Paris-2024 Yay Olimpiya Oyunlarının atletika yarışları davam edir.
İdman.biz xəbər verir ki, Azərbaycanın "idmanın şahzadəsi"ndəki yeganə təmsilçisi Anna Skidan bu gün mübarizəyə başlayıb.
Çəkicatmada çıxış edən təmsilçimiz təsnifat mərhələsində ilk cəhdində 69,58 m, ikinci atışında 69,04 m nəticə göstərib. Skidanın son yanaşması isə 72,55 m olub. A qrupunda 3-cü olan Anna yekunda 6-cı yeri tutub. Bu göstərici İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibinin finala vəsiqə əldə etməsini rəsmiləşdirib.
Qeyd edək ki, bu proqram üzrə 12 atletin iştirakı ilə final mərhələsi avqustun 6-da keçiriləcək.
İdman.biz