top
Orta məktəblərdə idman: şagirdlər bu sahəyə nə dərəcədə maraq göstərirlər? Qol.az
20 aprel 2025, 17:47
- ↺ +

Orta məktəblərdə idman: şagirdlər bu sahəyə nə dərəcədə maraq göstərirlər?

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz çərçivəsində növbəti həmsöhbətimiz Bakıdakı "Zəngi" liseyinin fiziki tərbiyə müəllimi Maarif Hacıyev oldu.

O, söhbətə başlayarkən əvvəlcə özü haqda məlumat verib: "Mən - Maarif Hacıyev Hacıyev Arif oğlu 1989-cu ildə Bədən Tərbiyəsi və İdman İstitutunu bitirmişəm Həmin ildən 1995-ci ilə qədər Sabunçu rayon 213 nömrəli məktəbdə fiziki tərbiyə müəllimi işləmişəm 1995 ci ildən indiyədək "Zəngi" liseyində fiziki tərbiyə müəllimi və metodbitləşmə rəhbəriyəm".

M.Hacıyev şagirdlər bütün yarışlarda iştirak edirlər və yüksək nəticələr qazanırlar.

O, şagirdlərin basketbol və futbola daha çox maraq göstərdiklərini bildirib: "Şagirdlərin ən çox maraq göstərdiyi idman növləri futbol, basketbol, Şərq əlbəyaxa döyüş növləridirz Biz şagirdlərdə idmana həvəsi artirmaq üçün şəraitimiz uyğun olaraq, şən oyunlar təşkil edirik. Daim şahmat, basketbol, minifutbol yarışları keçiririk. Sağlam rəqabət, rəqibə hörmət, liderlik qabiliyyətinin yaranması və bir çox başqa dəyərlər üzərində qurulan dərslər, idman bayramları uşaqların müxtəlif idman növləri üzrə istedadlarının aşkarlanmasına gətirib çıxarır".

Həmsöhbətimiz uşaqlara motivasiya verməyin yollarından da danışıb: "Şagirdləri həvəsləndirmək üçün məşhur idmançılarla görüşlər təşkil edirik. Onlardan biri də Elnur Məmmədlidir. Həmçinin liseyimizdə Rəsul Çunayevlə də görüş keçirilib. Belə görüşlər uşaqları sevindirir".

O qeyd edib ki, uşaqlar və gənclər arasında idmana marağı artırmaq üçün məktəblərdə yaxşı infrastruktur yaradılmalıdır: "İdmanın səviyyəsini artırmaq, şagirdləri pis vərdişlərdən uzaqlaşdırmaq üçün ən əsas və yeganə vasitə şəraitin düzəlməsidir. İdman meydançalarının, zalların durumu yaxşılaşdırılmalıdır. Bu, bizə fiziki tərbiyə fənnini daha keyfiyyətli tədris etmək imkanı yaradacaq. Belə olan halda da uşaqların idmana həvəsi daha da çoxalacaq". 

M.Hacıyev vurğulayıb ki, uşaqlar gələcəkdə uğurlu idmançı olmaq istəyirlərsə, fiziki tərbiyyə dərslərinə daim iştirak etməlidirlər: "İdman nailiyyətlərinin qazanılmasında fiziki tərbiyə fənninin əhəmiyyəti böyükdür. Mən inanıram ki, nəticə verən idmançılarımız məktəblərdə fiziki tərbiyə fənnini bir dəfə belə buraxmayıblar, daim iştirak ediblər. Müəllimlər onlara düzgün istiqamət veriblər. Uğurlu idmançılarımızın hər biri məktəbdə fiziki tərbiyə fənnini seviblər. Çünki fiziki tərbiyə fənnini sevən uşaqlar çempion kimi yetişirlər".

