Fransalı cüdoçu Teddi Riner olimpiadalar tarixinə düşüb.
İdman.biz xəbər verir ki, o, 5 qat Olimpiya çempionu tituluna yiyələnən ilk cüdoçu olub.
Riner növbəti uğuruna bu gün keçirilən komanda yarışlarında imza atıb. Onun çıxış etdiyi Fransa yığması Oyunların finalında Yaponiyaya 4:3 hesabı ilə qalib gəlib. Teddi dünən fərdi yarışlarda +100 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
Qeyd edək ki, 35 yaşlı fransalı London-2012, Rio-2016 və Tokio-2020 Olimpiadalarının da qalib olub.
İdman.biz