top
“Prezident Kuboku”nun Füzulidə keçirilməsi planlaşdırılır İdman.biz
01 may 2024, 12:16
- ↺ +

“Prezident Kuboku”nun Füzulidə keçirilməsi planlaşdırılır

"Prezident Kuboku" beynəlxalq reqatasının Füzulidə də keçirilməsi planlaşdırılır.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının baş katibi Fərhad Əliyev Suqovuşanda "Prezident kuboku-2024" beynəlxalq reqatasının açılış mərasimində deyib.

Qurum rəsmisi bildirib ki, bu, qarşıdakı yarışlarda Füzuli mərhələsinin olmasını planlaşdırırlar: "Bununla bağlı Füzuli su hövzəsinə xaricdən gələcək mütəxəssislə birlikdə baxış keçiriləcək. Təbii ki, bütün prosesləri yekunlaşdırdıqdan sonra bu yarışımızı orda da keçirəcəyik".

Neftçaladakı su hövzəsi ilə bağlı da məlumat verən Əliyevin sözlərinə görə, orada da müəyyən məşqlərin keçirilməsi gündəmdədir: "Neftçalada su hövzəsində heç bir problem yoxdur. Lakin orada axıntı müəyyən hissədə dayanır və davamlı şəkildə getmir. Sovet dönəmində isə həmin ətrafı dairə etmək olurdu. Bu da bizim üçün önəmli idi. Lakin burada həmin məsafə az olduğundan Neftçalada yarışların keçirilməsi mümkün deyil".

Baş katib bildirib ki, "Prezident kuboku" beynəlxalq reqatasında ilk dəfə 5, ikinci dəfə 17 ölkə iştirak edirdisə, bu dəfə artıq 21 ölkə yarışımıza qoşulub: "Əsasən nəticə göstərən idmançıları cəlb edirik. İnanırıq ki, yığma üzləri bu yarışda yaxşı nəticə göstərəcəklər".

Azərbaycanın akademik avarçəkəni Diana Dımçenkonun Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmasına münasibət bildirən Fərhad Əliyev idmanın bu növündə hər bir amilin çıxışa təsirinin olduğunu vurğulayıb: "Misal olaraq su, hava və s. kimi faktorları göstərə bilərəm. Təsnifat günü də kadrlara nəzər yetirsəniz şahid olarsız ki, külək güclü idi və yaranan dalğalar birbaşa iştirakçılara təsir edirdi. Dımçenkonun sahil avarçəkməsində də yaxşı nəticələri olduğu üçün avantajı yarandı. Bu məsafəni də keçmək onda ciddi problem yaratmadı".

O, Həkəri və Sərsəng su hövzəsində isə əsasən ali idman növlərinin təşkilinin həyata keçirildiyini deyib: "Biz yenə də kanoe və avarçəkmə üzrə yarışlar təşkil edirik. Ötən il yayda Qəbələdə də müəyyən məşqlər keçdik, mütəxəssislər aparmışdıq. Amma sözü gedən su hövzəsindən yay aylarında istifadə edilir".

Qeyd edək ki, "Prezident kuboku-2024" mayın 3-də başa çatacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:30

UEFA Millətlər Liqası V turunun bu günkü oyunları

Futbol
Bu gün, 10:57

Enzo Fernandes: Argentina Uruguay qarşı 1:2 məğlubiyyət yaşadı, iki təsadüfi qol vuruldu

Futbol
Bu gün, 10:30

Real Madrid 19 yaşlı yarımmüdafiəçini UD Logroñes-dən qəbulu

Futbol
Bu gün, 10:17

Məhəmməd Salah Misir millisinin tarixində rekordlu bombardir oldu

Basketbol
Bu gün, 10:10

VII. Turda "Sabah" və "Neftçi" Milli Gimnastika Arenasında qarşı-qarşıya;

Futbol
Bu gün, 10:00

AFFA rəsmisi: Belə qələbələr millimizin özünəinamını artırır

Futbol
Bu gün, 09:56

Portuqaliya Danimarka ilə UEFA Millətlər Liqası pley-offında, Norveç Uelsi qəbul edəcək

Futbol
Bu gün, 09:48

Realın ulduzu Cud Bellinqem: Maşın sürə bilməyi, yemək bişirməyi bacarmır

Basketbol
Bu gün, 09:44

Azərbaycan qadın basketbol komandası bu gün İrlandiya ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Ukrayna iş adamı Konstantin Jevaqoyanın Parisdəki 40 milyon dollarlıq malikanəsi müsadirə edildi

Futbol
Bu gün, 09:15

"Bayer" İbrahim Mazanı üçün milyonluq müqavilə hazırlayır

Futbol
Bu gün, 08:40

Salah 70 qol rekorunu yenilədi

Futbol
Bu gün, 08:20

Didye Diqar 'Lans'ın baş məşqçisi təyin edilib

Futbol
Bu gün, 08:15

Münhenin Kim Min Ce transferi üçün üç klub yarışır

Futbol
Bu gün, 08:00

Dortmundun əsas sponsoru Rheinmetall ilə əməkdaşlığı dayandırıldı

Futbol
Bu gün, 07:09

“Atletiko”nun 11-ci forma rəqəmi Lukmanda da gözlənilən məhsuldarlığı verə bilmir

Futbol
Bu gün, 06:13

Real Madrid 18 yaşlı braziliyalı müdafiəçi Vitaonu transfer etmək istəyir

Futbol
Bu gün, 05:21

“Arsenal”ın 16 yaşlı ulduzu Maks Dauman İngiltərə U‑21‑də rekord qırdı

Futbol
Bu gün, 04:12

Şirer “Arsenal”ın əsas rəqibi “Brayton” olduğunu bildirdi

Futbol
Bu gün, 04:08

Azərbaycan milli komandası D Liqasının qrupunu lider olaraq başa çatdırdı

Futbol
Bu gün, 03:24

Azərbaycanda milli komanda Liechtensteinə 1:0 qalib gəldi

Futbol
Bu gün, 03:18

Andorra qapıçısı Xesus Ovono, futbolçu ölümünə səbəb olan toqquşma üçün 12 oyunluq diskvalifikasiya aldı

Futbol
Bu gün, 02:53

Ayxan Abbasov: "Bu qələbədə hücumda kəsərli deyilik"

Futbol
Bu gün, 02:34

“Mançester Yunayted” rəhbərliyi məşqçi seçimi səhvlərini etiraf edib, yeni seçimləri müzakirə edir

Oxşar xəbərlər