Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarının taekvondo yarışlarına start veriləcək.
İdman.biz xəbər verir ki, Azərbaycan millisinin yeganə təmsilçisi Qaşım Maqomedov da mübarizəyə qoşulacaq.
İdmançımız 58 kq çəkidə qüvvəsini sınayacaq. O, Olimpiadalarda debütünü gerçəkləşdirəcək.
Taekvondo
Kişilər
58 kq
Qaşım Maqomedov ilk döyüşünü 1/8 finalda keçirəcək. O, Cek Uolleylə (İrlandiya) qarşılaşacaq.
Qeyd edək ki, Qaşım Avropa çempionatlarının qızıl və bürünc mükafatçısıdır.
İdman.biz