspaniya Kral Futbol Federasiyası (RFEF) oktyabrın 24-dən 30-dək Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək milli komandanın heyətini açıqlayıb.

İdman.Biz RFEF-in rəsmi saytına istinadən xəbər verir ki, İspaniya yığmasının heyətinə ölkənin aparıcı klublarının akademiyalarını təmsil edən 14 futbolçu daxil edilib.

Madridin "Real"ı, "Barselona" və "Betis" komandalarının hərəsi yığmaya üç futbolçu göndərib. "Valensiya" iki, Madridin "Atletiko"su, "Vilyarreal" və "Espanyol" isə hərəsi bir oyunçu ilə təmsil olunacaq.

Heyətdə diqqət çəkən futbolçulardan biri "Valensiya"nın müdafiəçisi Yulian Moskeradır. O, Londonun "Arsenal" klubunda çıxış edən və İspaniya millisinin üzvü olan Kristian Moskeranın kiçik qardaşıdır.

Milli komandanın heyətini baş məşqçi Ernan Peres müəyyənləşdirib. Lakin Bakıdakı turnirdə yığmaya David Qordo rəhbərlik edəcək. Buna səbəb Peresin həmin tarixlərdə Avstriyada keçiriləcək UEFA İnkişaf Turnirində İspaniyanın U-16 millisinin baş məşqçisi kimi fəaliyyət göstərməsidir.

İspaniyalı futbolçular oktyabrın 20-də Las-Rosasdakı federasiya bazasında toplaşacaq, oktyabrın 22-də isə Azərbaycana yola düşəcəklər.

Qrup mərhələsində İspaniya yığması oktyabrın 24-də Çili, oktyabrın 25-də Konqo və Tacikistan, oktyabrın 26-da isə Barbados və Küveyt komandaları ilə qarşılaşacaq.

Turnir qeyri-adi formatda – səkkiz nəfərlik komandalar arasında keçiriləcək. Hər oyun 20 dəqiqəlik iki hissədən ibarət olacaq. Görüşlər Hövsan İdman Kompleksində və Bakı Kristal Zalında təşkil ediləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 12:00

Cahangir Həsənzadə: “Sabah” “Borussiya”dan çəkinməyəcək”

Digər
Bu gün, 11:43

“Gümüş medalla kifayətlənən idmançılardan deyiləm” - güləşçimiz Elmir Əliyevdən İDMAN.BİZ-ə AÇIQLAMA + FOTO

Digər
Bu gün, 11:40

CEV Çempionlar Liqası: "Turan" Xorvatiya təmsilçisinə qarşı

Digər
Bu gün, 11:32

“Sabah”ın oyununa görə Bakı metrosunda xüsusi iş rejimi tətbiq olunacaq

Digər
Bu gün, 11:20

İngiltərə nəhəngləri "Sabah"ın rəqibinin müdafiəçisinin transferində maraqlıdır

Digər
Bu gün, 11:13

Bakı metrosu “Sabah”ın oyunu ilə əlaqədar xüsusi rejimdə işləyəcək

Digər
Bu gün, 11:00

“Sabah”la oyun öncəsi böhran: "Borussiya" baqajı təyyarəyə yerləşdirə bilmədi

Digər
Bu gün, 10:58

Çempionlar Liqasında ehtiyat oyunçular rekord sayda qol vurublar

Digər
Bu gün, 10:28

“Borussiya” Bakıya uçuş zamanı məcburi enişdən qeyri-adi üsulla yayınıb

Digər
Bu gün, 10:20

FIFA U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi

Digər
Bu gün, 10:13

Bakıda kişilər və qadınlar arasında tennis çempionatı başlayır

Digər
Bu gün, 10:00

“Neftçi”nin futbolçusu Avropaya yollanır? PAOK-dan gözlənilməz addım

Digər
Bu gün, 09:52

Məşhur futbolçu ilə müğənninin gizli sevgisi üzə çıxdı

Digər
Bu gün, 09:52

“Borussiya” Bakıdakı stadionla bağlı zarafatında vacib faktı gözdən qaçırdı - VİDEO

Digər
Bu gün, 09:44

“Fənərbağça”nın “Slaviya” sınağı, PSJ - “Barselona” dueli: Çempionlar Liqasında doqquz oyun - AFİŞA

Digər
Bu gün, 09:40

"Qızıl Top" mərasiminin aparıcıları müəyyənləşdi

Digər
Bu gün, 09:38

FIFA-nın tarixi turnirinin ilk xarici iştirakçıları Bakıya gəlib - FOTO

Digər
Bu gün, 09:23

“Sabah” bu gün Çempionlar Liqasında “Borussiya” ilə qarşılaşacaq

Digər
Bu gün, 09:20

22 yaşlı hücumçu "Yuventus"un "radar"ına düşüb

Digər
Bu gün, 09:08

“Barselona” Avropanı fəth etməyə hazırlaşır - Laporta hədəfi açıqladı

Digər
Bu gün, 09:00

ÇL: "Sabah" "Borussiya" ilə üz-üzə

Digər
Bu gün, 08:46

“Kristal Palas”da baş məşqçinin taleyi həll olundu - 0:5-dən sonra qərar

Digər
Bu gün, 08:40

"Ştutqart"ın qapıçısı "Bavariya"ya keçə bilər

Oxşar xəbərlər