Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarında Azərbaycan millisi 2 medal qazanıb.
İdman.biz xəbər verir ki, yığmamıza ilk mükafatı samboçumuz Rəsul Aydəmirov (98 kq) qazandırıb.
O, fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Avarçəkənimiz Bəhmən Nəsiri çıxışını bürünc medalla bitirib.