top
Tanış mənzərə, ağır mənzərə Qol.az
19 aprel 2025, 23:37
- ↺ +

Tanış mənzərə, ağır mənzərə

Bir dəfə Mahir Emreli demişdi bunu mənə. "Mən necə hücumçu olmağı Miroslav Klozedən öyrənirəm".

Mahir ötən yaydan Klozenin rəhbərliyi altında "Nürnberq"də oynayır. Bizi gah sevindirir, gah da məyus edir. Çox oyunda qol vura bilmir, amma vuranda da eləsini vurur ki, tənqidçiləri belə susmağa, hətta onu alqışlamağa məcbur olur. 

Biz bax belə Mahir görmək istəyirik. Davamlı qol vuran, xarakter göstərən, hər oyunda ən yaxşılardan olan.

Amma məsələ indi Mahir deyil. Klozedir ki, o, məşqçi kimi nəinki dünya, heç bu gün işlədiyi Almaniyanın 2-ci bundesliqasında da hələ möhürünü vurmayıb. Vurub-vurmayacağını da zaman göstərər.

Lakin istənilən bir hücumçunun, o cümlədən bizim Mahirin Klozenin yanında olması bir məktəbdir. Mahir əbəs yerə demir ki, "mən necə hücumçu olmağı Miroslav Klozedən öyrənirəm".

Kloze hücum futbolunun ustadıdır.

71 qolla Almaniya millisinin bombardiridir. 

Böyük peşəkardır.

Və bir gənc futbolçu necə böyüyə bilər, necə peşəkar ola bilər sualının cavabları elə Klozenin öz dilindən səslənmiş aşağıda təqdim etdiyim bu cümlələrin arasında gizlənib. Dünyada və bizdə dikbaşlıq edən hər bir gənc oyunçuya ibrət olmalıdır.

Oxuyaq!

"Mən karyeramı ona görə başa vurdum ki, artıq indiki futbolu tanımırdım. İndi gənc oyunçular fərqli düşünür. Mən uşaqlıqda ancaq məşqlər haqda fikirləşirdim. Və həm də futbolda necə uğur qazanmaq barədə. 

"Latsio"da və millidə hər məşqdən sonra buz vannasına uzanırdım ki, zədələrdən qaça bilim. Amma gənclər imtina edirdilər. Məşq bitəndə mənim top yığdığımı görəndə isə soruşurdular: "Niyə bunu sən edirsən? Texniki personal var". Həmin anda mən düşünürdüm: Sənin 20 yaşın var və 60 yaşlı işçiyə kömək etmirsən. Onları daha çox butslarının corablarının rənginə uyğun olub-olmadığı maraqlandırırdı. Məhz onda mən başa düşdüm ki, futbol dəyişib.

Bu gün gənc futbolçular ilk növbədə bahalı maşınlar, müqavilələr, sponsorlar və yeni butslar haqqında düşünürlər. Futbol onlar üçün ikinci plandadır. Onlar üçün əsas olan imicləridir. Amma mənim üçün hər zaman ən vacib olan oyunun özü olub - saf və kamil formada".

Tanış mənzərədir.

Ağır mənzərədir.

Aydın Bağırov

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:21

De Dzerbi Kristal Palas qalibiyyətindən sonra məmnunluğunu, amma daha çox qol vura biləcək ehtiyacı vurğuladı

Futbol
Bu gün, 01:58

Trua 2:0 Le-Manı məğlub etdi

Futbol
Bu gün, 01:38

“Real Madrid” futbolçusunun evinə “El Clasico” zamanı 350 min avrodan artıq dəyərində oğurluq

Digər
Bu gün, 01:20

Bakı noyabrın 23‑29‑da qreppling, pankration və həvəskar MMA dünya çempionatlarına ev sahibliyi edəcək

Futbol
Bu gün, 00:43

Bukovina ilə Livıy Bereq arasındakı matç hava hücumu təhlükəsi səbəbindən dayandırıldı

Futbol
Bu gün, 00:38

Cəlal qol vurdu, “Petrolul” evdə xal qazandı

Güləş
Bu gün, 00:26

Arseniy Djioyev: “Ümid edirəm ki, Azərbaycan bayrağı birinci yerdə olacaq”

Futbol
Bu gün, 00:21

Real Madrid müdafiəçisinin evində 350 min avro dəyərində əşyalar oğurlandı

Futbol
Bu gün, 00:12

Manchester United Karrikin gələcəyinə dair qərarı noyabr fasiləsinə qədər təxirə saldı

Futbol
Dünən, 23:55

Simeone La Liqasında ən çox qalib gələn məşqçi rekordunu yenilədi

Futbol
Dünən, 22:53

Rüfat Abdullazadə iştirak etdi, komandası 1:1 heç-heçə ilə tamamladı

Futbol
Dünən, 22:46

Murad Məmmədov Pafos üçün məğlubiyyətdən xilas oldu

Cüdo
Dünən, 22:39

İki Azərbaycan cüdoçusu U-23 Avropa çempionu

Futbol
Dünən, 22:38

Mourinyo yeddi günə üç matç tənqid etdi

Futbol
Dünən, 22:24

Rüfət Abdullazadənin komandası 1:1 nəticəni son anda bərabərlədi

Futbol
Dünən, 22:15

Spalletti: "Napoli qarşısında qələbə üçün rəqiblərdən daha çox istəmək lazımdır"

Olimpiada
Dünən, 21:59

Dakar 2026‑da Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadənin 800 m sərbəst üzmə yarışı ləğv edildi – məşqçinin etirazı

Futbol
Dünən, 21:48

Maykl Karrik Çelsiyə 0:2 məğlubiyyətdəki üç əsas səbəbi izah etdi

Futbol
Dünən, 21:01

"Sabah" klubu "Barselona" ilə UEFA Çempionlar Liqası matçı üçün hazırlanır

Qarabağ FK
Dünən, 20:45

Yeton Bekiri: "Qarabağ"la 0:0 hesablı heç-heçədə komandamdan razıyam, 1 xala layiq idi"

Futbol
Dünən, 20:39

Bayer evdə 4-2 məğlubiyyətə məruz qaldı, RB Leypsiq 2-0 qələbə qazandı

Qarabağ FK
Dünən, 20:36

Qurban Qurbanov: Çatışmazlıqlarımızı Gizlətməyəcəyik

Futbol
Dünən, 20:35

Maksimov: Cədvəldə sonuncu yerdə olduğumuz üçün futbolçularımız həyəcanlıdır

Futbol
Dünən, 20:25

Araz-Naxçıvan – Zirə matçı (2:2) video icmalı

Oxşar xəbərlər