top
Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib Lent.az
05 mart 2025, 22:13
- +

Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

Bakıda ictimai-siyasi xadim Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş qadınlararası beynəlxalq şahmat turniri keçirilib.

Apasport.az xəbər verir ki, bu gün yarışın bağlanış mərasimi baş tutub.

Mərasimdə millət vəkilləri, şahmat icmasının nümayəndələri, federasiya rəsmiləri və Qənirə Paşayevanın ailə üzvləri, dostları iştirak ediblər.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Tamam Cəfərova, Günay Əfəndiyeva, Aydın Hüseynov, "APA Media Group"un rəhbəri Vüsalə Mahirqızı Qənirə Paşayeva ilə bağlı xatirələrini danışıblar. Onlar Qənirə Paşayevanın jurnalist, deputat, ictimai xadim, ədəbiyyat sevdalısı kimi keyfiyyətlərindən bəhs ediblər. Mərhum millət vəkilinə türk dünyasındakı sevgi barədə danışan çıxışçılar, onun xüsusilə qadınların güclü, savadlı olmaları üçün apardığı işləri xatırladıblar.

Deputat Məlahət İbrahimqızının "Qənirə Paşayeva Fondu"nun yaradılması ilə bağlı təklifini digər çıxışçılar da dəstəkləyiblər.

Deputat Arzu Nağıyev Qənirə Paşayeva barədə xatirələrini danışıb, mərhum millət vəkilinin müxtəlif turnirlərdə iştirak edib, təşkilatçılığı öz üzərinə götürdüyünü xatırladıb.
"Bu turnirdə yarış fondu 30 min manat idi, turnirdə 5 ölkədən 10 nəfər, 1-15 reytinqdəkilər iştirak edirdilər. Bu turnir məhz Qənirə xanımın 50 illiyinə həsr olunub. Bütün hər kəs 4 gün ərzində səbrlə öz üzərlərinə düşən bütün işlərini yerinə yetirdilər" deyə, millət vəkili bildirib.

Beynəlxalq Avrasiya Araşdırmaları Fondunun rəhbəri, Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva deyib ki, Qənirə xanımın sevdası bütün həyatı boyu Azərbaycan olub: " O, insanların xoşbəxt olmasını, rahat yaşamasını istəyirdi. Qənirə xanımın tək qayəsi türk qadınlarının güclü olması idi. Çünki o, inanırdı ki, bir toplumun, ictimaiyyətin inkişafı üçün qadınlar önəmli rol oynayır. Qənirə xanımın fəailiyyətlərinə baxsanız onun nələr etdiyini görə bilərsiniz".

Kəmalə Paşayeva deyib ki, Qənirə Paşayeva həm də güclü şahmat həvəskarı olub: " Gəncliyində onu məşhur şahmatçılara bənzədirdilər. O şahmatı çox sevirdi. Ona görə də bu turnir, burda qalib gələb qadınların uğuru onun ruhunu şad edəcək".

Daha sonra Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxış edib: "Tarixi bir bağlanış mərasimində iştirak edirik. Gələcəkdə hər kəs bu yarışın ilk dəfə harada yaranmasını xatırlayacaq. Öz adımdan Şahmat Federasiyasına təşəkkür edirəm. 10 iştirakçıdan 8-i qrossmeyster, 2-si ustalığa namizəddir. Turnirdə iştirak edən azərbaycanlılar həm gümüş, həm də bürünc medal qazanıb".

Turnirdə 5 ölkədən 10 qrossmeyster iştirak edib. Azərbaycan şahmatçıları ilə yanaşı Qazaxıstan, Özbəkistan, Türkiyə və Bolqarıstan təmsilçiləri də iştirak ediblər.

Yarışın qalibi Nürgül Səlimova olub.

Bolqarıstan təmsilçisi 25 xalla bütün rəqiblərini qabaqlayıb. Onu Xanım Balacayeva (22 xal) və Gövhər Beydullayeva (20 xal) izləyiblər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Dünən, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər