top
Paris-2024: “Siftə”ni gözləyərkən – TƏHLİL İdman.biz
24 iyul 2024, 17:42
- ↺ +

Paris-2024: “Siftə”ni gözləyərkən – TƏHLİL

Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasiminə iki gün qalıb.

İdman.biz xəbər verir ki, dördilliyin ən mötəbər multiidman tədbiri ərəfəsində azarkeşlər suallar dəryasında qərq olub və onların cavabını səbirsizliklə gözləyir.

Bunlardan biri də "millimizin ilk medalı nə vaxt gələcək" sualıdır. İlk medal şanslarımız açılış mərasiminin ertəsi əldə olunacaq. Olimpiadalar tarixinə baxsaq, medal hesabımızın nə vaxt açıldığını görmək olar.

Gecikən "siftə"
Tarixə ilk olimpiya medalımız kimi düşən Namiq Abdullayevin gümüşü ən gec əldə olunan "siftə"dir. Sərbəst güləşçimiz açılış mərasimindən 13 gün sonra Azərbaycan bayrağını dalğalandırıb.

Cüdoçuların rekordu: Hidayətin ssenarisi
Ən erkən olimpiya medalları yarışların üçüncü günündə qazanılıb. Bu, iki dəfə yaşanıb. Hər iki uğur da cüdoçuların hesabına yazılıb. Pekin-2008-də Elnur Məmmədli açılışdan sonrakı üçüncü gündə rəqiblərini ard-arda tatmiyə "çırparaq" qızıl medal qazanıb. 8 il sonra Rüstəm Orucov gümüşü 3-cü gündə qazanıb. Hər iki cüdoçumuz 73 kq çəkidə çıxış edib. Ənənəyə çevrilib ki, cüdo yarışları açılışın ertəsi başlayır və hər gün bir kişi, bir qadın kateqoriyasında mükafatçılar bəlli olur. Kişilərin 73 kq çəkisi bu siyahıda üçüncüdür. Paris-2024-ün üçüncü günündə də əsas medal, hətta çempionluq ümidimiz Hidayət Heydərov tatamiyə çıxacaq. Onadək medal qazanan olmasa, cüdoçumuz rekordu təkrarlaya bilər.

Ləğv edilən rekord
Əslində ən erkən olimpiya medalı yarışın ikinci günü qazanılıb. Amma London-2012-dəki "siftə"nin memarı ağırlıqqaldıran Valentin Xristov sonradan dopinqdə ilişdiyi üçün nəticələri ləğv edilib. İndi həmin Olimpiadaya baxdıqda, ilk medal 9-cu gün yunan-Roma güləşçisi Rövşən Bayramovun hesabına yazılıb.

İlk həftənin "siftə"ləri
Digər üç Olimpiadanın birinci medalı ilk yarış həftəsinin sonlarında qazanılıb. Güllə atıcısı İradə Aşumova Afina-2004-dəki bürüncü 5-ci yarış günündə qazanıb. Söhbət açılışdan sonrakı beşinci gündən gedir. Ondan dörd il əvvəl Azərbaycana ilk qızıl gətirən Zemfira Meftəhətdinova Sidney-2000-in altıncı günündə fəxri himnimizi səsləndirib və "Yaşıl qitə"də "siftə"nin memarı olub. Son Yay Olimpiya Oyunlarımız olan Tokio-2020-dəki ilk uğur İrina Kindzerskadan gəlib. Ağırçəkili cüdoçumuz Yaponiyadakı 7-ci yarış günündə fərqlənib.

Azərbaycanın qatıldığı Olimpiadaların açılış mərasimlərinin tarixi:
Atlanta-1996: 19 iyul
Sidney-2000: 15 sentyabr
Afina-2004: 13 avqust
Pekin-2008: 8 avqust
London-2012: 27 iyul
Rio-2016: 5 avqust
Tokio-2020: 23 iyul (2021-ci ilə təxirə salınıb)
Paris-2024: 26 iyul

Azərbaycanın qazandığı ilk medalın tarixi:
Atlanta-1996: 1 avqust
Sidney-2000: 21 sentyabr
Afina-2004: 18 avqust
Pekin-2008: 11 avqust
London-2012: 5 avqust
Rio-2016: 8 avqust
Tokio-2020: 30 iyul (2021-ci ilə təxirə salınıb)

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:40

Bavariya Oskar Pituşevski üçün 60M avro təkliflə yenidən maraq göstərdi

Futbol
Bu gün, 09:39

Kriştianu Ronaldo Portuqaliyalı ulduz serialda aktyor olacaq

Futbol
Bu gün, 09:27

İngiltərə vs Xorvatiya, Türkiyə vs Belçika: Millətlər Liqası beşinci turu

Futbol
Bu gün, 09:23

400 milyon avro itirildi: Avropanın ən pis idarə olunan futbol klubu elan edildi

Futbol
Bu gün, 09:20

Aston Villa, müdafiəçi İan Maatsenlə müqaviləni 2032-yə qədər uzatdı

Futbol
Bu gün, 09:08

Zidan Juventus’da məşqçilik arzusu

Basketbol
Bu gün, 09:01

FIBA Avropa Kubokunda ‘Gəncə’ bu gün ‘Esenler Erokspor’ ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Benfikanın 20 yaşlı argentinalı oyunçusuna 100 milyon avro dəyər qoyuldu

Futbol
Bu gün, 08:40

Valeryen İsmael 'Havr', Beşiktaş'ın keçmiş baş məşqçisini Fransa klubunun yeni məşqçisi olacaq

Futbol
Bu gün, 08:20

Fiorentina David de Xea ilə yollarını ayırmağı planlaşdırır

Futbol
Bu gün, 08:13

Pep Qvardiola ABŞ futbol millisinə rəhbərlik edə bilər

Futbol
Bu gün, 08:00

ABŞ Futbol Federasiyası Manchester United-dan 10 milyon dollar tələb edə bilər

Futbol
Bu gün, 07:09

Mançini Mbappe-nin zədələnməsindən risk etməməsini tövsiyə etdi

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Oxşar xəbərlər