top
Ronaldo və komandası – TƏQDİMAT İdman.biz
10 iyun 2024, 15:59
- ↺ +

Ronaldo və komandası – TƏQDİMAT

Bu yay bütün Avropanın diqqəti Almaniyaya yönələcək. Qitənin 24 ən güclü millisi sayca 17-ci Avropa çempionatında mübarizə aparacaq. İyunun 14-dən iyulun 14-dək davam edəcək yarış bu həftə start götürəcək.

İdman.biz AVRO-2024-ün iştirakçılarının təqdimatını davam etdirir.

Bu həftə sonuncu - F qrupunun komandalarını nəzərdən keçirəcəyik. Kriştiano Ronaldolu Portuqaliya təkcə qrupun deyil, çempionatın favoritlərindən sayılır.

Seçmə mərhələnin ən yaxşısı
Portuqaliya millisi seçmə mərhələdə xal itirməyən yeganə komanda olub. Kriştiano Ronaldo və yoldaşları 10 matçın hamısında qalib gəlib. Bu da onu göstərir ki, qocalmaq bilməyən superulduz 39 yaşında qatılacağı çempionata da titul arzusu ilə gedəcək. Artıq VII turda Almaniyaya vəsiqəni təmin edən "Seleçao" AVRO-2024-ə bilet qazanan ilk üç komandadan biri olub. Roberto Marinesin yetirmələri bundan sonra da sakitləşməyərək qələbələri sıralayıb. 10 matçda 36 qol vuran komanda cəmi 2 top buraxıb. Ronaldonun 10, Bruno Fernandesin 6 qol vurması da qeyd olunmalıdır. Düzdür, "Seçilmişlər" seçmə mərhələdə ciddi rəqib görməyib. Slovakiya, İslandiya, Lüksemburq, Bosniya və Herseqovina, Lixtenşteyn portuqaliyalılar üçün sadəcə "asan yem" olub. Pireneylilərin Türkiyə, Çexiya və Gürcüstanla qrupda da çətinlik çəkməyəcəyi gözlənilir.

Sabiq çempionlar
Portuqaliya Avropa çempionatlarında yetərincə gec – 1984-cü ildə debüt edib. İlk cəhdində yarımfinala qədər irəliləyən "Seleçao" AVRO-1996-dan başlayaraq yarışın daimi iştirakçısına çevrilib. Son 8 çempionata qatılan pireneylilər iki dəfə final oynayıb. AVRO-2016-nın çempionu üç il öncə itirdiyi titulu qaytarmağa çalışacaq. 20 il əvvəl gümüş qazanan yığma 2000-ci və 2012-ci illərdə də yarımfinala qədər irəliləyib. Daha iki dəfə 1/4 final oynayan Portuqaliya yalnız bir dəfə mübarizəni tez dayandırıb. Üç il əvvəl "Seleçao" 1/8 finalda büdrəyib.

Portuqaliya millisinin qrupdakı oyunları:
18 iyun. Portuqaliya - Çexiya
22 iyun. Türkiyə - Portuqaliya
26 iyun. Gürcüstan – Portuqaliya

Qeyd edək ki, F qrupunun görüşləri 4 fərqli şəhərdə - Hamburq, Helzenkirhen, Dortmund və Leypsiqdə keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:25

Arif Əsədov: Milli futbolçularımızın potensialı Lixtenşteyn qarşı yüksəkdir

Futbol
Bu gün, 15:20

Liverpulun kapitani Van Deykin müqavilə uzadılması ilə bağlı danışıqlar hələ də davam edir

Futbol
Bu gün, 15:09

Millətlər Liqası 5-ci tur: Almaniya 1/4 final ümidini itirə bilər - Niderland, Yunanıstan və digər vacib qarşılaşmalar

Futbol
Bu gün, 14:55

Mauro İkardi 11 yaşlı qızına qarşı fiziki zorakılıq ittihamı ilə üzləşdi

Qarabağ FK
Bu gün, 14:39

Aslan Kərimov: “Lixtenşteynə səfərdə qalib gəlmək məcburiyyətindəyiz”

Futbol
Bu gün, 14:26

Neftçi futbolçusu Benin milli komandasında 5-1 qalibiyyətə qatıldı

Futbol
Bu gün, 14:24

İtaliya yarımmüdafiəçisi rəqibinin dişini qırdı - UEFA Millətlər Liqası

Digər
Bu gün, 14:20

Mauro İkardi üzərində 11 yaşlı qızı və həyat yoldaşı ilə bağlı cinayət işi açıldı

Futbol
Bu gün, 14:00

Tiaqo Almeyda: Azərbaycanda futbol səviyyəsi yüksəkdir

Futbol
Bu gün, 13:54

Azərbaycan millisi Lixtenşteynlə sonuncu oyunda AVRO-2028 pley-off və 750 min avro mükafat uğrunda mübarizə aparaq

Futbol
Bu gün, 13:52

Pep Qvardiola ABŞ Milli Komandasının baş məşqçisi olmağa razıdır

Futbol
Bu gün, 13:49

Əfrən İsmayılov: "Azərbaycan millisi UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı səfər oyununda rahat qalibiyyət əldə edə bilər"

Digər
Bu gün, 13:40

Dana White sərt tənqidlə Usman Nurməhəmmədov və Merab Dvalişviliyə "axmaqlar dəstəsi" ifadəsi

Qarabağ FK
Bu gün, 13:40

Aleksey Kaşuk: “Qarabağda oynayaraq Ukraynaya dəvət almaq mümkündür”

Futbol
Bu gün, 13:30

Nəriman Axundzadənin “Ərzurumspor” ilə müqaviləsini erkən bağlaması ehtimalı

Futbol
Bu gün, 13:20

Kevin De Bruyne: "Arda Güller dünyanın ən yaxşı oyunçularından biridir - Real Madrid"

Boks
Bu gün, 13:10

Azərbaycan U-23 Avropa çempionatında 7 boksçu ilə yarışacaq

Futbol
Bu gün, 13:09

İspaniyanın Yamalı İngiltərə qarşısında hazırdır

Futbol
Bu gün, 13:00

Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır: Mənfi ab-hava əvəzinə dəstəyə çağırış

Futbol
Bu gün, 12:40

Manhetten federal məhkəməsi UEFA-nın FİFA-nı Thrive Capital və JP Morgan-a qarşı irəli sürdüyü iddianı rədd etdi

Qarabağ FK
Bu gün, 12:40

Pedro Bikalyonun cərimə iddiaları rədd edildi – Klub açıqlama etdi

Qarabağ FK
Bu gün, 12:35

XIII tur Azərbaycan Premyer Liqasında oyun vaxtları açıqlanıb;

Futbol
Bu gün, 12:25

Həbib Nurməhəmmədov Xviça Kvaratsxeliyanı izləmədən çıxardı, çünki futbolçu Merab Dvalişviliyə dəstək verir

Futbol
Bu gün, 12:20

Makron Vengerin FIFA prezidentliyi namizədliyini dəstəkləyir, Ramon Veqa da iştirak edəcək

Oxşar xəbərlər