top
Paris-2024: “Şahzadə” - rekordun bir addımlığında - TƏHLİL İdman.biz
06 avqust 2024, 14:42
- ↺ +

Paris-2024: “Şahzadə” - rekordun bir addımlığında - TƏHLİL

Paris-2024 Yay Olimpiya Oyunları atletika üzrə Azərbaycan millisi üçün bu gün başa çatacaq.

İdman.biz xəbər verir ki, bu növdəki yeganə təmsilçimiz Anna Skidan iki gün əvvəl keçirilən təsnifat mərhələsini uğurla adladıqdan sonra mükafatlar uğrunda mübarizəsini tamamlayacaq.

Skidan artıq ilk "12-lik"də yerini təmin edib. Bu, Azərbaycan atletikası tarixində qadın idmançıların Olimpiadalardakı ən yaxşı nəticəsidir. İdmançımız özünün sahibi olduğu rekordu yeniləyib. Anna 8 il əvvəl Rioda 13-cü yer tutmuşdu.

İdmanın şahzadəsi sayılan atletika Afina-1896-dan etibarən Olimpiada proqramlarının dəyişməz parçasıdır. Elə Azərbaycan yığması da debüt etdiyi Atlanta-1996-dan başlayaraq bütün Oyunlarda atletikada təmsil olunub.

Skidanın Paris-2024-dəki çıxışı Azərbaycan idmançılarının bu növdə Olimpiadalardakı yubiley – 25-ci iştirakıdır. Afina-2004-də rekord sayda 5 idmançımız yarışa qatılıb. Atlanta-1996, Sidney-2000 və Rio-2016-da bu rəqəm 4, London-2012-də 3, Pekin-2008 və Tokio-2020-də cəmi 2 olub.

Parisə cəmi bir idmançı ilə yollanan atletika yığmamız kəmiyyət baxımından antirekord etsə də, keyfiyyət rekordlarla zəngindir. Skidanın ən yaxşı qadın atletimiz olması ilə yanaşı, həm də bu növdə üç Olimpiadaya qatılan ilk təmsilçimiz kimi tarixə düşüb.

Təsnifat mərhələsində 6-cı olan Anna medallara iddialıdır. O, atletikada ilk olimpiya mükafatımızın sahibi kimi də tarixə düşməyə namizəddir. Skidan təsnifatdakı nəticəsini göstərsə belə rekord vuracaq

O, Olimpiadalar tarixinin ən yaxşı Azərbaycan atleti üçün ilk 8 yerdən birini tutmalıdır. Hazırda rekord Hayle İbrahimova məxsusdur. O, London-2012-də 5000 m məsafədə finala adlamaqla kifayətlənməyib, hətta "Top-10"a düşərək 9-cu yeri tutub.

Təbii ki, Annanın hədəfi Haylenin rekordu deyil, fəxri kürsüdür. O, bu gün Bakı vaxtı ilə saat 21:57-də tarixi nəticə üçün mübarizə aparacaq.

Ümumiyyətlə, idmanın şahzadəsində 19 təmsilçimiz Olimpiadaya qatılıb. Anna 3, Teymur Qasımov, Sergey Boçkov, Hayle İbrahimov və Nazim Babayev hərəyə 2, digər 14 atletimiz bir cəhd edib.

Çəkicatmada 3 idmançımız iştirak edib. Parisdə 5-ci cəhd gerçəkləşir.

Yalnız üçtəkanla tullanmada daha çox – 6 sınaq baş tutub. 100 m qaçışda da 5 cəhdimiz gerçəkləşib. 5000 m məsafədə üç, 200 m və 800 m qaçışın hərəsində 2 iştirak reallaşıb. Digər iki idmançımız marafon və idman yerişində olimpiyaçı olub.

Qeyd edək ki, Skidan həm də çəkicatmada özü ilə Dmitri Marşinin 13-cülük rekordunu yeniləyib.

Atlanta-1996
Arif Axundov (100 m) – təsnifat qrupunda 7-ci yer
Vasif Əsədov (üçtəkanla tullanma) – təsnifatda 27-ci yer
Aleksey Fatyanov (üçtəkanla tullanma) – təsnifatda 31-ci yer
Elvira Cabbarova (100 m) – təsnifat qrupunda 8-ci yer

Sidney-2000
Teymur Qasımov (100 m) – təsnifat qrupunda 7-ci yer
Faiq Bağırov (800 m) – təsnifat qrupunda 8-ci yer
Sergey Boçkov (üçtəkanla tullanma) – təsnifatda 30-cu yer
Aida İsayeva (idman yerişi, 20 km) – finişə çatmayıb

Afina-2004
Teymur Qasımov (100 m) – təsnifat qrupunda 8-ci yer
Dadaş İbrahimov (200 m) – təsnifat qrupunda 7-ci yer
Əlibəy Şükürov (800 m) – təsnifat qrupunda 7-ci yer
Sergey Boçkov (üçtəkanla tullanma) – yarışa qatılmayıb
Natalya Lapina (çəkicatma) – təsnifatda 46-cı yer

Pekin-2008
Ruslan Abbasov (100 m) – təsnifat qrupunda 5-ci yer
Ramil Quliyev (200 m) – 1/4 finalda 5-ci yer

London-2012
Hayle İbrahimov (5000 m) – 9-cu yer
Dmitri Marşin (çəkicatma) – təsnifatda 13-cü yer
Layeş Abdullayeva (5000 m) - təsnifatda 17-ci yer

Rio-2016
Hayle İbrahimov (5000 m) – təsnifatda 19-cu yer
Evans Kiplagat (marafon) – 28-ci yer
Nazim Babayev (üçtəkanla tullanma) – təsnifatda 25-ci yer
Anna Skidan (çəkicatma) – təsnifatda 13-cü yer

Tokio-2020
Nazim Babayev (üçtəkanla tullanma) – təsnifatda 15-ci yer
Anna Skidan (çəkicatma) – təsnifatda 16-cı yer

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Dünən, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Dünən, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Futbol
Dünən, 20:19

Nenad Vukçeviç Azərbaycan U‑19 komandası 7:2 qələbəsindən sonra ikinci hissədə tempi azaldığını bildirib

Oxşar xəbərlər