Yunanıstanın Olimpiya şəhərində keçirilən muaytay üzrə gənclər arasında dünya çempionatında Azərbaycan idmançıları üç medal əldə ediblər.
İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən məlumat yayılıb.
Bildirilib ki, Əli Cəfərli (U-16, 71 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.
Əfəndi Əfəndiyev (U-18, 51 kq) və Sedat Əliyev (U-18, 57 kq) isə mundialı gümüş medalla başa vurublar.
