Süvüllə tullanan Arman Dyüplantis Paris-2024 Yay Olimpiya Oyunlarında maraqlı göstərici ilə yadda qalıb.
İdman.biz xəbər verir ki, 6,25 m göstərici ilə qızıl medal qazanan və dünya rekordu vuran isveçli sürətilə diqqət mərkəzinə düşüb.
Atlet tullanma anına qədər saatda 38,2 km sürətlə qaçıb. Dyüplantis bu göstərici ilə AVRO-2024-də saatda 36,5 km sürətlə yadda qalan Kilian Mbappeni geridə qoyub.
Qeyd edək ki, bu, Arman Dyüplantisin ikinci Olimpiya medalı olub. İsveçli Tokio-2020 Yay Olimpiya Oyunlarında da qızıl medal qazanıb.
İdman.biz