top
Ömürlük futboldan QOVULUR - oyunları qumara çevirib Lent.az
05 iyun 2024, 19:16
- ↺ +

Ömürlük futboldan QOVULUR - oyunları qumara çevirib

"Vest Hem"in yarımmüdafiəçisi Lukas Paket bukmeker kontoru qalmaqalında şübhələrinə görə böyük bəlaya düşüb. Futbol Assosiasiyası futbolçunun ömürlük diskvalifikasiyasını tələb edir.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu hadisə ötən ilin yayında məlum olub. Həmin vaxt "Mançester Siti" Paketi almağa çalışıb. Bununla belə, futbolçu maliyyə gəliri üçün danışılmış oyunlarda şübhəli bilinib.

Bu səbəbdən İngiltərə çempionu braziliyalını almamağa qərar verib. Zaman keçdikcə işin yeni təfərrüatları üzə çıxıb.

Paket dörd oyunda - 2022-ci ildə "Lester"ə, həmçinin 2023-cü ildə "Aston Villa", "Lids" və "Bornmut"a qarşı oyunlarda qəsdən sarı vərəqə almaqda ittiham olunur. İddialara görə, futbolçunun dostları və ailə üzvləri hər şeyə mərc qoyublar.

"The Sun" qəzetinin jurnalistləri bu işin bütün təfərrüatlarını öyrəniblər. Ümumilikdə, 400 funt sterlinqə qədər məbləğdə 60-a yaxın mərc edilib. Nəticədə 100.000 funt sterlinq məbləğində mükafat alınıb.

Mətbuatın yazdığına görə, İngiltərə federasiyası Paket üçün ən ağır cəzanın verilməsini tələb edir. O, braziliyalını ömürlük diskvalifikasiya etmək istəyir.

Lakin məhkəmə bir neçə ay davam edəcək. Bu arada, sübutların toplanması davam edir. Bildirilir ki, futbolçunun özünün də ürəyi sıxılıb və "Vest Hem" onun psixi vəziyyətindən ciddi narahatdır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:51

Portuqaliya 7 nömrə geyinərək Ronalduya hörmət göstərir

Futbol
Bu gün, 17:40

Roberto De Zerbi Premier Liqada Ayın Məşqçisi Adlanıb

Digər
Bu gün, 17:30

Ronaldo "Day 1s" serialının aktyoru və icraçı prodüseri olacağına dair çəkilişlərinə başladı

Futbol
Bu gün, 17:30

Azərbaycan milli yığması AVRO-2028-in seçmə mərhələsində 8 oyun keçirəcək

Basketbol
Bu gün, 17:29

ABŞ-lı basketbolçu Aubri Makalpayn "Naxçıvan" klubuna birləşib;

Futbol
Bu gün, 17:20

Fulham və digər Avropa klubları Betisin yarımmüdafiəçisi Rodriqo Rikelmeyə ciddi maraq göstərir

Futbol
Bu gün, 17:09

Asim Xudiyev UEFA Millətlər Liqasının Belarus-Albaniya oyunu üçün hakim-inspektor təyinatı alıb;

Futbol
Bu gün, 17:00

Qəbələ baş məşqçisi iki futbolçu transferini tələb edir

Qarabağ FK
Bu gün, 16:58

Almeyda Qarabağ'a geri dönüşü barədə öz hiss və ümidlərini paylaşdı

Cüdo
Bu gün, 16:42

Usman Nurməhəmmədova 6 ay həbs və 300 min dirhəm cərimə verildi

Futbol
Bu gün, 16:28

Toral Bayramovun Lixtenşteyn konfransındakı “qapıda da” sualına gülə-gülə cavab

Futbol
Bu gün, 16:20

Vinisius Junior 31,3 milyon avro ilə dünyada ən çox maaş alan braziliyalı futbolçudur

Boks
Bu gün, 16:12

Gürcüstan vətəndaşı olan azərbaycanlı boksçu Emil İsmayılov Yeniyetmələrin Olimpiya Oyunlarında qızıl medal qazandı

Futbol
Bu gün, 16:00

Samir Abasov: Qələbə olmazsa, milli komandadan danışmaq məcburiyyətində deyilik

Futbol
Bu gün, 15:56

Azərbaycan millisinin Lixtenşteynə qarşı vəzalması: Qrup birinciliyi üçün həlledici məqam

Futbol
Bu gün, 15:40

Manchester United və Manchester City, Chelsea müdafiəçisi Malo Gusto ilə maraqlanır

Futbol
Bu gün, 15:40

Kriştianu Ronaldu Türkiyəyə keçməyəcək, karyerasını Al‑Nəsr klubunda bitirəcək

Futbol
Bu gün, 15:25

Arif Əsədov: Milli futbolçularımızın potensialı Lixtenşteyn qarşı yüksəkdir

Futbol
Bu gün, 15:20

Liverpulun kapitani Van Deykin müqavilə uzadılması ilə bağlı danışıqlar hələ də davam edir

Futbol
Bu gün, 15:09

Millətlər Liqası 5-ci tur: Almaniya 1/4 final ümidini itirə bilər - Niderland, Yunanıstan və digər vacib qarşılaşmalar

Futbol
Bu gün, 14:55

Mauro İkardi 11 yaşlı qızına qarşı fiziki zorakılıq ittihamı ilə üzləşdi

Qarabağ FK
Bu gün, 14:39

Aslan Kərimov: “Lixtenşteynə səfərdə qalib gəlmək məcburiyyətindəyiz”

Futbol
Bu gün, 14:26

Neftçi futbolçusu Benin milli komandasında 5-1 qalibiyyətə qatıldı

Futbol
Bu gün, 14:24

İtaliya yarımmüdafiəçisi rəqibinin dişini qırdı - UEFA Millətlər Liqası

Oxşar xəbərlər