top
Mingəçevir avarçəkmə üzrə “Prezident kuboku”na hazırdır İdman.biz
30 aprel 2024, 09:54
- ↺ +

Mingəçevir avarçəkmə üzrə “Prezident kuboku”na hazırdır

Ümummilli lider Heydər Əliyevin 101-ci il dönümünə həsr edilən avarçəkmə üzrə "Prezident kuboku-2024" beynəlxalq reqatasının başlamasına bir gün qalıb.

İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə keçirəcəyi yarışın təşkilatı işləri artıq başa çatıb. Mingəçevir şəhəri ənənəvi reqataya hazırdır.

Şəhərin mərkəzi küçələri reqatada iştirak edəcək ölkələrin bayraqları ilə bəzədilib. Lazımı təmizlik-abadlıq işləri aparılıb. Sakinlər hər il təşkil edilən "Prezident kuboku"nun şəhərdə əsl bayram ab-havası yaratdığını deyir. Ölkəmizdə avarçəkmə idmanının vətəni sayılan Mingəçevirdə hər kəs yarışların başlamasını gözləyir.

Yığma komandamızın üzvü Diana Dımçenkonun Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanması təşkil olunacaq reqataya xüsusi rəng qatır.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Prezident kuboku-2024" beynəlxalq reqatasına 20-dən çox ölkədən 30-a qədər komanda qatılacaq. Yarışlar mayın 1-i Suqovuşanda start götürəcək, 2-3 may tarixində Mingəçevir Kür Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.

Mayın 3-də Mingəçevirdə "Prezident kuboku-2024" beynəlxalq reqatasının bağlanış mərasimi olacaq. Bağlanış mərasimində əvvəlcə qaliblər mükafatlandırılacaq. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam edəcək. Müxtəlif musiqi nömrələri ilə yanaşı son illərin ən populyar ifaçılarından Hiss solo ifası ilə bağlanış mərasiminə rəng qatacaq. "Prezident Kuboku" reqatasına atəşfəşanlıqda yekun vurulacaq.

"Prezident kuboku" reqatası ardıcıl ikinci ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:00

Braziliya və Argentina U‑20 komandalarının Azərbaycan‑Özbəkistan çempionatı üçün vəsiqə mübarizəsi çətinləşir

Futbol
Bu gün, 11:30

UEFA Millətlər Liqası V turunun bu günkü oyunları

Futbol
Bu gün, 10:57

Enzo Fernandes: Argentina Uruguay qarşı 1:2 məğlubiyyət yaşadı, iki təsadüfi qol vuruldu

Futbol
Bu gün, 10:30

Real Madrid 19 yaşlı yarımmüdafiəçini UD Logroñes-dən qəbulu

Futbol
Bu gün, 10:17

Məhəmməd Salah Misir millisinin tarixində rekordlu bombardir oldu

Basketbol
Bu gün, 10:10

VII. Turda "Sabah" və "Neftçi" Milli Gimnastika Arenasında qarşı-qarşıya;

Futbol
Bu gün, 10:00

AFFA rəsmisi: Belə qələbələr millimizin özünəinamını artırır

Futbol
Bu gün, 09:56

Portuqaliya Danimarka ilə UEFA Millətlər Liqası pley-offında, Norveç Uelsi qəbul edəcək

Futbol
Bu gün, 09:48

Realın ulduzu Cud Bellinqem: Maşın sürə bilməyi, yemək bişirməyi bacarmır

Basketbol
Bu gün, 09:44

Azərbaycan qadın basketbol komandası bu gün İrlandiya ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Ukrayna iş adamı Konstantin Jevaqoyanın Parisdəki 40 milyon dollarlıq malikanəsi müsadirə edildi

Futbol
Bu gün, 09:15

"Bayer" İbrahim Mazanı üçün milyonluq müqavilə hazırlayır

Futbol
Bu gün, 08:40

Salah 70 qol rekorunu yenilədi

Futbol
Bu gün, 08:20

Didye Diqar 'Lans'ın baş məşqçisi təyin edilib

Futbol
Bu gün, 08:15

Münhenin Kim Min Ce transferi üçün üç klub yarışır

Futbol
Bu gün, 08:00

Dortmundun əsas sponsoru Rheinmetall ilə əməkdaşlığı dayandırıldı

Futbol
Bu gün, 07:09

“Atletiko”nun 11-ci forma rəqəmi Lukmanda da gözlənilən məhsuldarlığı verə bilmir

Futbol
Bu gün, 06:13

Real Madrid 18 yaşlı braziliyalı müdafiəçi Vitaonu transfer etmək istəyir

Futbol
Bu gün, 05:21

“Arsenal”ın 16 yaşlı ulduzu Maks Dauman İngiltərə U‑21‑də rekord qırdı

Futbol
Bu gün, 04:12

Şirer “Arsenal”ın əsas rəqibi “Brayton” olduğunu bildirdi

Futbol
Bu gün, 04:08

Azərbaycan milli komandası D Liqasının qrupunu lider olaraq başa çatdırdı

Futbol
Bu gün, 03:24

Azərbaycanda milli komanda Liechtensteinə 1:0 qalib gəldi

Futbol
Bu gün, 03:18

Andorra qapıçısı Xesus Ovono, futbolçu ölümünə səbəb olan toqquşma üçün 12 oyunluq diskvalifikasiya aldı

Futbol
Bu gün, 02:53

Ayxan Abbasov: "Bu qələbədə hücumda kəsərli deyilik"

Oxşar xəbərlər