"Fənərbağça" klubunun prezidenti Sadettin Saran Türkiyədə məşhur şəxslər arasında narkotik vasitələrin istifadəsi və satışı üzrə istintaq çərçivəsində yenidən saxlanılıb.
Lent.az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.
Bildirilir ki, İstanbul Vilayət Jandarmeriya Komandanlığı əməkdaşları iş üzrə yeni dəlillərin ortaya çıxması səbəbindən Saranı saxlayıblar.
O, narkotik maddənin təmin edilməsi, narkotikdən istifadəni asanlaşdırma və narkotikdən istifadə ittihamları ilə saxlanılıb.
Qeyd edək ki, Saran eyni təhqiqat çərçivəsində bir neçə gün əvvəl saxlanılmış və narkotik testindən keçdikdən sonra sərbəst buraxılmışdı.