top
“Prezident kuboku-2024” beynəlxalq reqatasının açılış mərasimi keçirilib İdman.biz
01 may 2024, 11:27
- +

“Prezident kuboku-2024” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Kanoe və avarçəkmə üzrə "Prezident kuboku-2024" beynəlxalq reqatasının açılış mərasimi keçirilib.

İdman.bizin yarışa ezam olunan əməkdaşı xəbər verir ki, Suqovuşanda baş tutan tədbirdə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AGAF) prezidenti Vüqar Əhmədov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynov, baş katibi Azər Əliyev, gənclər və idman nazirliyinin idman sektorunun müdiri Elnur Məmmədov və Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev iştirak ediblər.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunan yarışın açılış mərasimdə öncə Dövlət Himni səsləndirilib. Daha sonra yarışda iştirak edəcək komandalar iştirakçılara təqdim edilib.

Mərasimi giriş sözü ilə açan gənclər və idman nazirliyinin idman sektorunun müdiri Elnur Məmmədov iştirakçılara uğurlar arzulayıb: "Prezident kuboku-2024" beynəlxalq reqatasında 21 ölkədən 30-a yaxın komanda iştirak edir. Bu isə bu yarış tarixində rekord nəticədir. Öncə akademik avarçəkmə üzrə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı təqdim etdik. Bu bizim üçün böyük bir nəticədir. Avarçəkmə üzrə son lisenziyamı 2016-ci ildə əldə olunmuşdu. Bu səbəbdən bu il qazanılan lisenziya böyük uğurdur. Buna görə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının hər bir əməkdaşına dərin təşəkkürlərimizi bildiririk".

AKAF-ın baş katibi Fərhad Əliyev "Prezident-kuboku-2024"na bu il də Suqovuşanda start veriləcəyini vurğulayıb: "Yarışlarımız mayın 2-3-da Mingəçevirdə davam edəcək. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan reqatada xeyli sayda komanda iştirak edir. İnanırıq ki, 3 gün ərzində maraqlı mübarizə izləyəcəyik".

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə 44 günlük Vətən müharibəsində ilk azad olunan ərazilərdən birinin Suqovuşan olduğunu və ilk yarışın da məhz burada baş tutduğunu xatırladıb: "İki il öncə təkcə bir neçə ölkənin iştirakı ilə baş tutan reqatada bu gün böyük bir heyət mübarizə aparacaq. Ümid edirəm ki, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş bu yarış növbəti illərdə də uğurla keçiriləcək və iştirakçı sayı artacaq. İki ay yarımdan sonra Parisdə Yay Olimpiya Oyunları başlayacaq. Avarçəkənimizin lisenziya qazanması münasibəti ilə hamını təbrik edirəm".

O, ardınca yarışı açıq elan edib.

4 gün davam edəcək reqatada 20-dən çox ölkədən – Azərbaycanla yanaşı, Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Sloveniya, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan komandalar mübarizə aparacaq.

Qeyd edək ki, Suqovuşan su anbarında 200 və 500 m məsafədə kayak-kanoe yarışları olacaq. Reqata mayın 2-3-də Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə mübarizə aparacaqlar.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər