top
Milli Olimpiya Komitəsində əməkdaşlıq memorandumu imzalanıb Report.az
09 yanvar 2025, 14:22
- ↺ +

Milli Olimpiya Komitəsində əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) ilə Azərbaycan Respublikası Kino Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.

"Report" xəbər verir ki, Milli Olimpiya Komitəsinin inzibati binasında keçirilən imzalanma mərasimində MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, MOK-un idman idarəsinin rəisi Həsənağa Rzayev, mətbut katibi Murad Fərzəliyev, Azərbaycan Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Sadıqov, Audiovizual sənayenin təhlili və strateji inkişafı şöbəsinin müdiri Rüfət Qarazadə, Azərbaycan Kinematoqrafçıları İttifaqı idarə heyətinin üzvü, Avrasiya Televiziya və Radio Akademiyasının akademiki Arzu Qulamov iştirak ediblər.

Əməkdaşlıq memorandumu Milli Olimpiya Komitəsi ilə Azərbaycan Kino Agentliyi arasında ölkə idmanı və idman nailiyyətlərinin kino vasitəsi ilə birgə təbliğini nəzərdə tutur.

Memorandumun imzalanmasının əsas məqsədi Azərbaycan kinosunda idman və olimpizm mövzusunda bədii, sənədli filmlərin ssenarilərin yazılması, qısa və tammetrajlı filmlərin çəkilməsi təşəbbüslərini dəstəkləmək, inkişaf etdirmək, beynəlxalq idman filmləri festivalının daimi keçirilməsi, Azərbaycanın müxtəlif bölgələrində və azad olunmuş ərazilərdə yaşayan vətəndaşlara idman filmlərini, sağlam həyat tərzini, olimpizm prisiplərini təbliğ etmək, müzakirələr və görüşlər təşkil etmək vəzifələrini özündə birləşdirir.

Mərasimdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə idman filmlərinin ölkəmizdə maraqla qarşılandığını söyləyib. "Biz bu işə Milli Olimpiya Komitəsi olaraq, çoxdan başlamışıq. Olimpiya çempionlarımız haqqında bir sıra filmlər çəkilib, paytaxda və bölgələrdə nümayiş olunub. İşğaldan azad olunmuş ərazilərdə Olimpiya çempionları ilə birlikdə belə filmləri nümayiş etdirmək builki planımıza daxildir. Çalışmalıyıq ki, çempionlarımızı gənc nəsilə tanıdaq. Film sahəsində "qadınlar idmanda" mövzusu da hər zaman maraq kəsb edir. Bu gün idmanda və həyatda böyük uğur qazanan qadınlar var. Onların keçdiyi həyat yolunun ekranlaşdırılması da maraqlı olardı. Bir sözlə, mövzular zəngindir. İnanıram ki, bundan sonra birlikdə səmərəli işlər həyata keçirə biləcəyik".

Azərbaycan Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Sadıqov isə idman mövzulu filmlərin çəkilməsinin zəruriliyini bildirib.

Qurum rəsmisi "Turan" Film Festivalının Laçın şəhərində keçiriləcəyini vurğulayıb. Orxan Sadıqov həmçinin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan idmançılardan bəhs edən silsilə sənədli filmlərin ərsəyə gəlməsinin əhəmiyyətindən danışıb.

Çıxışlar başa çatdıqdan sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Sadıqov əməkdaşlıq memorandumu imzalayıblar.

Mərasimin sonunda xatirə şəkli çəkdirilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:58

Bellingem Zinedini 50 Qolla Geridə Qoydu

Futbol
Bu gün, 19:58

Barselona, 70 milyon avro üçün Bastoninin transferi üçün danışıqları yenidən başlatdı

Futbol
Bu gün, 19:44

Estevao ‘Çelsi’də qalmağa qərar verdi, Alonso onun daha çox oynanacağına inanır

Qarabağ FK
Bu gün, 19:29

Gökdeniz Karadeniz: “Azərbaycan klublarının Avropada davamlı olaraq uğur qazanmasını arzulayıram”

Futbol
Bu gün, 19:28

Van Dayk: "VAR işləməyəcəksə, 50 kamera nə üçündür?"

Cüdo
Bu gün, 19:21

Xankəndidə 78 cüdoçu ilk dəfə kəmər dərəcəsi imtahanından keçdi

Digər
Bu gün, 19:12

FIFA, İnfantinonun 6,8 milyon manatlıq vergisini gizli razılaşma ilə ödəyib

Futbol
Bu gün, 18:59

Çelsi Aleks Skottu 100 milyon avroya transfer etmək istəyir

Cüdo
Bu gün, 18:55

Ağdamda ilk cüdo zalı istifadəyə verilib

Futbol
Bu gün, 18:49

Milan, Endrik transferi üçün Cerri Kardinalini maraqlandırır

Formula 1
Bu gün, 18:48

Andrea Kimi Antonelli 20 yaşında Formula 1 çempionu oldu

Cüdo
Bu gün, 18:41

Xankəndidə yeniyetmə cüdoçular üçün təlim seminarı keçirilib

Futbol
Bu gün, 18:34

“Barselona” qapıçısı Joan Qarsiya: Sevgilisi ilə dağda paylaşdığı fotolar komandada zarafat mövzusu oldu

Futbol
Bu gün, 18:29

Real Madrid braziliyalı hücumçunu icarəyə verəcək

Digər
Bu gün, 18:25

Ravin Alməmmədov dünya çempionatında 12-ci yerə yüksəldi

Futbol
Bu gün, 17:59

İmişli futbolçusu Seyxan Fərəcov özünə inamını vurğuladı

Digər
Bu gün, 17:55

Azərbaycanın idman dırmanması üzrə millisi üzvü Həvva Yambulatova 17 yaşında vəfat edib

Digər
Bu gün, 17:50

UFC-də mübarizə aparan brasiliyalı Luana Santos estetik əməliyyat üçün oktagondan fasilə alır

Futbol
Bu gün, 17:50

Misli Premyer Liqasında oktyabr ayının TOP-5 qolu açıqlanıb

Qarabağ FK
Bu gün, 17:47

Mahmud Qurbanov: Rəqabətin Artması Futbolumuzun İnkişafına Yönəldir

Futbol
Bu gün, 17:40

Nyukasl və Everton Qalatasarayın yarımmüdafiəçisi Qabriel Sara uğrundan mübarizədə

Qarabağ FK
Bu gün, 17:37

"Neftçi" Əvəzedicilər Liqasının 8-ci turunda "Qarabağ"ı 2:0 hesabı ilə məğlub etdi

Digər
Bu gün, 17:35

Rəvan Abbaszadə K-1 üzrə dünya çempionu oldu: Azərbaycan bayrağı ilə qeyd etdi, İDMAN.BİZ-ə müsahibə verdi

Futbol
Bu gün, 17:20

Bavariya direktoru Haaland transferini müzakirə etməyəcəklər

Oxşar xəbərlər