top
Neftçi sabiq kapitanı Iqor Mitreski: Liderliyi tam sonuna qədər qorumaq vacibdir Idman.biz
Bu gün, 11:58
- ↺ +

Neftçi sabiq kapitanı Iqor Mitreski: Liderliyi tam sonuna qədər qorumaq vacibdir

"Hansısa oyunçunu xüsusi dəyərləndirə bilmərəm".

Bunu "Neftçi" futbol komandasının sabiq kapitanı İqor Mitreski sportal.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Hazırda "Neftçi" çempionatın liderdir. Milli fasiləyə lider kimi yollandılar. Bu nəticə sizin üçün gözlənilməz olmadıki?

- Təbii ki, neçə ildən sonra komanda liderliyi ələ keçirib. Bu da onlar üçün yaxşıdır. Hər halda, bu mövsüm uğurlu çıxış edirlər. Komandaya uğurlar arzu edirəm. İnanıram ki, sona qədər liderliyini qoruyacaqlar.

- Yuri Vernidubun komandası əvvəlki illərdən nə ilə fərqlənir? İndiki komanda çox güclüdür?

- Fikrimcə, Vernidubun təyinatından sonra "Neftçi"də oyun intizamı yüksəlib. O, Ukraynada işləyib, mən də orada oynamışam. Orada daha çox intizam ön plandadır. "Neftçi" həm də psixoloji tərəfdən artırıb. Yəqin ki, baş məşqçi çox tələbkardır. Futbolçu seçimləri də yaxşıdır. Ona görə də komanda hazırda liderdir və Vernidubun istədiyi kimi oynayır.

- Çempionluğa əsas favorit olan "Sabah" həm də Çempionlar Liqasında iştirak edir, sıx qrafikdə, ikiqat təzyiqdə oynayır. "Qarabağ" isə əvvəlki kimi güclü görünmür. Bu məqamlar "Neftçi"yə kömək edir?

- Bəli, "Sabah"ı mən də izləyirəm. Onlara afərin, Çempionlar Liqasında əsas mərhələyə düşdülər. Yaxşı komandadır. Deyə bilmərəm ki, "Qarabağ" komanda kimi enişə gedib. Ancaq fikrimcə, "Sabah", "Qarabağ" və "Neftçi" çempionluq uğrunda mübarizə aparacaq. Çempionat uzundur, bəlkə "Sabah" yorğun oldu, ya da əksinə, daha yaxşı oynadı. Oyun praktikası daha yaxşı ola bilər. Hər halda, gedişatda görəcəyik. Mövsümün sonuna qədər çempionluq mübarizəsi gedəcək.

- Bu mövsüm "Neftçi"nin 90 illiyidir. "Neftçi"nin 90 yaşında çempion olması yəqin ki, daha yaxşı olardı?

- Bəli, bilirəm ki, bu il 90 illikləridir. Ümidvaram ki, komanda bütün azarkeşlərə, orada oynayan veteranlara, biz legionerlərə, orada işləmiş bütün insanlar üçün çempion olaraq, bunu bizə hədiyyə edəcək. Biz onlardan çempionluq gözləyirik. Rəhbərlik və baş məşqçi də bilir ki, 90 illikdir. Sadəcə çox istəyərdim ki, tribunada daha çox insan olsun, daha çox azarkeş komandaya dəstək göstərsin. Çətin olacaq. Amma futbolda asan heç nə olmur. Ümid edirəm ki, klub əvvəllər "Neftçi"də oynamış hamı üçün çempionluq hədiyyəsi edəcək. Baxacağıq və azarkeşlik edəcəyik.

- "Neftçi"nin heyətində daha çox hansı futbolçunu bəyənirsiniz?

