top
Miron Şakira: İdmançı Yeni il bayramlarından sonra necə bərpa olunmalıdır? Idman.biz
02 yanvar 2026, 15:40
- ↺ +

Miron Şakira: İdmançı Yeni il bayramlarından sonra necə bərpa olunmalıdır?

Yeni il bayramları, adətən, idmançı üçün mövsümün ortasına düşür. Bu potensial təhlükəli dövrdür: bir tərəfdən dincəlmək və yenidən yüklənmək imkanı yaranır, digər tərəfdən isə ritmdən çıxmaq və formanı itirmək riski var.

İdmançı Yeni il bayramlarından sonra necə bərpa olunmalıdır sualı ilə İdman.Biz artıq üç ildən çoxdur Bakıda yaşayan ukraynalı dietoloq, psixoloq və məşqçi Miron Şakira ilə danışıb.

Aclıq kömək edirmi?

Mütəxəssisin sözlərinə görə, Yeni il yeməyindən sonra orqanizm artıq stres vəziyyətində olur: yuxu pisləşir, bağırsaq yüklənir. Ona görə də aclıq kimi ifrat addımlara getmək olmaz.

"Aclıq zamanı şirinə və yağa istək daha da artacaq. Psixoloji baxımdan bu çətindir. Ona görə ilk üç gün normallaşma prosesi getməlidir – adi kalorilik və ya çox cüzi defisit (insanın gün ərzində xərclədiyindən az kalori qəbul etdiyi vəziyyət – müəllif qeydi), məsələn, gündəlik normanın 10 faizi. İfrat olmadan.

Əgər idmançı çox içibsə – alkoqol, çox yağlı yemək, mədə problemləri – yüngül gün keçirmək olar: şorba, bulyon, yoqurt, kefir, balıq, yumurta, tərəvəz, meyvə, sıyıq, su. Amma aclıq yox. Tez-tez belə olur: səhər və günorta insan ac qalır, axşam isə özünü saxlaya bilmir. Belə olmaz".

Bayramlardan sonra rasion necə olmalıdır?

Miron Şakira qeyd edir ki, artıq yeməkdən sonra ilk günlərdə əsas vəzifə ağırlığı aradan qaldırmaq, şişkinliyi azaltmaq, şəkər səviyyəsini və iştahanı stabilləşdirməkdir. Bu dövrdə rasionda zülala (yumurta, kəsmik, yoqurt, toyuq, hinduşka, balıq, dəniz məhsulları, paxlalılar – əgər yaxşı qəbul edilirsə) və lifli qidalara (tərəvəz, göyərti, giləmeyvə, meyvə, bütöv taxıllar) üstünlük vermək lazımdır.

"İdmançı alkoqolu, həmçinin çox duzlu, yağlı, qızardılmış və şirini (gecə) istisna etməlidir. Struktur baxımından adi üç-dörd yemək. Vaxt üzrə xaos olmadan, emosional qəlyanaltılarsız. Psixika bayram günlərində çox rahatlaşıb, onu yenidən nəzarətə götürürük", – deyə o əlavə edib.

Qarında ağırlıq, az enerji və şişkinlik

Mütəxəssisin sözlərinə görə, qarındakı ağırlığa sakit gəzinti kömək edir – yeməkdən sonra və ya axşam 20-40 dəqiqə, həmçinin isti yeməklər: şorbalar, sıyıqlar, balıq, tərəvəzlər.

"Ultra-yağlı və yağ-şəkər kimi süni kombinasiyalar az olsun. Piroqlar, desertlər - bunların hamısı vəziyyəti ağırlaşdırır. Porsiyaları bir az kiçik etmək daha yaxşıdır, amma ehtiyac olarsa daha tez-tez yemək olar", - deyə o izah edib.

Ekspert həmçinin səhər gəzintisinin enerji bərpası üçün faydasını qeyd edib, çünki enerji pis yuxu, şəkər sıçrayışları, susuzluq, alkoqol və iltihabi yeməklər səbəbindən azalır.

"Oyanan kimi yeməyə tələsməyin - bir az gəzin, hərəkət edin. Sonra zülallı normal səhər yeməyi, yüngül salat. Qəhvə olar, amma su əvəzinə və yemək əvəzinə yox. Sadə karbohidratları səhər və ya günorta qəbul etmək daha yaxşıdır. Gecəyə qəti olmaz".

Dietoloq ayrıca olaraq şişkinlik mövzusuna toxunub. Onun sözlərinə görə, onlar daha çox duz, alkoqol, yuxusuzluq, sadə karbohidratların çoxluğu, qlikogen yığılması və hərəkətsizlik səbəbindən yaranır.

"Şişkinliyə qarşı 48-72 saatlıq planı saxlamaq vacibdir. Daha tez yatmaq. Müəyyən sayda addım atmağa başlamaq, məsələn, 10-12 min və ya nə qədər rahatdırsa.

Su artıq mayeni çıxarmağa kömək edir: nə qədər çox içsək, orqanizm bir o qədər aktiv suyu atmağa başlayır. Amma birdən-birə yox, gün ərzində bərabər içirik. Qidalanma – tərəvəzlər, zülal, normal karbohidratlar: az bişmiş düyü, qarabaşaq, kartof, meyvə. Duzu tam çıxarmırıq, amma azaldırıq. Ultra-emal olunmuş məhsulları – kolbasa, souslar, fastfud – istisna edirik. Adətən 2-3 günə vəziyyət normallaşır".

Məşqlərə nə vaxt qayıtmaq olar?

Məşqlərə qayıdışdan danışan Miron Şakira vurğulayıb ki, kaloriləri yandırmaq ümidi ilə "sonuna qədər" məşq qəti qadağandır. Hər şey bayramların necə keçməsindən asılıdır.

"Əgər sadəcə artıq yemək olubsa - alkoqolsuz və pis hal olmadan – sxem adətən belədir: birinci gün - gəzinti, yüngül mobilizasiya məşqi, dartınma, yüngül ümumi fiziki hazırlıq; ikinci gün – adi intensivliyin 60-70 faizi ilə məşq; üçüncü-dördüncü gün - 80–90 faiz; beşinci-yeddinci gün – tam qayıdış".

Əgər bayramlar alkoqol, pis yuxu, ağırlıq hissi, qeyri-adi təzyiq, taxikardiya, halsızlıq və ya sərxoşluqdan sonrakı vəziyyətlə müşayiət olunubsa, yanaşmada maksimum ehtiyatlı olmalıdır.

"İlk iki gün – yalnız gəzinti və çox yüngül aktivlik. Sonra 2–3 gün çox yüngül isinmə məşqləri. Və yalnız bundan sonra əvvəl dediyim sxemə tədricən giriş".

Ekspert həmçinin məşqlərə qayıdışda diqqət tələb edən "qırmızı bayraqlar" barədə xəbərdarlıq edib: "Sakit halda güclü taxikardiya, qeyri-adi təzyiq, baş ağrıları, zəiflik, başgicəllənmə, sinədə ağrı, mədə-bağırsaq traktı problemləri (pozğunluqlar, qəbizlik və s.)... Belə hallarda əvvəl qidalanmanı bərpa edirik, sonra gəzinti ilə halı normallaşdırırıq və yalnız bundan sonra məşqlərə qayıdırıq. Ciddi simptomlarda vəziyyəti mütləq məşqçi ilə müzakirə edin".

Miron Şakira üç günlük "anti-bayram planı" nümunəsini də paylaşıb (əgər alkoqol yüklənməsi olmayıbsa):

Birinci gün:
8-12 min addım və ya cəmi 40-60 dəqiqə gəzinti. Qidalanma: zülal, tərəvəzlər, yarmalar, kartof, meyvə. Su: gün ərzində bərabər olmaqla azı 1,5–2 litr. Tez yatmaq.

İkinci gün:
Yüngül güc məşqi və ya ümumi fiziki hazırlıq – 45-60 dəqiqə, tükənənə qədər işləmədən. Yüngül kardio – 20-30 dəqiqə. Rejim üzrə qidalanma.

