top
Millimizin baş məşqçisi: “Onlar yaxşı performans göstərdilər” İdman.biz
18 iyul 2024, 09:10
- ↺ +

Millimizin baş məşqçisi: “Onlar yaxşı performans göstərdilər”

"Karateçilərimiz şəxsi görüşlərdə bir az zəif çıxış etsələr də, komanda yarışında yaxşı performans göstərdilər".

Bunu İdman.bizin Mişkolts şəhərinə ezam olunmuş əməkdaşına qadın karateçilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Şahin Xudaverdiyev deyib.

Təcrübəli mütəxəssis Azərbaycan İdman Akademiyasının Macarıstanda tələbələrin Avropa Universitet Oyunlarındakı çıxışını dəyərləndirib. O bildirib ki, rəhbərlik etdiyi komandanın karateçilərində ilk gündə adaptasiya ilə bağlı bir qədər çətinlik yaşansa da, tezliklə hər şey yoluna düşüb: "Özümüzdə də havaya görə yorğunluq vardı, orqanizm hardasa buna uyğunlaşa bilmirdi. Yarışın ikinci günü isə karateçilərimiz daha yaxşı çıxış etməyə başladılar. Kişilərdən ibarət komandamız finala yüksəldi, qadınlar bürünc medal qazandı. Həmçinin fərdi yarışda 1 tələbəmiz həlledici görüşə vəsiqə qazandı".

O, qadınlar arasında komanda yarışında Azərbaycan İdman Akademiyasının 1/4 finalda Pristina Universitetinə (Kosovo) məğlubiyyətinin səbəbini də açıqlayıb: "Hər şeyi düzgün qurmuşduq. Kiçik texniki səhvdən finala kimi irəliləyə bilmədik. Həm də boy fərqi öz sözünü dedi. Kosovolular çox hündür - təxminən 175-180 santimetr idilər. Bizim karateçilər isə 160-165 santimetr boya malikdirlər. Buna baxmayaraq, komandamız döyüşdü. Rəqib təmiz qələbə ilə deyil, xal hesabı ilə qalib gəldi. Hər halda, vətənə medalla qayıdacağıq. Üçüncü yer uğrunda yerli Macarıstan İdman Elmləri Universitetinə qalib gəldik".

Xudaverdiyev nəticənin onu qane etdiyini də deyib: "İstər qadınlar, istərsə də kişilərdən ibarət komandalarımızda əksəriyyət gənclərdir, tələbədirlər. Bəziləri belə böyük yarışa birinci dəfə qatılırlar, ilk addımlarını atırlar. Buna baxmayaraq, özlərini doğrultdular. Düzdür, çox medal gözləyirdik. Xüsusilə də kişilərdən. Amma təəssüflər olsun ki, adaptasiya problemi buna imkan vermədi. Bu gün daha iki finalımız olacaq. Ümid edirəm ki, bu döyüşlər uğurla bitəcək və bürünc medalla yanaşı, kolleksiyamıza 2 qızıl mükafat da əlavə edəcəyik".

Qeyd edək ki, bu gün Fərid Savadov (60 kq) kumitedə çempionluq görüşündə Andras Laslo (Korvinus Universiteti, Macarıstan) ilə, kişilərdən ibarət komandamız isə İstanbul Aydın Universiteti ilə üz-üzə gələcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:20

Manchester United futbolçuları təyyarədə münaqişədə düşdülər

Futbol
Bu gün, 12:10

Zidane: Mbappe zədə səbəbindən Fransa millisinin İtaliya ilə oyununu buraxacaq

Futbol
Bu gün, 12:00

“Neftçi” Seneqalli ilə yollarını ayırmağa hazırlaşıyor

Qarabağ FK
Bu gün, 11:58

Neftçi sabiq kapitanı Iqor Mitreski: Liderliyi tam sonuna qədər qorumaq vacibdir

Cüdo
Bu gün, 11:44

Bakıda region cüdoçularının təlim‑məşq toplanışı başladı

Gimnastika
Bu gün, 11:31

Azərbaycan gimnastları 32-ci Dünya Yaş Qrupları yarışı finalına çatdı

Voleybol
Bu gün, 11:28

Sportinq, Xilasediciyə məğlub olaraq Portuqaliyada məyusluqla qarşılandı

Futbol
Bu gün, 11:20

La Liqada son 10 mövsümdə bu qədər qol vurulmayıb

Voleybol
Bu gün, 11:13

‘Xilasedici’ baş məşqçisi: Yeni hədəflər üçün mübarizə davam edir

Gimnastika
Bu gün, 11:07

Ömər Qasımlı və Muhamməd Həsənli Çində dünya yaş qrupları gimnastikada finala vesiqə qazandı

Basketbol
Bu gün, 11:00

Gəncə, FIBA Avropa Kuboku üçün Türkiyə klubuna qarşı döyüşəcək

Futbol
Bu gün, 10:58

Hansi Flik, Rafael Nadal və Rodri Barselona'da xüsusi mükafat alacaq

Futbol
Bu gün, 10:40

Almaniyalı milli futbolçu Niklas Zülənin: Karyeram boyunca gündə üç pivə içdiyim

Digər
Bu gün, 10:38

Usman Nurməhəmmədov və Merab Dvalişvili Əbu-Dabidə saxlanıldı

Futbol
Bu gün, 10:22

Murad Məmmədov: 7 il sonra Emreliyə verdiyi sözünü yerinə yetirdi, milli komandaya qatıldı

Futbol
Bu gün, 10:20

Arsenal Aleks Skottu Qazanmağa Cəhd Etdi

Futbol
Bu gün, 10:11

Kevin De Bruyne PSV-yə transfer ola bilər

Futbol
Bu gün, 10:09

Barselona, Kamp Nouda 1500 kvadratmetrli kolumbarium tikləyəcək

Futbol
Bu gün, 10:00

Polşalı klub 'Sabah'ın futbolçusuna təklif etdi, amma o qapını bağladı

Basketbol
Bu gün, 09:54

LANDAU Lions baş məşqçisi: “Qələbəyə yaxın idik, amma müdafiədə səhvlər bizi məğlub etdi”

Futbol
Bu gün, 09:40

Bavariya Oskar Pituşevski üçün 60M avro təkliflə yenidən maraq göstərdi

Futbol
Bu gün, 09:39

Kriştianu Ronaldo Portuqaliyalı ulduz serialda aktyor olacaq

Futbol
Bu gün, 09:27

İngiltərə vs Xorvatiya, Türkiyə vs Belçika: Millətlər Liqası beşinci turu

Futbol
Bu gün, 09:23

400 milyon avro itirildi: Avropanın ən pis idarə olunan futbol klubu elan edildi

Oxşar xəbərlər