top
Laloviç İdman.bizin müxbirinə: “Stadnikin Parisdəki çıxışını izləməyə şad olacağıq” İdman.biz
05 avqust 2024, 16:57
- ↺ +

Laloviç İdman.bizin müxbirinə: “Stadnikin Parisdəki çıxışını izləməyə şad olacağıq”

"Mariya Stadnik əsl güləş əfsanəsidir. Ümid edirəm ki, o, yenidən Olimpiadada uğurla çıxış edəcək".

Bunu İdman.bizin müxbirinin sualını cavablandıran Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç deyib.

Paris-2024 Yay Olimpiya Oyunlarının güləş yarışlarının startı ərəfəsində keçirilən mətbuat konfransına qatılan funksioner Azərbaycan idmançısı Mariya Stadnikin həmişə sabit çıxışı ilə seçildiyini vurğulayıb: "Mariya Oyunlarda iki gümüş medal qazanaraq inanılmaz nəticə əldə edib. Onun yüksək səviyyədə çıxışını davam etdirməsi çox xoşdur. Biz hamımız Stadnikin Parisdəki çıxışını izləməyə şad olacağıq".

O, Olimpiadadakı iştirakçı ölkələrin sayına da toxunub: "Yay Oyunlarında 64 ölkədən güləşçilər iştirak edəcək. Təsnifat turnirləri kifayət qədər çətin keçdi. İdmançıların şanslarından yararlanması üçün bir neçə yarış baş tutdu. Düşünürəm ki, maraqlı mübarizənin şahidi olacağıq".

UWW rəhbəri Tokio və Paris Olimpiadalarının atmosferini də müqayisə edib: "Azarkeşlərin arenalara qayıtması yaxşı haldır. Onlarsız Tokioda çıxış etmək qeyri-adi idi. Maskalar keçmişdə qaldı, koronavirusun fəsadları aradan qaldırıldı. İndi Parisdə əsl idman bayramına baxacağıq".

O, həmçinin əlavə edib ki, Parisdən sonra qaydalarda dəyişikliklər ola bilər: "Biz hər şeyi düşünəcəyik, izləyəcəyik və təhlil edəcəyik".

Zəki Feyzullayev, Paris
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Dünən, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Dünən, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Futbol
Dünən, 20:19

Nenad Vukçeviç Azərbaycan U‑19 komandası 7:2 qələbəsindən sonra ikinci hissədə tempi azaldığını bildirib

Oxşar xəbərlər