top
Sumo Expo 2025-də Bakı-2026 Sumo üzrə Dünya Çempionatının təqdimatı keçirilib Idman.biz
12 avqust 2025, 15:13
- ↺ +

"Sumo Expo 2025"-də Bakı-2026 Sumo üzrə Dünya Çempionatının təqdimatı keçirilib

Yaponiyanın Osaka şəhərində yerləşən "Wase Exhibition Hall"da böyük "Sumo Expo 2025" tədbiri keçirilib.

İdman.biz xəbər verir ki, "Expo"da iştirak edən 158 ölkədən yalnız beş ölkə – Azərbaycan, Ukrayna, Monqolustan, Seneqal və Yaponiyadan olan peşəkar idmançılar və rəsmi nümayəndələr bu möhtəşəm tədbirdə bir araya gəliblər.

Tədbirin əsas məqsədi 2026-cı ildə Bakıda keçiriləcək sumo üzrə dünyaç təbliği və bu yarışa qlobal marağın artırılması olub. Ölkəmizi bu mötəbər sərgidə Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası təmsil edib. Assosiasiyanın vitse-prezidenti Ülvi Ağamirov sərgidə çıxış edərək çempionatın rəsmi PR videosunu təqdim etməklə yanaşı, maskot AZUMO-nu ictimaiyyətə tanıdıb və hər kəsi Bakıya dəvət edib.

Həmçinin Azərbaycanın Yaponiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri Gürsel İsmayılzadə, Osaka Expo Azərbaycan Pavilyonunun direktoru Əvəz Muradov və onun komandası da tədbirdə iştirak ediblər. Diqqət çəkən məqamlardan biri də Yaponiyanın ən nüfuzlu 12 universiteti arasında keçirilən sumo çempionatında Azərbaycan sumo yığmasının üzvü Cavid Yusifovun iştirak etməsi olub. O, açıq çəki kateqoriyasında ilk görüşündə Yaponiya universitetləri üzrə çempion olmuş rəqibini məğlub edərək, ölkəmizi böyük fəxrlə təmsil edib.

"Sumo Expo 2025" həm idman, həm də mədəniyyət sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi üçün əvəzolunmaz platforma olub. Tədbir Azərbaycan idmanının dünya səhnəsində mövqeyinin daha da güclənməsinə mühüm töhfə verib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:20

Mançester Siti üzvü Mateo Kovaçiç Fənərbaxça ilə danışıqları davam etdirir

Futbol
Bu gün, 15:15

Deşam Juventus baş məşqçiliyi üçün namizəd

Futbol
Bu gün, 15:12

Şəfa futbolçusu qara zolaqdən çıxmaq üçün mübarizə aparır

Futbol
Bu gün, 15:07

Manchester City futbolçusu Rayan Şerki 90 milyon avro ilə satıla bilər – Real Madrid və PSG maraqlanır

Cüdo
Bu gün, 14:57

Şon Bredi Qabriel Bonfimlə döyüşünün ləğv olunma səbəbi: dizində infeksiya

Futbol
Bu gün, 14:27

Denis Marandiçi: Ağır zədədən sonra da qələbə üçün mübarizədən qorxmuram

Futbol
Bu gün, 14:20

Beşiktaş 21 Yaşında Rus Futbolcusu Matvey Kislyak'a İlgi Gösteriyor

Formula 1
Bu gün, 14:12

Şarl Lekler Lyuis Hemiltonun "Ferrari" komandasında ona necə kömək etdiyini və komanda yoldaşından öyrəndiklərini açıqladı

Cüdo
Bu gün, 14:10

Hidayət Heydərov 1/8 finallaq mərhələyə keçdi

Futbol
Bu gün, 14:00

Mançester Yunayted qışda Dominik Kalvert-Lyuini transfer edəcək

Futbol
Bu gün, 14:00

Mauro İkardi: İtaliyada oynamağı arzulayıram, karyeramı bitirmək fikrində deyiləm

Cüdo
Bu gün, 13:57

Könül Əliyeva: Böyük Dəbilqə turnirinin çempionu olmağın sevinci və Olimpiya Oyunlarına hazırlıq

Basketbol
Bu gün, 13:42

Elşad Şirzadov: “Sabah qardaşım Şirzadla rəqib gözlə baxacağam”

Futbol
Bu gün, 13:20

Napoli, Rafa Marinin müqaviləsini uzatacaq

Futbol
Bu gün, 13:12

"Sabah"-ın prezidenti Puxaçın transferindəki mistik məqamdan danışıb

Digər
Bu gün, 13:08

AMADA nümayəndələri antidopinqdə inovasiya və süni intellekt mövzusunda beynəlxalq vebinarda iştirak etdilər

Futbol
Bu gün, 13:00

Neftçi, Ataa Caberinə ‘Zirə’ təklifinə baxmayıb

Futbol
Bu gün, 12:57

Azərbaycan U-15 millisinin baş məşqçisi Famil Xəlilov: Əfqanıstan məğlubiyyətindən sonra futbolçulara inanmaq lazımdır

Basketbol
Bu gün, 12:51

Kemeron Buzer NBA-da Lebron Ceymsin rekordunu qırıb

Qarabağ FK
Bu gün, 12:45

Fənərbaxça əfsanəvi argentinalı Lionel Messiyə 50 milyon avroluq təklif etdi

Voleybol
Bu gün, 12:41

Turan komandası avtobusta rəqslə CEV Çempionlar Liqası üçüncü təsnifat mərhələsinə yüksəlməni qeyd edib

Futbol
Bu gün, 12:34

U-15 Milli Yığma Əfqanıstanla Penaltıda Məğlub Oldu

Futbol
Bu gün, 12:26

Olimpiakos, Sabahın müdafiəçisi Stiv Solveti ilə müqavilə imzalamağa yönəldi

Futbol
Bu gün, 12:20

Lionel Messi Inter Miami'də qalacaq, Nevil's Old Boys'a dönüş etməyəcək

Oxşar xəbərlər