top
Millət vəkili: “Böyük idman uğurlarının təməlində ardıcıl dövlət siyasəti dayanır” Idman.biz
30 aprel 2026, 21:44
- ↺ +

Millət vəkili: “Böyük idman uğurlarının təməlində ardıcıl dövlət siyasəti dayanır”

"İctimai həyatın bütün sahələrində olduğu kimi, idmanda qazanılan uğurlar da yalnız o zaman davamlı xarakter daşıyır ki, idmançı dövlətin qayğısı ilə əhatə olunur. O, məşqçiləri və texniki heyətlə bir yerdə görəndə ki, çəkdiyi zəhmətə, qazandığı nailiyyətə təkcə doğmaları və yaxınları deyil, Dövləti də ən ali səviyyədə dəyər verir, bütövlükdə cəmiyyət onunla qürur duyur, idmançı bu halda növbəti qələbələrə ruhlanır".

İdman.Biz xəbər verir ki, bu sözlər Milli Məclisin deputatı, Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyevə məxsusdur.

Quliyevin sözlərinə görə, ötən il Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı iki min medalın 600-dən çoxunun məhz qızıl olması o deməkdir ki, təltifetmə mərasimlərinin hər birində Dövlətimizin Himni səsləndirilib, Azərbaycanın Dövlət Bayrağını fərqli millətlərdən olan azarkeşlər ayaqüstə alqışlayıb.

"Bütün bu uğurların təməlində idmanın inkişafı ilə bağlı ardıcıl dövlət siyasəti və hərtərəfli qayğısı dayanır. Ən başlıcası, idmançılarımız artıq yaxşı bilirlər ki, qalib Dövlətin və qalib Xalqın təmsilçisi kimi indi daha böyük məsuliyyət daşıyırlar.

Bir neçə gün əvvəl Albaniyanın paytaxtı Tiranada keçirilmiş yunan-Roma güləşi və sərbəst güləş üzrə Avropa çempionatında milli komandamızın birinci olması elə bu səbəbdən xüsusilə qürurvericidir. Prezident İlham Əliyevin idmançı və məşqçiləri şəxsən qəbul etməsi həm də o deməkdir ki, hətta dövrümüzün mürəkkəb çağırışları və bundan irəli gələn vaxt məhdudluğu belə, Prezidentin cəmiyyətin ayrılmaz hissəsi-idman ictimaiyyəti ilə mütəmadi görüşlərinə mane olmur.

Bu ənənənin və Azərbaycanın böyük idman ölkəsi kimi təşəkkül tapması siyasətinin də əsasını qoyan Ümummilli Lider Heydər Əliyev vaxtilə belə demişdi: "İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur".

Prezident İlham Əliyevin güləşçilərlə görüşü zamanı səsləndirdiyi bu açıqlama isə ictimai dəyərlərə yanaşmada mövqe ardıcıllığının, idman və idmançılarla bağlı fikir bütövlüyünün, dəyişməz dövlət siyasətinin təsdiqidir: "Hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu qələbə sevincini idmançılarımız xalqımıza bəxş edir və bu da öz növbəsində gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün çox önəmli amildir. İdman, ümumiyyətlə, cəmiyyətimizin ayrılmaz hissəsidir və xüsusilə son illər ərzində idmanda gedən müsbət proseslər, əlbəttə ki, hamımızı sevindirir".

Bu böyük sevinci Azərbaycan Karate Federasiyası da səmimi-qəlbdən bölüşür, güləşçilərimizi, məşqçi və texniki heyəti, Güləş Federasiyasını, Gənclər və İdman Nazirliyini bir daha təbrik edir, gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq", - millət vəkili deyib

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:12

Barcelonanın UEFA Çempionlar Liqası oyununda keçmiş narıncı formaya dönüşü

Futbol
Bu gün, 05:12

Manchester United, Borussia Dortmundun ulduz yarımmüdafiəçisinə 100 milyon avro qiymət təklif edir

Futbol
Bu gün, 04:17

Nevill: Manchester United‑un zəif mövsüm başlanğıcı və Carrick‑in gələcəyi üçün qırmızı xətt

Futbol
Bu gün, 03:48

Football Whispers “Borussiya”nın “Sabah” üzərində 3:1 hesabını proqnozlaşdırdı

Futbol
Bu gün, 03:12

Konseysau, Ronaldo və Jesús arasındakı münaqişəyə dair fikirlərini bildirdi

Futbol
Bu gün, 02:47

Dortmund rəhbəri “Sabah”ın gücünü etiraf edərək, Bakıdakı oyunda qələbə hədəfi qoydu

Futbol
Bu gün, 02:13

Borussiya Dortmundda Sabahla Çempionlar Liqası qarşılaşması öncəsi gərginlik

Futbol
Bu gün, 01:49

"RedBird Capital" qrupunun "Əl-Nəsr" klubunun 70% səhmlərini alma ehtimalı

Futbol
Bu gün, 01:28

Xetafe Rayo Valyekanoyla 1:1 hesabla bərabərlik qazanıb

Digər
Bu gün, 01:25

Teymur Fərəcov 8 saat 58 dəqiqə 8 saniyə ilə Ironman rekordunu yenilədi

Futbol
Bu gün, 01:05

Tottenhem Koventri Sitiyə qarşı 3:1 hesabı ilə qalib gələrək düşmə zonasını tərk etdi

Futbol
Bu gün, 00:31

Pirs Morqan Ronaldunun 255 avro cəriməsinə gülərək cavab verdi

Basketbol
Bu gün, 00:15

Tahir Baxşıyev: 75-100 məğlubiyyətdə səhvlər əsas rol oynadı

Futbol
Bu gün, 00:07

Həsən Nəzərli Türkiyədən geri dönəcək: Şamaxıya transferi gündəmdə

Basketbol
Dünən, 23:55

Sabah NTD-yə qələbə qazanıb

Futbol
Dünən, 23:48

Ronaldu 30 günlük diskvalifikasiyadan sonra sosial şəbəkədə paylaşım etdi

Futbol
Dünən, 23:38

Bursaspor 2:0 ilə Pendikspor'u məğlub etdi, Toral Bayramovun komandası liderlə xal fərqini minimuma endirdi

Futbol
Dünən, 23:34

Real Madridlə qarşıdurma səbəbindən Tebas vəzifəsindən uzaqlaşdırılma təhlükəsi altında

Futbol
Dünən, 23:19

Qalatasaray, Fransadakı etirazlar səbəbindən UEFA-ya rəsmi müraciət hazırlayır

Futbol
Dünən, 23:05

Məşhur şərhçi Derek Reyin Real Madrid vs. Sevilya qarşılaşmasına hazırlıq etdi

Şahmat
Dünən, 22:55

Gəncədə Fərid Orucov şahmat çempionu seçildi

Futbol
Dünən, 22:52

Trabzonspor Beşiktaş'ı 2:0 ilə məğlub etdi

Şahmat
Dünən, 22:51

Azərbaycan şahmat klubları Avropa Kubokunda iki qələbə qazandı

Futbol
Dünən, 22:41

Sabah – Borussiya qarşılaşması üçün azarkeşlərə pulsuz avtobuslar təşkil edildi

Oxşar xəbərlər