Fransa millisinin futbolçusu Kilian Mbappenin durumuna aydınlıq gəlib.
İdman.biz xəbər verir ki, Avstriya ilə oyunda burnu sınan forvard Düsseldorfda müqayinədən keçib.
Millisinin əsas ümidlərindən olan Kilianın əməliyyat olunmayacağı dəqiqləşib. O, qarşıdakı günlərdə müalicə alacaq və oyunlara xüsusi maskada çıxacaq.
Qeyd edək ki, AVRO-2024-ün ilk matçında Fransa Astriyanı 1:0 hesabı ilə məğlub edib.
İdman.biz