Üçüncü gün:
Adi məşqə yaxın, amma 80–90 faizlə və rekordlarsız. Rejimi möhkəmləndirmək və əsas məşq rutininə tədricən qayıtmaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:08

Luis Enrike PSJ-dəki 127-ci qalibiyyəti barədə danışdı: “Bu, bəxtim gətirir”

Futbol
Bu gün, 03:37

Eto Real Madridə ilk gəlişində Barajas hava limanında kimsə tərəfindən qarşılanmadığını açıqladı

Futbol
Bu gün, 02:30

“Chelsea”nin keçmiş sahibi Roman Abramoviç Baku International Art Festivaldə ukraynalı model ilə göründü

Futbol
Bu gün, 01:58

Vilyarreal Ev Sahasında Espanyol'a 0-1 məğlubiyyət aldı

Futbol
Bu gün, 01:46

Elversberg ev sahəsində Mayntsı 4-1 məğlub etdi

Futbol
Bu gün, 01:40

Luis Enrike PSJ tarixində ən çox qələbə qazanan məşqçi rekordunu yenilədi

Futbol
Bu gün, 01:07

Osimhen atalıq etdi, ertəsi gün Qalatasaray formasında qol vurdu

Futbol
Bu gün, 00:56

‘Eqnatiya’ komandası Albaniya Superliqasında liderliyə qalxdı

Futbol
Bu gün, 00:49

Qızıl top: Keyn 28 xal fərq ilə Mbappeni öndə götürdü

Cüdo
Bu gün, 00:37

Hidayət Heydərov: Birləşmiş Ərəb Əmirliklərində 'Böyük Dəbilqə' turnirində bürünc medal qazanıb

Futbol
Bu gün, 00:23

"Milan" Adrien Rabio və Alfaco Sisse üçün maaşlarını artırmağa hazırlaşır

Futbol
Bu gün, 00:04

PSJ liderliyini qorudu, “Nitsa” 5-2 ilə Renn’i məğlub etdi

Futbol
Dünən, 23:54

Turan Tovuz 3-2 ilə Sabahı məğlub etdi - Video

Futbol
Dünən, 23:32

Xabi Alonso Estevao Villianın oyun vaxtı və ayrılma ehtimalı barədə açıqlama verdi

Futbol
Dünən, 23:01

Qalatasaray 4-0 məğlub etdikdən sonra liderliyi möhkəmləndirdi

Şahmat
Dünən, 22:53

WFCC Qran-prisinin finalında dünyanın güclü solvistləri 30 min avro mükafat fondu uğrunda mübarizə aparacaq

Basketbol
Dünən, 22:40

"Naxçıvan" basketbol klubunun baş məşqçisi Georgi Kondureseviç: "Qarşıdağımızın Orduya məğlubiyyəti psixoloji hazırlığın zəifliyi ilə bağlıdır"

Qarabağ FK
Dünən, 22:28

Qarabağ Rəhbəri: Dinamo Zaqreblə Səfər Oyununda Qələbə Qazanmaq Məqsədimiz Var

Futbol
Dünən, 22:21

Mançester Yunayted yanvarda transfer işlərinə başlayır, rəhbərlikdə qeyri-müəyyənlik qalır

Güləş
Dünən, 22:07

Estoniyada keçirilən turnirdə Azərbaycan güləşçiləri yeddi medal qazanaraq komanda hesabında birinci

Futbol
Dünən, 22:01

Kurban Berdıyev: Azərbaycan çempionuna qarşı düzgün köklənmək əsas idi

Futbol
Dünən, 21:56

Juventus, Atletico hücumçısı Aleksander Sörlotu hədəf alır

Futbol
Dünən, 21:39

Martines, dünya çempionatının finalında məğlubiyyəti və zədə səbəblərini açıqladı

Futbol
Dünən, 21:37

Kurban Berdiyev: "Sabah"a qarşı qalib gəldik, futbolçular özünü sübut etdi

Oxşar xəbərlər