top
Nazirlər Sağlam Radionun bir yaşını təbrik edərək fəaliyyətini yüksək qiymətləndiriblər Idman.biz
03 iyun 2025, 09:58
- ↺ +

Nazirlər "Sağlam Radio"nun bir yaşını təbrik edərək fəaliyyətini yüksək qiymətləndiriblər

Bu gün 93 FM dalğasında yayımlanan "Sağlam Radio"nun bir yaşı tamam olur.

İdman.biz sehiyye.gov.az saytına istinadən xəbər verir ki, səhiyyə naziri Teymur Musayev və gənclər və idman naziri Fərid Qayıbov "Sağlam Radio"nun bir yaşı münasibətilə "Sağlam səhər" verilişinin xüsusi qonaqları olublar.

Nazirlər radionun səhər və axşam efirlərində sağlam həyat tərzi, düzgün qidalanma, idman və psixoloji sağlamlıq, müxtəlif xəstəliklər haqqında maarifləndirici mövzuların geniş müzakirəsi, ictimaiyyətə dəyərli məlumatlar çatdırıldığını vurğulayaraq, bir il ərzindəki fəaliyyəti yüksək qiymətləndiriblər.

Səhiyyə naziri Teymur Musayevin sözlərinə görə, "Sağlam Radio" sübut etdi ki, sağlamlıq haqqında danışmaq sadə, asan, həm də faydalıdır: "Bu platformada mütəxəssislər ən mürəkkəb mövzuları hər kəs üçün anlaşılan tərzdə izah edirlər".

Gənclər və idman naziri Fərid Qayıbov radionun idman və aktiv həyat tərzinin təşviqindəki rolunu xüsusi vurğulayıb: ""Sağlam Radio" yalnız informasiya vermir, həm də insanları aktiv həyata, sağlam yaşamağa sövq edir. Burada müzakirə olunan mövzular və idman barədə aparılan səmimi söhbətlər gənclər tərəfindən də maraqla dinlənilir".

Qeyd edək ki, "Sağlam Radio"da saat 08.00 -10:00-da yayımlanan "Sağlam səhər" və axşam 18:00-20:00-dək efirdə olan "Sağlam həyat" verilişlərinin bundan sonrakı fəaliyyətində də əsas istiqamət sağlam həyat tərzinin təbliği olacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
Bu gün, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Futbol
Dünən, 23:21

Azər Bağırov Edqar Adilxanovun transfer xəbəri barədə rəsmi olaraq inkar etdi

Basketbol
Dünən, 22:58

"Neftçi" 83:79 hesabıyla "Ordu"nu məğlub edərək mövsümə start verdi, "LANDAU Lions" isə NTD-yə 102:68 qalib gəldi

Basketbol
Dünən, 22:24

“Neftçi”nin baş məşqçisi qələbədə ehtiyat oyunçuların böyük rolunu vurğuladı

Futbol
Dünən, 22:00

Zirə baş məşqçisi Rəşad Sadıqov: Heyətimizdə səkkiz‑doqquz zədəli futbolçu var

Futbol
Dünən, 17:55

Vəli Qasımov: Neftçi oyunda Sabahdan bir qədər üstün idi, ancaq nəticə bərabərlik oldu

Futbol
Dünən, 15:34

Sumqayıt son yeddi qarşılaşmada Qəbələyə məğlub olmayıb

Futbol
Dünən, 11:00

“Sabah”ın legioneri Akim Zedadka: “Qalib gəlməsək də məğlub olmamalıyıq”

Qarabağ FK
Dünən, 10:00

Viçko Şevel: “Sabah”la iki xal itirdik, “Qarabağ”a qalib gəlməliyik

Futbol
Dünən, 04:19

Kili Qonsales: Messi Argentina millisi üçün ömrünün sonuna qədər darıxacaq

Futbol
Dünən, 03:47

“Juventus” argentinalı futbolçu Nikolas Qonsaleslə uzunmüddətli müqaviləni yenilədi

Basketbol
Dünən, 01:47

Naxçıvanın baş məşqçisi qələbəni, Sumqayıtın baş məşqçisi məğlubiyyəti şərh etdi

Futbol
Dünən, 01:21

Mançester Siti Premyer Liqa ilə maliyyə cəriməsi razılaşması üçün danışıqlar apardı

Futbol
Dünən, 00:59

Mahirin komandası Polşada 1:4 məğlubiyyətlə sonuncu yerdə

Futbol
Dünən, 00:41

Azərbaycan qadın milli komandası Antalyasporu 2:1 hesabla məğlub etdi

Futbol
Dünən, 00:33

Neftçi‑Sabah matçının 0:0 dəyərli videolu təqdimatı

Futbol
Dünən, 00:12

Jorge Jesúsun Ronaldu ilə münaqişəsi ona da cəza gətirə bilər

Futbol
09 oktyabr 2026, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Futbol
09 oktyabr 2026, 19:49

Türkiyə Futbol Federasiyası Montellanı vəzifəsindən azad etdi

Futbol
09 oktyabr 2026, 17:52

Premyer Liqa VII turunda Kəpəz, Araz‑Naxçıvanı 2‑0 məğlub etdi;

Qarabağ FK
09 oktyabr 2026, 16:45

Azərbaycan Kubokunda 12‑0 qalibiyyətlə son 23 mövsümün ən böyük fərq rekordunu kəsdi

Cüdo
09 oktyabr 2026, 12:57

Jüdo dünya çempionu Sansiro Murao: “Azərbaycan çox gözəl və qonaqpərvərdir”

Cüdo
09 oktyabr 2026, 10:56

Cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyev dünya çempionatının 1/32 finalına çıxır - YENİLƏNİR + FOTO

Oxşar xəbərlər