top
Tərəqqi medalı alan alpinist Vəfa Musayeva: Zəfər mənə Everest yolunda ilham verdi Idman.biz
25 dekabr 2025, 18:00
- ↺ +

"Tərəqqi" medalı alan alpinist Vəfa Musayeva: Zəfər mənə Everest yolunda ilham verdi

"Bu medal bir Azərbaycan qadını kimi mənim üçün çox böyük əhəmiyyətə malikdir. Həqiqətən də çox təsirləndim. Bilirdim ki, bu tarixi hadisə - Everest (8 848 metr) və Lhotse (8 516 metr) zirvələrinə qalxmaq, elit alpinistlər sırasına düşmək dövlətimiz tərəfindən çox yüksək qiymətləndiriləcək. Əmin idim ki, bu nailiyyət ölkə rəhbərliyi və idman qurumlarının diqqətindən kənarda qalmayacaq".

Bu sözləri Prezident İlham Əliyevin Sərəncamına əsasən, "Tərəqqi" medalı ilə təltif olunan azərbaycanlı alpinist Vəfa Musayeva deyib.

İdmançı bildirib ki, bu medala layiq görülmək onun üçün böyük şərəf və qürurdur.

"Adımın həmin siyahıda olması və orada dövlətimizin başçısının imzasını görmək mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Düşünürəm ki, insan üçün onun mənsub olduğu yer, çalışdığı sahə və xüsusilə də dövlətinin lideri nümunəvi rol oynayır. Liderin xüsusiyyətləri, fəaliyyəti və insanlarda yaratdığı ruh yüksəkliyi çox önəmlidir. Hazırda çox emosionalam və fikirlərimi tam ifadə etməkdə çətinlik çəkirəm. Amma onu demək istəyirəm ki, həqiqətən çox böyük Liderimiz var və bu, bizə güc verir", - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.

Alpinist 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərin ona ilham verdiyini vurğulayıb: "Ali Baş Komandan İlham Əliyev 30 illik münaqişəni cəmi 44 günə, yəni çox qısa müddətdə öz siyasəti və bacarığı ilə sona çatdırdı. O, 30 il həsrətində olduğumuz torpaqları geri qaytardı. Həmin rayonlar arasında uşaqlığımın keçdiyi və illərlə həsrətini çəkdiyim Cəbrayıl da var. Everestə yola düşməzdən əvvəl Cəbrayıla, kəndimizə getdim. Orada çox dərin emosiyalar yaşadım və öz-özümə dedim ki, əgər bizim Liderimiz 44 günə xalqımız üçün bu qədər böyük qələbə qazandısa, mən də 44 yaşımda bir Azərbaycan qadını olaraq əlimdən gələni etməliyəm. Elə bu fikirlərlə yola çıxdım. Ona görə də "44" rəqəmi mənim üçün hər baxımdan xüsusi və dəyərlidir. Tarix boyu Azərbaycan qadınları həmişə nümunəvi olublar. Sevinirəm ki, bu gün o nümunəni davam etdirənlər sırasında mən də varam".

V. Musayeva "Tərəqqi" medalının bundan sonrakı fəaliyyətində onun üçün böyük məsuliyyət olduğunu bildirib: "Bu medal daim xatırladacaq ki, Vətənimin başını uca saxlamaq və ona layiqli vətəndaş kimi xidmət etmək mənim borcumdur. Bu, mənim üçün həm simvol, həm də dəyərli nişanə olacaq. Həm Azərbaycan müəllimi, həm alpinist, həm də qadın və ana kimi bu medala layiq görüldüyüm üçün sonsuz qürur hissi keçirirəm. Göstərilən diqqətə görə bütün qəlbimlə təşəkkür edirəm".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 05:11

İslam Mahaçev UFC-də son döyüşlərindən birini planlayır

Futbol
Bu gün, 04:08

Luis Enrike PSJ-dəki 127-ci qalibiyyəti barədə danışdı: “Bu, bəxtim gətirir”

Futbol
Bu gün, 03:37

Eto Real Madridə ilk gəlişində Barajas hava limanında kimsə tərəfindən qarşılanmadığını açıqladı

Futbol
Bu gün, 02:30

“Chelsea”nin keçmiş sahibi Roman Abramoviç Baku International Art Festivaldə ukraynalı model ilə göründü

Futbol
Bu gün, 01:58

Vilyarreal Ev Sahasında Espanyol'a 0-1 məğlubiyyət aldı

Futbol
Bu gün, 01:46

Elversberg ev sahəsində Mayntsı 4-1 məğlub etdi

Futbol
Bu gün, 01:40

Luis Enrike PSJ tarixində ən çox qələbə qazanan məşqçi rekordunu yenilədi

Futbol
Bu gün, 01:07

Osimhen atalıq etdi, ertəsi gün Qalatasaray formasında qol vurdu

Futbol
Bu gün, 00:56

‘Eqnatiya’ komandası Albaniya Superliqasında liderliyə qalxdı

Futbol
Bu gün, 00:49

Qızıl top: Keyn 28 xal fərq ilə Mbappeni öndə götürdü

Cüdo
Bu gün, 00:37

Hidayət Heydərov: Birləşmiş Ərəb Əmirliklərində 'Böyük Dəbilqə' turnirində bürünc medal qazanıb

Futbol
Bu gün, 00:23

"Milan" Adrien Rabio və Alfaco Sisse üçün maaşlarını artırmağa hazırlaşır

Futbol
Bu gün, 00:04

PSJ liderliyini qorudu, “Nitsa” 5-2 ilə Renn’i məğlub etdi

Futbol
Dünən, 23:54

Turan Tovuz 3-2 ilə Sabahı məğlub etdi - Video

Futbol
Dünən, 23:32

Xabi Alonso Estevao Villianın oyun vaxtı və ayrılma ehtimalı barədə açıqlama verdi

Futbol
Dünən, 23:01

Qalatasaray 4-0 məğlub etdikdən sonra liderliyi möhkəmləndirdi

Şahmat
Dünən, 22:53

WFCC Qran-prisinin finalında dünyanın güclü solvistləri 30 min avro mükafat fondu uğrunda mübarizə aparacaq

Basketbol
Dünən, 22:40

"Naxçıvan" basketbol klubunun baş məşqçisi Georgi Kondureseviç: "Qarşıdağımızın Orduya məğlubiyyəti psixoloji hazırlığın zəifliyi ilə bağlıdır"

Qarabağ FK
Dünən, 22:28

Qarabağ Rəhbəri: Dinamo Zaqreblə Səfər Oyununda Qələbə Qazanmaq Məqsədimiz Var

Futbol
Dünən, 22:21

Mançester Yunayted yanvarda transfer işlərinə başlayır, rəhbərlikdə qeyri-müəyyənlik qalır

Güləş
Dünən, 22:07

Estoniyada keçirilən turnirdə Azərbaycan güləşçiləri yeddi medal qazanaraq komanda hesabında birinci

Futbol
Dünən, 22:01

Kurban Berdıyev: Azərbaycan çempionuna qarşı düzgün köklənmək əsas idi

Futbol
Dünən, 21:56

Juventus, Atletico hücumçısı Aleksander Sörlotu hədəf alır

Futbol
Dünən, 21:39

Martines, dünya çempionatının finalında məğlubiyyəti və zədə səbəblərini açıqladı

Oxşar xəbərlər