top
“Kür” Azərbaycan çempionu olub İdman.biz
13 may 2024, 11:02
- +

“Kür” Azərbaycan çempionu olub

Kişi həndbolçuların Azərbaycan çempionu son turda müəyyənləşib.

İdman.biz xəbər verir ki, Mingəçevirin "Kür" Olimpiya İdman Tədris Mərkəzində keçirilən oyunda yerli "Kür"lə paytaxtın "Bakı" komandası qarşılaşıb.

Bu görüş ərəfəsində rəqibləri cəmi iki xal ayırırdı. "Kür" 28 xalla yarış cədvəlinin birinci, "Bakı" 26 xalla ikinci pilləsində qərarlaşmışdı. Şəxsi oyunlarda üstün olan paytaxt həndbolçular final xarakterli görüşdə qələbə sayəsində çempionluğu rəsmiləşdirəcəkdi. "Kür"ə isə bunun üçün heç-heçə də kifayət edirdi. Ernest Ağakişi ilə Famil Qasımovun idarə etdiyi oyunun deleqatları beynəlxalq dərəcəli hakimlər İsgəndər Əsgərovla Ələkbər Ağakişiyev olub.

Matça daha inamlı başlayan Mingəçevir həndbolçularının fəallığı bəhrəsiz qalmayıb. İlk dəqiqələrdən təşəbbüsə yiyələnməyə çalışan ev sahibi tədricən favorit statusunu təsdiqləməyə nail olub. Bu işdə komandanın qapıçısı Aleksandr Milinkoviçin də rolu az olmayıb. Bir neçə epizodda qapısını real qoldan xilas edən həndbolçu komanda yoldaşlarını qələbəyə ruhlandırıb. Yerli azarkeşlərin də güclü dəstəyi ilə irəli atılan "Kür" effektli hücumlar sayəsində ilk hissəni üstün tamamlamağı bacarıb – 11:7.

İkinci hissədə vəziyyəti dəyişməyə çalışan "Bakı" hücuma atılıb. Amma Sabir Nəzərəliyev və komanda yoldaşları rəqibin ciddi müqaviməti ilə üzləşiblər. Qapıçının inamlı oyunu və müdafiədəki intizamlı çıxışla diqqət çəkən "Kür" fərqin azalmasına imkan verməyib. Bu azmış kimi qonaqlar matçın son iki dəqiqəsini bir nəfər azlıqda mübarizə aparmalı olublar. Teymur Axundov komandasının onsuz da çətin vəziyyətini bir qədər də çətinləşdirib. Bundan layiqincə faydalanan ev sahibi üstünlüyü sonadək qoruyaraq oyunu qələbə ilə başa vurub -23:18 və "Kür" Azərbaycan çempionu adına yiyələnib.

Son oyunda uduzan "Bakı" yarışın gümüş, "Azəryol" komandası isə bürünc medalları ilə kifayətlənməli olub.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər