Bu gün Polşanın Qdansk şəhərində sahil avarçəkməsi və çimərlik sprint üzrə Avropa çempionatına start verilib. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Murad Sadıqov ilk dəfə çimərlik sprint yarışlarında mübarizə aparacaq.
Qeyd edək ki, bu növ 2028-ci ildə Los Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına daxil edilib.