top
Paris-2024: Olimpiyaçılarımızın gender NİSBƏTİ - ARAŞDIRMA İdman.biz
21 iyul 2024, 10:40
- ↺ +

Paris-2024: Olimpiyaçılarımızın gender NİSBƏTİ - ARAŞDIRMA

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax qurumun Paris-2024 Yay Olimpiya Oyunlarında iştirakşılarının sayında gender balansına nail olaraq, bu sahədə tam bərabərliyə çatıldığını bildirib. Bəs Azərbaycanın olimpiyaçılarının sırasında bu məsələ nə yerdədir?

İdman.biz Fransa paytaxtındakı multiidman yarışı ilə yanaşı, öncəki olimpiadalarda iştirakımızı da nəzərdən keçirərək bu sahədə vəziyyəti araşdırıb.

Əgər BOK olimpiyaçılar arasında tam bərabərliyi müvafiq qərarlarla yarada bilibsə, ölkələrin kişi və qadın idmançılarının sayı sadəcə onların nəticələrindən asılı bir məsələdir. Ölkələrdə kişi və qadın idmançılara konkret say həddi müəyyənləşdirilmir, sadəcə qadın idmanına diqqət nəticəsində onların imkanları artırıla bilər.

Azərbaycanın Parisə lizenziya qazanan 48 idmançısından 28-i kişi, 20-si qadındır. Göründüyü kimi, tam bərabərlik olmasa da, fərq çox da böyük deyil. Kişi idmançılarımız 58,33, qadınlar 41,67 faiz təşkil edir.

Qadın idmançılarımızın sayının 20-yə çatmasında komandalarımız böyük rol oynayıb. Parisə yollanacaq iki komandamızın hər biri qadınlardan ibarətdir. Bədii gimnastika qrupumuzun 5, basketbol komandamızın 4 üzvü var.

Kişi idmançılqarımızın say üstünlüyünə əsasən boks, güləş və cüdo növləri səbəb olub. 5 boksçumuzun hamısı kişilərdir. 12 güləşçimizdən cəmi 1-i, 9 cüdoçumuzdan 2-si qadınlardır.

Çox sayda iştirakçımız olan növlərdə qadınlar gimnastika (7 nəfər) və basketbolda (4 nəfər) 100 faizli göstəriciyə malikdirlər. Badminton və üzgüçülükdə say bərabərliyi mövcuddur – 1 kişi, 1 qadın. 4 növdə yeganə təmsilçimiz qadın, 3 növdə kişidir.

Azərbaycan komandasının iştirak etdiyi öncəki olimpiadalara nəzər saldıqda ilk üçündə fərq nəzərəçarpan dərəcədə böyük olub. Atlantada 23 idmançımızdan cəmisi 3-ü qadın olub. Sidney və Afinada qadınların sayı iki dəfə artıb 6-ya çatsa da, müvafiq olaraq 25 və 31 kişi idmançı ilə müqayisəsi vəziyyətin çox da dəyişmədiyini göstərir.

Pekindən etibarən bu sahədə ciddi irəliləyiş olub. 8 gimnastın sayəsində Çinə 14 nəfərlə yollanan qadın heyətimiz 44 idmançımızın sırasında 31,82 faiz təşkil edirdi ki, bu da Tokioya qədər ən yüksək göstərici olaraq qalırdı. Londonda 53 idmançıdan 15-i, Rioda isə 56-dan 14-ü qadınlar olub. Tokioda 28 kişi, 16 qadın təmsilçimiz yarışıb. Burada faiz nisbəti 63,64-ün 36,36-ya olub.

Qeyd edək ki, iyulun 26-da Bakı vaxtı ilə saat 21:30-da başlanacaq Olimpiadanın açılış mərasimində üçrəngli bayrağımızı kişi boksçumuz Məhəmməd Abdullayevlə yanaşı, qadın cüdoçumuz Gültac Məmmədəliyeva da daşıyacaq.

Vüqar Məmmədov

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 11:13

‘Xilasedici’ baş məşqçisi: Yeni hədəflər üçün mübarizə davam edir

Gimnastika
Bu gün, 11:07

Ömər Qasımlı və Muhamməd Həsənli Çində dünya yaş qrupları gimnastikada finala vesiqə qazandı

Basketbol
Bu gün, 11:00

Gəncə, FIBA Avropa Kuboku üçün Türkiyə klubuna qarşı döyüşəcək

Futbol
Bu gün, 10:58

Hansi Flik, Rafael Nadal və Rodri Barselona'da xüsusi mükafat alacaq

Futbol
Bu gün, 10:40

Almaniyalı milli futbolçu Niklas Zülənin: Karyeram boyunca gündə üç pivə içdiyim

Digər
Bu gün, 10:38

Usman Nurməhəmmədov və Merab Dvalişvili Əbu-Dabidə saxlanıldı

Futbol
Bu gün, 10:22

Murad Məmmədov: 7 il sonra Emreliyə verdiyi sözünü yerinə yetirdi, milli komandaya qatıldı

Futbol
Bu gün, 10:20

Arsenal Aleks Skottu Qazanmağa Cəhd Etdi

Futbol
Bu gün, 10:11

Kevin De Bruyne PSV-yə transfer ola bilər

Futbol
Bu gün, 10:09

Barselona, Kamp Nouda 1500 kvadratmetrli kolumbarium tikləyəcək

Futbol
Bu gün, 10:00

Polşalı klub 'Sabah'ın futbolçusuna təklif etdi, amma o qapını bağladı

Basketbol
Bu gün, 09:54

LANDAU Lions baş məşqçisi: “Qələbəyə yaxın idik, amma müdafiədə səhvlər bizi məğlub etdi”

Futbol
Bu gün, 09:40

Bavariya Oskar Pituşevski üçün 60M avro təkliflə yenidən maraq göstərdi

Futbol
Bu gün, 09:39

Kriştianu Ronaldo Portuqaliyalı ulduz serialda aktyor olacaq

Futbol
Bu gün, 09:27

İngiltərə vs Xorvatiya, Türkiyə vs Belçika: Millətlər Liqası beşinci turu

Futbol
Bu gün, 09:23

400 milyon avro itirildi: Avropanın ən pis idarə olunan futbol klubu elan edildi

Futbol
Bu gün, 09:20

Aston Villa, müdafiəçi İan Maatsenlə müqaviləni 2032-yə qədər uzatdı

Futbol
Bu gün, 09:08

Zidan Juventus’da məşqçilik arzusu

Basketbol
Bu gün, 09:01

FIBA Avropa Kubokunda ‘Gəncə’ bu gün ‘Esenler Erokspor’ ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Benfikanın 20 yaşlı argentinalı oyunçusuna 100 milyon avro dəyər qoyuldu

Futbol
Bu gün, 08:40

Valeryen İsmael 'Havr', Beşiktaş'ın keçmiş baş məşqçisini Fransa klubunun yeni məşqçisi olacaq

Futbol
Bu gün, 08:20

Fiorentina David de Xea ilə yollarını ayırmağı planlaşdırır

Futbol
Bu gün, 08:13

Pep Qvardiola ABŞ futbol millisinə rəhbərlik edə bilər

Futbol
Bu gün, 08:00

ABŞ Futbol Federasiyası Manchester United-dan 10 milyon dollar tələb edə bilər

Oxşar xəbərlər