"İdman Paytaxtı" Qubada təşkil olunan III İdman Festivalının 3-cü günü də maraqlı proqramla davam edib.
İdman.biz xəbər verir ki, Əvvəlcə idmançılar "Gimnastika hamı üçün" məşğələsində musiqi sədaları altında isinmə hərəkətlərini yerinə yetiriblər.
Festival gün ərzində maraqlı, öyrədici və yaradıcı təlimlərlə davam edib. 13-15 yaşlı idmançılar müxtəlif təlimlərə qoşulub, yarışlarda iştirak edib, əyləncəli vaxt keçiriblər.
Günün sonunda isə idmançılara Quba Olimpiya İdman Kompleksində kino gecəsi təşkil olunub.
Qeyd edək ki, festivala Azərbaycanla yanaşı, Türkiyə və Mərakeşdən də idmançılar qatılıblar.
İdman.biz