top
Paris-2024: Dünyanın diqqəti Sena çayında İdman.biz
26 iyul 2024, 09:29
- ↺ +

Paris-2024: Dünyanın diqqəti Sena çayında

Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.

İdman.biz xəbər verir ki, Sena çayında baş tutacaq tədbir Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Düzdür, Olimpiadanın yarışları iki gün əvvəl start götürüb. Futbol və reqbi-7 növlərində komandalar mübarizəyə iyulun 24-də başlayıb. Dünən isə həndbol və kamandan oxatma yarışları keçirilib.

Açılış mərasiminin baş tutacağı gün heç bir yarış nəzərdə tutulmasa da, güllə atıcılığı üzrə bəzi növlərdə rəsmi məşq prosesi təşkil olunacaq. Azərbaycan təmsilçisi Ruslan Lunyovun mübarizə apardığı tapança ilə 10 m məsafədən atəşaçma yarışının iştirakçıları da hədəf önünə keçəcək. Lunyovla rəqiblərinin məşqi saat 12:00-da başlayacaq.

Bundan 10 saat sonra unikallığı ilə tarixə düşəcək açılış mərasimi təşkil olunacaq. Tarixdə ilk dəfə bu tədbir stadiondan kənarda – Sena çayında baş tutacaq.

Üstəlik, açıq havada açılışı izləmək biletsiz, sərbəst olacaq. Bu üzdən açılış mərasimi tarixə həm keçirilmə ərazisi, həm tamaşaçı sayı ilə ən böyükmiqyaslı kimi düşəcək.

Bundan başqa, idmançıların paradı qayıqlarda Sena çayında gerçəkləşəcək. Paris Botanika bağının yanındankı Austerlitsk körpüsündən başlayacaq parad şərqdən qərbə doğru 6 km məsafəni əhatə edəcək. Açılış mərasimində Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyava və boksçu Məhəmməd Abdullayev dalğalandıracaq.

Avqustun 11-dək davam edəcək Olimpiadada 206 ölkədən olan 11 minə yaxın idmançı 32 idman növündə mübarizə aparacaq. Yarışda 329 dəst medalın sahibi müəyyənləşəcək.

Azərbaycan millisi Paris-2024-də 15 idman növünün 17 proqramı üzrə təmsil olunacaq. Yığmamız Fransa paytaxtına 48 idmançı ilə yollanmaqdarır. Onların bəziləri artıq Parisdədirsə, digərləri qarşıdakı günlərdə səfərə çıxacaq.

Badminton
Edi Reski Dviçayo (kişilər, fərdi)
Keişa Fatimə Zəhra (qadınlar, fərdi)

Bədii gimnastika
Zöhrə Ağamirova
Qrup hərəkətləri komandası (Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Darya Sorokina)

Batut gimnastikası
Selcan Maqsudova

Sərbəst güləş
Əliabbas Rzazadə (57 kq)
Hacı Əliyev (65 kq)
Turan Bayramov (74 kq)
Osman Nurmaqomedov (86 kq)
Maqomedxan Maqomedov (97 kq)
Giorgi Meşvildişvili (125 kq)

Yunan-Roma güləşi
Murad Məmmədov (60 kq)
Həsrət Cəfərov (67 kq)
Sənan Süleymanov (77 kq)
Rafiq Hüseynov (87 kq)
Sabah Şəriəti (130 kq)

Qadın güləşi
Mariya Stadnik (50 kq)

Atletika
Anna Skidan, çəkicatma

Boks
Nicat Hüseynov (51 kq)
Malik Həsənov (63,5 kq)
Murad Allahverdiyev (80 kq)
Alfonso Dominqes (92 kq)
Məhəmməd Abdullayev (+92 kq)

Taekvondo
Qaşım Maqomedov (58 kq)

Atıcılıq
Ruslan Lunyov (10 m, pnevmatik tapança)

Basketbol
Qadın yığması, 3x3 növü

Avarçəkmə
Diana Dımçenko, (2000 m, akademik avarçəkmə)

Triatlon
Rostislav Pevtsov

Qılıncoynatma
Anna Başta, (sablya)

Kamandan oxatma
Yaylagül Ramazanova

Üzgüçülük
Məryəm Şeyxəlizadəxangah
Ramil Vəlizadə

Cüdo
Balabəy Ağayev (kişilər, 60 kq)
Yaşar Nəcəfov (kişilər, 66 kq)
Hidayət Heydərov (kişilər, 73 kq)
Zelim Tçkayev (kişilər, 81 kq)
Elcan Hacıyev (kişilər, 90 kq)
Zelim Kotsoyev (kişilər, 100 kq)
Uşanqi Kokauri (kişilər, +100 kq)
Leyla Əliyeva (qadınlar, 48 kq)
Gültac Məmmədəliyeva (qadınlar, 52 kq)

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər