top
Naxçıvan idmançılarının ötən il qazanığı medalların sayı açıqlanıb Report.az
05 mart 2025, 15:55
- ↺ +

Naxçıvan idmançılarının ötən il qazanığı medalların sayı açıqlanıb

Naxçıvan idmançılarının ötən il qazanığı medalların sayı açıqlanıb.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini icra edən nazir müavini Məcid Seyidov mətbuat konfransında yerli idmançıların ötən il dünya, Avropa çempionatları, beynəlxalq turnirlər, Azərbaycan çempionatı və birinciliklərində 72-si qızıl, 71-i gümüş və 58-i bürünc olmaqla, ümumilikdə 201 medal qazandığını, uğur tendensiyasının cari ildə də davam etdiyini diqqətə çatdırıb.

İdmançıların qazandığı yüksək nəticələr arasında Röya Abdullayeva və Əli Əsgərovun Avropa, Xalədicə Bayramova ilə Vüsal Seyidovun dünya çempionluqları, ölkə birincisi olan ilk Naxçıvan cüdoçusu kimi Ləman Bağırova və digərlərinin tarixi uğurlarını Naxçıvanda uğurla icra olunan idman siyasətinin bəhrəsi kimi dəyərləndirilib.

O, nazirliyin ötənilki fəaliyyəti, qazanılan uğurlar və qarşıdakı dövrdə görüləcək işlər barədə məlumat verib, jurnalistlərin suallarını cavablandırıb.

Nazir müavini 2024-cü ilin təmsil etdiyi qurumun fəaliyyəti baxımından yaddaqalan olduğunu bildirib, görülən işlərdən bəhs edib. Qeyd olunub ki, nazirlik dövlət gənclər və idman siyasətinin icrası istiqamətində ümumilikdə 365 tədbir keçirib, müxtəlif layihələr icra edib. Gənclərin hərtərəfli inkişafı, sağlam həyat tərzinə cəlbi, karyera imkanlarının artırılması, əhaliyə idman xidmətlərinin əlçatanlığının təmini, məşqçi və idmançıların peşəkar inkişafı və digər istiqamətlərdə davamlı işlər görülüb.

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq gənclərin şəxsi və peşəkar inkişafı istiqamətində müxtəlif mövzularda şəxsi inkişaf təlimləri təşkil edildiyini, Naxçıvan şəhəri üzrə 8 yerdə açıq hava idman qurğularının istifadəyə verildiyini xatıladan Məcid Seyidov dövlətin həyata keçirdiyi bu tədbirlərin davam edəcəyini bildirib. Əlavə olunub ki, cari il ərzində muxtar respublikanın rayon və şəhərlərində, böyük qəsəbələrində olmaqla, ümumilikdə 11 yerdə sadə tipli idman qurğularının quraşdırılması nəzərdə tutulub.

Bundan başqa, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "Sağlam məhəllə" layihəsinin muxtar respublikanın Babək, Culfa və Şahbuz şəhərlərində həyata keçirilməsi nəzərdə tutulur. Bütün bu işlər nəticəsində il sonuna kimi muxtar respublikanın bütün bölgələri daxil olmaqla, əhalinin ödənişsiz istifadəsinə veriləcək idman meydançalarının ümumi sayı 22-ə yüksələcək. Dövlət və özəl investisiya əsasında Naxçıvan şəhərində və bir sıra regionlarda icra olunan və ya planlaşdırılan infrastruktur layihələri barədə məlumatlar diqqətə çatdırılıb.

Nazir müavini vətəndaş qəbulu, könüllülərlə iş, əməkdaşlıq əlaqələri, gənclərə və idmançılara göstərilən dövlət dəstəyi və digər məsələlərlə bağlı fikirlərini bölüşüb.

Məcid Seyidov jurnalistlərin mövcud məsələlərin həlli və gələcəkdə görüləcək işlərlə bağlı ünvanladıqları suallara cavab olaraq bildirib ki, cari ildə karate üzrə beynəlxalq turnirin, o cümlədən bir sıra idman növlərində ölkə əhəmiyyətli idman yarışlarının təşkili planlaşdırılır. Vətəndaş müraciətləri, sahibkarlardan gələn təkliflər və ümumi analizlər nəzərdən keçirilir, idmanın maddi-texniki bazasının yenilənməsi, o cümlədən yenidənqurma, təmir işlərinin aparılması gələcək perspektivdə aktuallığını qoruyur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Dünən, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Dünən, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Dünən, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Dünən, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Dünən, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Dünən, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Dünən, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Dünən, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Oxşar xəbərlər