Paris-2024 Yay Olimpiya Oyunlarının güləş yarışları davam edir.
İdman.biz xəbər verir ki, bu gün sərbəst güləşçilərin mübarizəsi start götürüb.
İlk gündə iki çəkidə qarşılaşmalar başlayıb. Azərbaycan millisi hər iki kateqoriyada təmsil olunur.
Sərbəst güləş
57 kq
1/8 final
Əliabbas Rzazadə yarışa 1/8 finaldan başlayıb. Avropa çempionatlarının qızıl və gümüş mükafatçısının startda Özbəkistan təmsilçisi Qulomjon Abdullayevlə güləşib. Görüş rəqibin 11:4 hesablı qələbəsi ilə yekunlaşıb.
86 kq
Osman Nurmaqomedov da ilk görüşünə 1/8 finalda çıxacaq. O, monqolustanlı Baasanyarqal Byambasuren ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu iki çəkidə təsəlliverici qarşılaşmalar və medal görüşləri sabah təşkil olunacaq.
İdman.biz