Fiziki tərbiyə müəllimi şagirdlərin valideynləri ilə sıx əlaqədə olduqlarını söyləyib: "Şagirdlərin valideynləri ilə danışıqlar aparırıq. Uşaqların hər hansı bir idman növünə marağının olduğunu görəndə valideynləri lə bu mövzu ətrafında danışırıq. Şagirdlərə kömək etmək üçün tövsiyələr veririk. Valideynlər də övladlarının idmançı olmağını istəyirlər".

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:14

Ançelotti Braziliya millisində rekord qıraraq ən aşağı qələbə faizini əldə etdi

Futbol
Bu gün, 01:58

İnтерin yarımmüdafiəçisi Curtis Cons zədələnib, Milan derbisini də qaçıracaq

Futbol
Bu gün, 00:45

Arsenal və Tottenham Kenan Yıldızın İngiltərə Premyer Liqasına keçidi ilə maraqlanır

Olimpiada
Dünən, 23:28

Lindsey Vonn ağır zədədən sonra 2026/27 mövsümündə ABŞ millisinin heyətinə daxil olub

Futbol
Dünən, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Cüdo
Dünən, 22:46

Bakıda keçirilən cüdo dünya çempionatı: Azərbaycan üçüncü yerdə

Futbol
Dünən, 22:33

PSJ iki oyunçusuna əlavə istirahət verdi

Futbol
Dünən, 21:23

AFFA rəhbərinə UEFA-dan Qadınlar Dünya Çempionatı 2027 seçmə matçı üçün təyinat

Futbol
Dünən, 19:25

“İmişli” PFK‑da Zamir Həsənov və Rəsul Allahverdiyevlə yollar ayrıldı

Basketbol
Dünən, 16:57

“Neftçi”nin basketbolçusu: “FIBA Avropa Kubokunda mərhələ keçmək üçün şansımız var”

Basketbol
Dünən, 12:14

Sumqayıtın basketbolçısı Teyvion Kirk: ‘Play‑offun dörd ən güclü komandası arasında olmaq istəyirik’

Futbol
Dünən, 11:26

“Neftçi” Matheus Davonu qış transferində heyətinə qatmaq istəyir

Futbol
Dünən, 10:41

“Səbail” “Sərtan Taşkın”ı transfer etdi

Futbol
Dünən, 10:11

Ronaldın çıxışı sonrası Portuqaliya milli komandası FIFA reytinqində beşinci yerə yüksəldi

Futbol
Dünən, 09:41

Azərbaycan Kubokunun birinci mərhələsində bu gün üç yeni qarşılaşma baş tutacaq

Qarabağ FK
Dünən, 06:23

“Qarabağ”ın 18 yaşlı hücumçusu Əli İbrahim “Olimpiakos” B komandasında baxışa yollanacaq

Futbol
Dünən, 04:14

Benin məşqçisi: Argentina oyunçularından Messi'nin fotosunu və formasını ala bilmədik

Basketbol
07 oktyabr 2026, 23:54

LANDAU Lions FIBA Avropa Kubokunda 83-105 ilə “Lions de Geneve”yə məğlub oldu

Futbol
07 oktyabr 2026, 23:38

Luka Modriç Messi’nin milli karyerasını başa vurmasına təəssüfünü bildirir: “O, unikal futbolçudur”

Güləş
07 oktyabr 2026, 22:55

Azərbaycanda U-23 Dünya Güləş Çempionatı Heyəti Açıqlanıb

Futbol
07 oktyabr 2026, 21:26

Azərbaycan qadın milli komandası Antalyaspor ilə dostluq matçı keçirəcək

Futbol
07 oktyabr 2026, 19:28

AFFA meneceri Kifayət Mustafayeva UEFA təyinatını aldı, Avropa zonası qadınlar çempionatı pley-off oyununda nümayəndə olacaq

Futbol
07 oktyabr 2026, 16:40

Azərbaycan millisi FİFA reytinqində bir pillə gerilədi

Futbol
07 oktyabr 2026, 16:25

AFFA aşağı yaş liqalarında üç komandaya 0:3 texniki məğlubiyyət verdi

Oxşar xəbərlər