- Hansısa oyunçunu xüsusi dəyərləndirə bilmərəm. Mənim üçün futbol hər zaman komanda oyunu olub. Hər şey də, kollektivdən asılı olacaq. İndiki durumda kimisə ayırmaq istəmirəm. Çünki mən karyeram boyu yalnız futbolun kollektiv oyunu olduğuna üstünlük vermişəm. İndi də Şimali Makedoniyanın gənclərdən ibarət yığma komandasının idman direktoruyam. Hər zaman da uşaqlara bunu deyirəm, futbol komanda oyunudur, hamı meydanda kollektiv üçün maksimumu verməlidir. Bu, fərdi idman oyunu deyil. Hər şey nə bir nəfərdən, nə də 11 nəfərdən ibarətdir, bəzən meydana sonradan çıxan ehtiyat oyunçu matçın taleyini həll edir. "Neftçi"yə uğurlar arzulayıram. Ümidvaram ki, hər şey yaxşı olacaq. Zamanım olarsa, Bakıya gələrək oyuna baxardım. İndi də baxıram. Amma daim baxmaq olmur. Vaxt olarsa, canlı izləyərəm "Neftçi"ni.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:00

“Neftçi” Seneqalli ilə yollarını ayırmağa hazırlaşıyor

Cüdo
Bu gün, 11:44

Bakıda region cüdoçularının təlim‑məşq toplanışı başladı

Gimnastika
Bu gün, 11:31

Azərbaycan gimnastları 32-ci Dünya Yaş Qrupları yarışı finalına çatdı

Voleybol
Bu gün, 11:28

Sportinq, Xilasediciyə məğlub olaraq Portuqaliyada məyusluqla qarşılandı

Futbol
Bu gün, 11:20

La Liqada son 10 mövsümdə bu qədər qol vurulmayıb

Voleybol
Bu gün, 11:13

‘Xilasedici’ baş məşqçisi: Yeni hədəflər üçün mübarizə davam edir

Gimnastika
Bu gün, 11:07

Ömər Qasımlı və Muhamməd Həsənli Çində dünya yaş qrupları gimnastikada finala vesiqə qazandı

Basketbol
Bu gün, 11:00

Gəncə, FIBA Avropa Kuboku üçün Türkiyə klubuna qarşı döyüşəcək

Futbol
Bu gün, 10:58

Hansi Flik, Rafael Nadal və Rodri Barselona'da xüsusi mükafat alacaq

Futbol
Bu gün, 10:40

Almaniyalı milli futbolçu Niklas Zülənin: Karyeram boyunca gündə üç pivə içdiyim

Digər
Bu gün, 10:38

Usman Nurməhəmmədov və Merab Dvalişvili Əbu-Dabidə saxlanıldı

Futbol
Bu gün, 10:22

Murad Məmmədov: 7 il sonra Emreliyə verdiyi sözünü yerinə yetirdi, milli komandaya qatıldı

Futbol
Bu gün, 10:20

Arsenal Aleks Skottu Qazanmağa Cəhd Etdi

Futbol
Bu gün, 10:11

Kevin De Bruyne PSV-yə transfer ola bilər

Futbol
Bu gün, 10:09

Barselona, Kamp Nouda 1500 kvadratmetrli kolumbarium tikləyəcək

Futbol
Bu gün, 10:00

Polşalı klub 'Sabah'ın futbolçusuna təklif etdi, amma o qapını bağladı

Basketbol
Bu gün, 09:54

LANDAU Lions baş məşqçisi: “Qələbəyə yaxın idik, amma müdafiədə səhvlər bizi məğlub etdi”

Futbol
Bu gün, 09:40

Bavariya Oskar Pituşevski üçün 60M avro təkliflə yenidən maraq göstərdi

Futbol
Bu gün, 09:39

Kriştianu Ronaldo Portuqaliyalı ulduz serialda aktyor olacaq

Futbol
Bu gün, 09:27

İngiltərə vs Xorvatiya, Türkiyə vs Belçika: Millətlər Liqası beşinci turu

Futbol
Bu gün, 09:23

400 milyon avro itirildi: Avropanın ən pis idarə olunan futbol klubu elan edildi

Futbol
Bu gün, 09:20

Aston Villa, müdafiəçi İan Maatsenlə müqaviləni 2032-yə qədər uzatdı

Futbol
Bu gün, 09:08

Zidan Juventus’da məşqçilik arzusu

Oxşar xəbərlər