Stolüstü tennisçilərimiz böyüklər arasında şəxsi Avropa çempionatında iştirak edəcəklər. Sport24.azxəbər verir ki, seçmə komandamız artıq turnirin keçiriləcəyi Avstriyaya yollanıb.
Lints şəhərində təşkil olunacaq yarışda ölkəmiziilə Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Nihat Məmmədov və Hilal Həsənov təmsil edəcək.
Qeyd edək ki, sabah başlanacaq Avropa çempionatına oktyabrın 20-də yekun vurulacaq.