top
Paris-2024: Paralimpiadanın açılış mərasimi start götürüb İdman.biz
28 avqust 2024, 22:00
- +

Paris-2024: Paralimpiadanın açılış mərasimi start götürüb

Paris-2024 Yay Paralimpiya Oyunlarının açılış mərasimi start götürüb.

İdman.biz xəbər verir ki, Paralimpiadalar tarixində ilk dəfə tədbir stadiondan kənarda baş tutur.

Mərasim Bakı vaxtı ilə saat 22:00-da məşhur Yelisey Çöllərində başlayıb. İştirakçıların paradı "Beş kral meydanı"ndan biri sayılan Parisdəki Konkord meydanında yekunlaşacaq.

XVII Oyunların paradında 184 nümayəndə heyətində yer alan 6 minə yaxın idmançı və rəsmi şəxs iştirak edəcək. Azərbaycan yığması da tarixinin 8-ci analoji yarışına qatılacaq.

Tədbirdə Azərbaycan bayrağını parataekvondoçu İmaməddin Xəlilov və paraatlet Lamiyə Vəliyeva dalğalandıracaqlar. Rəsmi və bədii hissələrdən ibarət açılışı 65 min tamaşaçı izləyə bilir. Onlardan 35 mini üçün ödənişli oturacaqlara bilet satılıb. Digər 30 min isə sərbəst şəkildə izləyir.

Qeyd edək ki, sentyabrın 8-dək davam edəcək Paralimpiadada 549 medal dəsti sahibini tapacaq. Fransa paytaxtında 7 növdə 18 idmançı ilə yollanan Azərbaycan yığmasını paraatletlər Rüfət Rəfiyev (nüvə itələmə, F36), Oloxan Musayev (nüvə itələmə, F55), Səid Nəcəfzadə (uzunluğa tullanma, T12), Orxan Aslanov (uzunluğa tullanma, T13), Lamiyə Vəliyeva (100 və 400 metr məsafəyə qaçış, T13), parataekvondoçular Sabir Zeynalov (58 kq, K44), İmaməddin Xəlilov (70 kq, K44), Əbülfəz Abuzərli (80 kq, K44), paraüzgüçülər Könül Süleymanova (50 və 100 metr məsafələrə arxası üstə üzmə, S2), Raman Saley (50 və 100 metr məsafələrə sərbəst üsulla üzmə, S12), Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmə, SB13), paracüdoçular Dürsədəf Kərimova (+70 kq, J2), Xatirə İsmiyeva (+70 kq, J1), İlham Zəkiyev (+90 kq, J1), paraatıcılılar Kamran Zeynalov (tapançadan 50 m məsafədən atəşaçma, T4), Aybəniz Babayeva (tapançadan 50 m məsafədən atəşaçma, T4), parakamandan oxatan Cahan Musayev, parapauerliftinq Ceyhun Mahmudov (54 kq) təmsil edəcək.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 22:25

"Naxçıvan" basketbol komandası pley-offa yüksəldi

Boks
Bu gün, 22:23

Böyük İpək Yolu turniri: Azərbaycanlı boksçulardan 11-i finalda

Voleybol
Bu gün, 22:07

Azərbaycanda voleybol məşqçiləri üçün FIVB-nin iştirakı ilə kurs keçirilib - FOTO

Futbol
Bu gün, 22:06

"Yuventus" "Cenoa"nı məğlub edib, "Atalanta" "Leççe"ni darmadağın edib, "Udineze" və "Komo" heç-heçə oynayıb

Futbol
Bu gün, 21:56

"Korintians" Dorival Juniorla yollarını ayırdı

Futbol
Bu gün, 21:52

Füzuli Məmmədovdan "Qarabağ"a 7:0 hesabı ilə məğlubiyyətdən sonra açıqlama

Futbol
Bu gün, 21:39

Qurban Qurbanov Hakimliyin Vəziyyəti və Öz Hakimlik Məktəbimizin Yaradılması Barədə

Futbol
Bu gün, 21:37

"Qəbələ"nin keçmiş məşqçisi Toni Adams BBC-nin yalnız bir klubda oynamış ən yaxşı futbolçular siyahısındadır

Futbol
Bu gün, 21:26

Super Liqada penalti zərbəsini ən çox qazanan klublar açıqlanıb

Futbol
Bu gün, 21:22

Şirer: "Mançester Siti"nin İngiltərə Kubokunu qazanma şansı var

Futbol
Bu gün, 21:17

Füzuli Məmmədov "Qarabağ" - "Karvan-Yevlax" oyunundan sonra: Hər şey göz önündədir

Futbol
Bu gün, 21:07

"Qarabağ" "Karvan-Yevlax"ı 7:0 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 21:06

Vinisius Junior Lamin Yamalı irqçiliyə qarşı mübarizədə iştiraka səsləyib

Cüdo
Bu gün, 20:57

Yeniyetmə cüdoçular üçün təlim-məşq toplanışı keçirilir

Futbol
Bu gün, 20:52

"Qarabağ"dan "Karvan-Yevlax"a 7:0 hesabı ilə darmadağın

Futbol
Bu gün, 20:51

"Qarabağ" "Karvan-Yevlax"ı 7:0 hesabı ilə darmadağın etdi və ikinci yerdə möhkəmləndi

Futbol
Bu gün, 20:37

"Arsenal"ın "Sportinq"ə qarşı qəribə məşqi: Arteta nəyə nail olmaq istəyir?

Futbol
Bu gün, 20:33

Azərbaycan II Liqasında XXI Tur: "Ağdaş" Səfərdə Qalib, "Araz Saatlı"dan Darmadağın

Futbol
Bu gün, 20:27

Ərəblər Yussef En-Nesirinin "Əl-İttihad"dakı performansından narazıdırlar

Futbol
Bu gün, 20:22

"Qarabağ" - "Karvan-Yevlax" 7:0

Futbol
Bu gün, 20:22

Ranokkiadan Bastoninin "Barselona"ya keçidi ilə bağlı fikirlər: "O, İtaliyadan ayrılmaq istəməzdi."

Futbol
Bu gün, 20:21

"Qarabağ" - "Karvan-Yevlax" oyununda hesab 7:0 - CANLI

Futbol
Bu gün, 20:13

"Qarabağ" - "Karvan-Yevlax" 6:0

Futbol
Bu gün, 20:09

"Qarabağ" "Karvan-Yevlax"ı 5:0 hesabı ilə məğlub etdi

Oxşar xəbərlər