top
Prezident Kuboku-2025: Bu il Füzuli, Mingəçevir və Suqovuşan şəhərlərində! Sport24.az
21 aprel 2025, 15:49
- ↺ +

"Prezident Kuboku-2025": Bu il Füzuli, Mingəçevir və Suqovuşan şəhərlərində!

28 aprel-2 may tarixlərində Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı əsasında Ümumilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan "Prezident Kuboku-2025" beynəlxalq reqatası keçiriləcək. Sport24.az xəbər verir ki, yarışlarda Avropa, Asiya və Afrikadan 200-dən çox idmançı, 20-dən artıq ölkə – Azərbaycan, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan iştirak edəcək.

 

Aprelin 28-də "Prezident Kuboku-2025" beynəlxalq reqatası çərçivəsində Qarabağda- Füzulidə yerləşən Köndələnçay su anbarında avarçəkənlərin nümunəvi çıxışları olacaq. Həmçinin Füzuliyə köç edən sakinlərə həvəskarlar üçün nəzərdə tutulan qayıqlarda peşəkar məşqçilərin nəzarəti ilə avar çəkmək imkanı yaradılacaq. Uşaq və yeniyetmələr üçün həvəsləndirici viktorinalar təşkil ediləcək.

 

Reqatanın rəsmi paradı və komandaların təqdimatı aprelin 29-da Mingəçevir şəhəri Heydər Əliyev prospektində keçiriləcək. 30 aprel tarixində Qarabağın daha bir dilbər guşəsi olan Suqovuşanda "Prezident Kuboku-2025" beynəlxalq reqatasının rəsmi açılış mərasimi və 200 metr məsafədə yarışlar baş tutacaq. Reqata 1-2 may tarixlərində Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar.

 

Mayın 2-də Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında "Prezident Kuboku-2025" beynəlxalq reqatasının bağlanış mərasimi keçiriləcək. Bağlanış mərasimində əvvəlcə qaliblər mükafatlandırılacaq. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam edəcək. Bədii hissədə müxtəlif şou proqramlar, tanınmış rəqs qruplarının çıxışları və konsert proqramı tamaşaçılara əsl bayram ab-havası yaşadacaq. Reqataya hər zaman olduğu kimi möhtəşəm atəşfəşanlıqla yekun vurulacaq.

 

Qeyd edək ki, "Prezident Kuboku" reqatası ardıcıl üçüncü ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:59

Harri Keynin Sol Ayaq Zədəsi Həzzindən Əlvida: 2026 Sonu Ən Böyük Rəqibə Sərbəst

Digər
Bu gün, 15:40

Yeni müqavilə imzaladı, maaşı iki dəfə artırıldı

Digər
Bu gün, 15:36

Ayvan Touni İngiltərə Premyer Liqasına qayıda bilər

Digər
Bu gün, 15:20

Ronaldo 1000-ə bir addım da yaxınlaşdı, sevinə bilmədi - VİDEO

Digər
Bu gün, 15:19

Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə oğlunu unutmadı - VİDEO

Digər
Bu gün, 15:18

İtaliya klubu millimizin üzvü ilə müqaviləni uzatdı

Futbol
Bu gün, 15:10

"Spartak" "Beşiktaş"ın yarımmüdafiəçisi O Hyon Kyunu almaq istəyir, "Beşiktaş" 30 milyon avrodan aşağı satmaq niyyətində deyil

Futbol
Bu gün, 15:00

Bavariyanın hücumçusu Harri Keyn sol topuq nahiyəsindən uğurla əməliyyat olunub

Futbol
Bu gün, 15:00

Sumqayıtın braziliyalı yarımmüdafiəçisinin şübhəli hərəkəti

Digər
Bu gün, 14:54

Gökhan Töre həyat yoldaşına silahla hədələmə ittihamlarını qəti şəkildə rədd edib

Digər
Bu gün, 14:50

“Sabah”la oyun ərəfəsində QALMAQAL: Rafinya cavab verəcək

Digər
Bu gün, 14:39

Ronald Arauxo “Liverpul”un 55 milyon avroluq təklifindən danışdı

Digər
Bu gün, 14:30

Bu gün Tahir Abdullayevin döyüşü var;

Digər
Bu gün, 14:30

"Sportinfo TV”də GÜNDƏM

Digər
Bu gün, 14:30

"Şamaxı" ilə "Turan Tovuz" üz-üzə - CANLI YAYIM

Digər
Bu gün, 14:22

Olise də sıradan çıxdı;

Digər
Bu gün, 14:20

Bədavi Hüseynova görə millimizə texniki məğlubiyyət veriləcək? - AFFA-dan İDMAN.BİZ-ə ÖZƏL AÇIQLAMA

Digər
Bu gün, 14:17

Fərid Qayıbov Qazaxda yeni yaradılan güləş zalında aparılan işlərlə tanış olub

Digər
Bu gün, 14:16

“İnter” Berqamoda sınaq qarşısında, “Latsio” liderliyini qoruyur: A Seriyasının 12-ci turu - İDMAN.BİZ-in İCMALI

Digər
Bu gün, 14:00

Kurban Berdiyev üçün bundan böyük yaxşılıq?

Digər
Bu gün, 14:00

“Turan Tovuz”un bir illik həsrəti: Bu dəfə bacaracaqlar?

Digər
Bu gün, 13:57

“Çelsi” cərimələndi

Digər
Bu gün, 13:56

“Mançester Yunayted”in bazasında yarasalar problem yaradıb

Digər
Bu gün, 13:55

U14 və U18 yaş qrupları üzrə stolüstü tennis üzrə ölkə kuboku Bakıda keçiriləcək

Oxşar xəbərlər