top
Paris-2024: Neçə medal qazanacağıq və əsas çempionluq ümidlərimiz kimlərdir? - SORĞU İdman.biz
25 iyul 2024, 15:14
- ↺ +

Paris-2024: Neçə medal qazanacağıq və əsas çempionluq ümidlərimiz kimlərdir? - SORĞU

Paris-2024 Yay Olimpiya Oyunlarının startına cəmi 1 gün qalıb. Ölkəmizi bu mötəbər yarışda təmsil edəcək idmançılardan gözləntilər böyükdür.

Azərbaycanın tanınmış simaları İdman.bizin Olimpiadadakı medal sayımız və əsas çempionluq ümidlərimizlə bağlı sorğusunu cavablandırıblar.

Respondentlərin əksəriyyəti güləşçilərimizin Fransa paytaxtında himnizimi səsləndirəcəklərinə inam ifadə ediblər.

Nazim Hüseynov (Olimpiya çempionu): "Bu Olimpiadada idmançılarımızdan 5-6 medal gözləyirəm. Xüsusilə də, güləşçilərimizin qızıl medal qazanacağına inanıram. Əlbəttə, arzu edərdik ki, bütün idmançılarımızın nəticələri yaxşı olsun. Fikrimcə, Paris-2024 başqalarından çox fərqlənəcək.

Güləşçilərimizdən azı iki qızıl gözləyirəm. Boksdan və cüdodan bir qızıl gözləyirəm. Məncə, cüdoda Elcan Hacıyev (90 kq) yaxşı nəticə göstərəcək. Zelim Kotsoyev (100 kq) də medal gətirə bilər. Balabəy Ağayevin (60 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksəlmək şansı var. Hidayət Heydərovda (73 kq) məni narahat edən Manuel Lambardo və Soiçi Haşimoto ilə görüşdür. Dünya çempionumuz onlarla çətin güləşir. İstənilən halda o, "üçlüy"ə düşə bilər.

Gimnastlardan da uğurlu nəticə gözləyirəm. Ümumiyyətlə, bu Olimpiadada azı beş qızıl medal olacaq. Bütün növlərdən isə 12-13 medal qazanacağımızı düşünürəm".

Arif Əsədov (millinin məşqçisi): "Minimum üç qızıl gözləyirəm. Hacı Əliyevə (65 kq) ümidlər böyükdür. Mariya Stadnik (50 kq), Alfonso Dominqes (92 kq) və Hidayət Heydərov (73 kq) mənim favoritlərimdir. Bütün idmançılarımıza uğurlar arzulayıram. Ümid edirəm ki, gələcəkdə futbol komandamız da Olimpiadada ölkəmizi təmsil edəcək".

Fazil Mustafa (sabiq deputat): "Olimpiadada nəticə gözlənti ilə olmur, bu daha çox situativ məsələdir. Ən qabaqcıl idmançı belə elə situasiya üzləşə bilər ki, uğur qazanmasın. Ona görə də ad çəkməkdə çətinlik çəkirəm. Bu Olimpiadadan gözləntim çox böyük deyil, çünki orada rəqabətin güclü olacağını təxmin edirəm. Güləşdə, cüdoda uğur qazanmağımız mümkündür. Digər idman növlərində də yaxşı nəticələr ola bilər".

İlham Zəkiyev (ikiqat Paralimpiya Oyunları çempionu): "Ümumilikdə 10-a yaxın medal gözləyirəm. Bunlardan ikisinin, bəlkə də üçünün qızıl olacağına ümid edirəm. Əsas gözləntim isə cüdo və güləşdəndir".

Yunis Hüseynov (millinin sabiq futbolçusu): "Bu Olimpiadada idmançılarımızın 5-6 medal qazanacağını düşünürəm. Xüsusilə də, güləşçilərimizdən çempionluq gözləyirəm. Əlbəttə, arzu edərdik ki, bütün idmançılarımızın nəticələri yaxşı olsun".

İlqar Xəyal (müğənni): "Bütün idmançılarımız qələbəyə layiqdirlər. Həyəcanla onların çıxışlarını izləyəcəyik. Azərbaycan təkbətək idman növlərində Olimpiadada özünü göstərə bilib. Ümidvaram ki, bu il digər idman növlərində də uğurlu çıxış edəcəyik".

Zeynəb Məmmədyarova (şahmatçı): "Cüdodan ən az bir qızıl gözləyirəm. Güləşdə də həmçinin. Hidayət Heydərov, Mariya Stadnik və Balabəy Ağayevin uğurlu nəticə göstərəcəyinə inanıram. Gültac (52 kq) da çox fədakar cüdoçudur. Ümid edirəm ki, bu Olimpiadada onun da medalı olacaq".

Aqil Abbas (sabiq deputat): "Konkret ad çəkə bilmərəm. Ancaq inanıram ki, bu il nəticəmiz yaxşı olacaq. İdmançılarımıza uğurlar arzulayıram".

Eldəniz Əzizli (güləşçi): "Güləşdən 7, cüdodan 2, boks və taekvondonun hərəsindən isə bir medal gözləyirəm. Digər idman növləri haqqında nəsə demək çox çətindir. Sözün əsl mənasında öz komandamızın bütün üzvlərindən medal gözləyirəm".

Əfran İsmayılov (veteran futbolçu): "Medal nə qədər çox olsa, bir o qədər yaxşıdır. Çünki qazanılan hər uğur Azərbaycanın adıdır. Bilirəm ki, idmançılarımız bu yarışa çox ciddi hazırlaşıblar. Hacı Əliyev, Mariya Stadnik, Hidayət Heydərov və Balabəy Ağayevdən medal gözləyirəm. Hidayət neçə önəmli yarışın qalibi olub. Balabəyi isə yaxından tanıdığım üçün bilirəm ki, çox yaxşı hazırlaşıb. İdmançılarımız bu Olimpiadada yaxşı nəticə göstərəcəklərinə ümid edirəm".

Aytac Sahəd
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:20

Aston Villa, müdafiəçi İan Maatsenlə müqaviləni 2032-yə qədər uzatdı

Futbol
Bu gün, 09:08

Zidan Juventus’da məşqçilik arzusu

Basketbol
Bu gün, 09:01

FIBA Avropa Kubokunda ‘Gəncə’ bu gün ‘Esenler Erokspor’ ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Benfikanın 20 yaşlı argentinalı oyunçusuna 100 milyon avro dəyər qoyuldu

Futbol
Bu gün, 08:40

Valeryen İsmael 'Havr', Beşiktaş'ın keçmiş baş məşqçisini Fransa klubunun yeni məşqçisi olacaq

Futbol
Bu gün, 08:20

Fiorentina David de Xea ilə yollarını ayırmağı planlaşdırır

Futbol
Bu gün, 08:13

Pep Qvardiola ABŞ futbol millisinə rəhbərlik edə bilər

Futbol
Bu gün, 08:00

ABŞ Futbol Federasiyası Manchester United-dan 10 milyon dollar tələb edə bilər

Futbol
Bu gün, 07:09

Mançini Mbappe-nin zədələnməsindən risk etməməsini tövsiyə etdi

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Oxşar xəbərlər