top
Milli Olimpiya Komitəsində WAKO rəsmiləri ilə görüş olub Report.az
04 mart 2025, 18:17
- ↺ +

Milli Olimpiya Komitəsində WAKO rəsmiləri ilə görüş olub

Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) prezidenti Roy Beyker və qurumun vitse-prezidenti, Türkiyə Kikboksinq Federasiyasının prezidenti Salim Kayıcı ilə görüş olub.

"Report" xəbər verir ki, görüşdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev, federasiyanın birinci vitse-prezidenti Elşən Abdulrəhimov, vitse-prezident Eduard Məmmədov, MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev, beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov və mətbuat katibi Murad Fərzəliyev iştirak ediblər.

Qonaqları salamlayan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanda kikboksinqə böyük maraq olduğunu qeyd edib. Kompleks yarışlarda kikboksinq idman növünün təmsil olunduğunu deyən Çingiz Hüseynzadə bu idman növündə kifayət qədər uğurlar qazanıldığını diqqətə çatdırıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən WAKO-nun prezidenti Roy Beyker ölkəmizə səfəri barədə məlumat verib. Bakıda kadetlər, yeniyetmələr və gənclər arasında Avropa çempionatının keçirilə biləcəyini söyləyən WAKO prezidenti bunun üçün danışıqların yüksək səviyyədə davam etdiyini qeyd edib.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Avropa çempionatının Bakıda keçirilməsi ilə bağlı Milli Olimpiya Komitəsinin Kikboksinq Federasiyasına dəstək olacağını bildirib.

Görüşdə MOK-un baş katibi Azər Əliyev kikboksinq idman növünə ölkəmizdə diqqət göstərildiyini və bu idman növü üzrə təmsilçilərimizin Konya-2021 V İslam Həmrəyliyi Oyunlarında qazandıqları uğurlardan danışıb.

Görüş zamanı çıxış edən WAKO-nun vitse-prezidenti Salim Kayıcı Azərbaycan idmançılarının istər kikboksinq, istərsə də digər döyüş idman növlərində qazandıqları uğurların digər ölkələrə nümunə olduğunu bildirib.

2027-ci ildə Bakıda kikboksinq üzrə Avropa çempionatının keçirilməsi məsələsinin gündəmdə olduğunu deyən Salim Kayıcı sona qədər dəstək göstərəcəklərini qeyd edib.

Kikboksinq idman növünün ölkəmizdə populyarlığından danışan Kikboksinq Federasiyanın prezidenti Orxan Əliyev bu gün ölkəmizdə 200-dən çox klubun qeydiyyatdan keçdiyini və 10 mindən çox idmançının bu idman növü ilə fəal məşğul olduğunu deyib. O qeyd edib ki, 2027-ci ildə Bakının Avropa çempionatına ev sahibliyi etməsi və qitənin ən güclü döyüşçülərinin paytaxtımızda toplaşması diqqətləri ölkəmizə cəlb edəcək.

Görüşün sonunda xatirə şəkli çəkilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:13

"Turan Tovuz"un seneqallı hücumçusu İbrahima Vadji Fransa mətbuatında gündəmdədir

Futbol
Bu gün, 15:09

Veteran Tankçılar Gəncə"nin prezidenti hakimləri təhqir etdiyinə görə 8 oyuna cəzalandırılıb;

Futbol
Bu gün, 15:05

Arif Əsədov: “Sabah” Barselona ilə bərabər səviyyədə mübarizə apardı

Qarabağ FK
Bu gün, 14:58

“Qarabağ”ın 9 illik rekordunu “Sabah–Barselona” matçı qırmadı, “Sabah” üçüncü yerdədir

Futbol
Bu gün, 14:57

Mərakeş CAS-ın qərarına etiraz edəcək – Afrika MMC finalında qarşı-qarşıya vəziyyət

Futbol
Bu gün, 14:44

Mançester Yunayteddə zədə böhranı genişləndi

Futbol
Bu gün, 14:41

Manuel Noyerin həyat yoldaşı ilə ayrılmasının ardından yeni sevgilisi ilə İtaliya və Braziliyaya səfər

Futbol
Bu gün, 14:40

Tottenham 25 yaşlı Vangelis Pavlidisi Benfica təkliflə göndərəcək

Qarabağ FK
Bu gün, 14:40

“Zirə” ikiqolluq üstünlükdən sonra çətinliklərlə üzləşdi, “Şəfa” isə qalib gəlmək üçün risk etmək məcburiyyətində qaldı

Futbol
Bu gün, 14:29

Mingəçevinin baş məşqçisi Samir Məmmədov: "Karvan-Yevlax"a qalib gəlmək istəyirik, azarkeşlərimizi sevindirəcəyik

Futbol
Bu gün, 14:20

Nurlan Novruzov “Neftçi”də U‑12 komandası üçün məşqçi təyin olundu

Futbol
Bu gün, 14:20

I Liqada liderlər qrupundakı üç komandanın qarşılaşmalarından canlı yayım

Futbol
Bu gün, 14:20

Liverpul 42 milyon avro üçün mühafizəçini 60 milyon avroya geri almaq istəyir

Basketbol
Bu gün, 14:17

MBA Avropada 10 milyard avroluq basketbol arenası layihəsini açıqladı

Formula 1
Bu gün, 14:14

Telekanallar Qətər Grand Prix-də iştirak etməyəcək

Futbol
Bu gün, 14:12

"Bernli" İngiltərə futbolu tarixində yeni antirekord müəyyənləşdirdi

Futbol
Bu gün, 14:10

Azərbaycan I Liqasının IX turu başlandı: "Baku Sportinq"–"Şahdağ Qusar" və digər oyuncaqlar

Futbol
Bu gün, 14:00

Səbail

Futbol
Bu gün, 14:00

“Sabah”ın ulduz futbolçusu Qazaxıstan klublarına baxmayaraq Avropanı seçdi

Futbol
Bu gün, 13:47

«Beşiktaş» – «Qalatasaray» derbisinin hakimi Oğuzhan Çakır təyin olunub

Futbol
Bu gün, 13:45

Bavariya qapıçısı doğulandan sonra həyat yoldaşını atdı

Futbol
Bu gün, 13:40

"Napoli"nin qapıçısı Aleks Meretin müqavilə danışıqları dalana dirənib

Futbol
Bu gün, 13:35

Avropa Liqası və Konfrans Liqasının bugünkü matçları bu kanallarda canlı yayımda

Futbol
Bu gün, 13:35

İstanbul derbisini FIFA referisi Oğuzhan Çakır idarə edəcək;

Oxşar xəbərlər