top
Qələbənin gizli qəhrəmanları İdman.biz
04 avqust 2024, 11:33
- ↺ +

Qələbənin gizli qəhrəmanları

Azərbaycan cüdoçuları Paris Olimpiadasını iki qızıl medalla yekunlaşdırıb.

İdman.biz xəbər verir ki, 73 kq çəki dərəcəsində Hidayət Heydərov, 100 kq-da isə Zelim Kotsoyev vətənə Olimpiya çempionu olaraq geri dönüblər.

Bu Azərbaycan cüdoçuları ilə yanaşı, eyni zamanda ölkə idmanının qələbəsidir. Təbii ki, hər qələbənin pərdə arxasında isə böyük əmək, iradə, zəhmət və eyni zamanda sistemli komanda işi dayanır.

İdman ölkəsi olan Azərbaycanda idmançılara dövlət səviyyəsində olan qayğı və diqqət bu komandanın fəaliyyəti üçün ən böyük stimuldur. Hər bir idmançının uğurlu nəticəsi, himnimizin ən ali kürsüdə səslənməsi üçün arxada onlarla mütəxəssislər dayanmadan çalışır. Onların içində elələri var ki, heç zaman, heç yerdə görünmürlər, amma hər bir idmançı ilə ruhən birgə mübarizə meydaçasına çıxırlar. Bu görünməz qəhrəmanlar idmançıların fiziki sağlamlığına cavabdeh olan mütəxəssislərdir. Hər bir idmançının fiziki sağlamlığına, zədələrinin sürətlə və peşəkarcasına aradan qaldırılmasında əvəzsiz rolu olan bu şəxslər komandanın ən vacib üzvləridir.

2017-ci ildən bu komandanın üzvləri həm də Azərbaycan İdman Akademiyasının Elmi-tədris laboratoriyası və onun peşəkar kollektividir. Azərbaycan İdman Akademiyasının Elmi-tədris laboratoriyası cüdo, badminton, boks, veloidman, voleybol və s. kimi müxtəlif federasiyalarla sıx əməkdaşlıq edərək, idmançıların, milli yığma komanda üzvlərinin fiziki hazırlıqlarının yoxlanılması, mühüm yarışlarda müvəffəqiyyət qazanılması üçün lazımi istiqamətlərdə düzgün məşqlərin tərtib edilməsi və yoxlanılması üçün funksional testlərdən keçirlər. Müxtəlif zədələrin aradan qaldırılması və digər reabilitasiya proseslərində peşəkar həkimləri ilə idmançıların yanında olur.

Bu gün İdman Akademiyasının Elmi-tədris laboratoriyasının reabilitasiya prosesi yüksək ixtisaslı həkimlər, Avstriyanın ComplexCore kompaniyasının fiziki reabilitasiya üzrə üçsəviyyəli proqramının sertifikatına malik olan peşəkar instruktorlar tərəfindən həyata keçirilir.

Yalnız idman yarışlarının deyil, eyni zamanda Vətən müharibəsinin də gizli qəhramanları olan İdman Akademiyasının Elmi-tədris laboratoriyası kollektivi çoxlu sayda qazilərin reabilitasiya prosesində əvəzsiz nəticələr əldə ediblər. Qazanılan hər bir qələbə isə onları daha əzm və iradə ilə işləmək üçün həvəsləndirir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Dünən, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Dünən, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Oxşar xəbərlər