top
Köməkçim rəhbərliklə əlbir olub, mənim quyumu qazdı - İDMANDA QALMAQAL Lent.az
04 iyul 2024, 13:01
- ↺ +

"Köməkçim rəhbərliklə əlbir olub, mənim quyumu qazdı" - İDMANDA QALMAQAL

Tanınmış voleybol məşqçisi komandasından uzaqlaşdırılıb.

Məsələ ilə əlaqədar uzun illər Sumqayıt Regional Voleybol Klubunu çalışdırmış Dilqəm Qəhrəmanov apasport.az saytına açıqlama verib.

Sumqayıt Regional Voleybol Klubu şəhərin oğlanlardan və qızlardan ibarət yığma komandasıdır. Dilqəm Qəhrəmanov 16 ildir "gənclər şəhəri"nin uğurları üçün çalışır. 

Fəaliyyəti dövründə onun komandası çoxsaylı uğurlara imza atıb. Elə bir neçə ay öncə onun yetirmələri Azərbaycan birinciliyində bürünc medallara yiyələnib. Təcrübəli baş məşqçi həm oğlan, həm də qızlardan ibarət komandaya rəhbərlik edib. 

image

Dünən isə Sumqayıt təmsilçisinin rəhbərliyi onu istefa verməyə məcbur edib. Dilqəm Qəhrəmanov bunun səbəbini belə izah edir:

- Rəhbərlikdən mənə bildirdilər ki, qızlardan ibarət komandanı əlindən alıb, başqa məşqçiyə verəcəyik. Mən bu tələblə razılaşmadım. Axı bu uşaqlar hamısı mənim yetirmələrimdir, onların üzərində böyük əziyyətim var. Hətta uğurlarımıza görə onları yığma komandaya da dəvət ediblər. Məsələ burasındadır ki, mən öz yetirmələrimdən olan bir xanımı köməkçi təyin etmişəm. Həmin xanım da rəhbərliklə əlbir olub mənə quyu qazıb. İndi komandanı həmin xanıma vermək istəyirlər. 

image

Dilqəm Qəhrəmanovun dediyinə görə, onsuz komanda var ola bilməz. 

- Bu uşaqlar hamısı mənim yetirmələrim olduğu üçün valideynləri də mənə zəng edib dəstəklərini bildirdi. Mən harda olacamsa, yetirmələrim də orda olacaq. 16 ildir bu şəhərə xidmət edirəm, bundan sonra da bu yolda fəaliyyətimi davam etdirəcəm. Rəhbərliyin ədalətsizliyi çox pis təsir etsə də, məni ruhdan sala bilməz. 

Məsələnin məğzini ikinci tərəfin dilindən eşitmək üçün Sumqayıt Regional Voleybol Klubunun direktoru Azər Kərimovla əlaqə saxladıq. O, suallarımıza cavab verməkdən boyun qaçırdı və dəstəyi asmaqla kifayətləndi. 

image

Baş məşqçi özü də iddia edir ki, suallarımızın cavabsız qalmasının əsas səbəbi ortada ədalətsizliyin olmasıdır. 

- 16 illik əziyyətimdən sonra bu cür ədalətsizliyə məruz qalmağım, layiq olmadığım münasibəti görməyim rəhbərliyin suallara cavab verməməsinin əsas səbəbidir. Yenə deyirəm, mən Sumqayıt üçün, şəhərimizdə voleybolun inkişafı üçün bundan sonra da əlimdən gələni edəcəm.

image

Sumqayıt Regional Voleybol Klubu Azərbaycan Voleybol Federasiyasının nəzdindədir. Bu səbəbdən məsələni aydınlaşdırmaq üçün ən zirvəyə çıxdıq. Federasiyadan bizə bildirdilər ki, baş məşqçinin göndərilməsi klubun daxili məsələsidir, ortada hər hansı anlaşılmazlıq varsa, bunu rəhbərlik özü həll etməlidir. 

16 illik əziyyət, komandanın saysız-hesabsız uğurları, idmançıların valideynlərinin reaksiyası, Azər Kərimovun dəstəyi üzümüzə asması... Bütün bunlar ortada böyük ədalətsizliyin olduğunu təsdiqləmirmi?

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 18:36

IJF Zaqreb Qran-Prisində Uşanqi Kokaurinin əsas rəqibi Kənan Nəsibov olduğunu açıqladı

Minifutbol
Bu gün, 18:30

Futsal Yüksək və Birinci Liqaların 2026/2027 mövsümünün püşkatma mərasimi 19 noyabrda

Futbol
Bu gün, 18:29

Dirk Kuyt-ın Utrecht klubundan məşqçi təklifi

Futbol
Bu gün, 18:25

Lamin Yamal UEFA Millətlər Liqasının noyabr oyunlarını diz zədəsi səbəbindən buraxa bilər

Futbol
Bu gün, 18:12

Kristal Pelas baş məşqçisi Pyer Sajı cəmi 5 ay sonra azad etdi

Digər
Bu gün, 18:09

Azərbaycan karateçiləri Gənc və Uşaq İdmançılarından ibarət milliləri Tbilisidə "Tbilisi Open 2026" beynəlxalq turnirində mübarizə aparacaq;

Futbol
Bu gün, 18:02

Neftçi U-19-U-15 komandaları üçün antidopinq seminarı keçirildi

Futbol
Bu gün, 18:00

Bologna müdafiəçisi Xuan Miranda Juventusun radarına düşüb

Qarabağ FK
Bu gün, 17:56

“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Yassin Benzia “Moludiya”nın transfer hədəfi

Futbol
Bu gün, 17:43

Barselona"nın 19 yaşlı futbolçusu Mark Bernal valideynlərini işdən azad etdi

Futbol
Bu gün, 17:40

Danimarkalı mütəxəssis Tomas Frank, Crystal Palace baş məşqçisi ola bilər

Boks
Bu gün, 17:39

Gülər Hüseynova: Yeniyetmələrin Olimpiya Oyunlarında qadın boksunda gümüş medal qazanaraq tarixi imza atdı

Futbol
Bu gün, 17:33

Arsenal yetirməsi Cek Talbotla ilk peşəkar müqavilə imzaladı

Futbol
Bu gün, 17:28

Füzuli Məmmədov milli fasilədə test oyunları və hazırlıq planlarını açıqladı

Futbol
Bu gün, 17:20

PSV, De Bruyne-ı qış transferində almaq istəyir

Futbol
Bu gün, 17:13

Kristal Pelas" baş məşqçisi Pyer Sajla yolları ayırdı

Futbol
Bu gün, 17:13

MOİK "Sumqayıt"la yoxlama oyunu keçirəcək

Cüdo
Bu gün, 17:05

İşitmə qabiliyyəti məhdud idmançılar arasında cüdo üzrə Avropa çempionatında Azərbaycan ikinci pillədə qərara gəldi

Gimnastika
Bu gün, 17:00

Gəncə Olimpiya İdman Kompleksində Açıq Bölgə Bədii Gimnastika Yarışı

Qarabağ FK
Bu gün, 17:00

"Qarabağ"ın zədəlilərindən Bəhlul Mustafazadə qayıtdı, Elvin Cəfərquliyev isə "Kəpəz"ə qarşı oyun iştiraka bilməyəcək

Futbol
Bu gün, 16:55

Aden Makkarti: Atasının kölgəsində qalmaqla motivasiya tapır

Futbol
Bu gün, 16:41

Kristal Palas baş məşqçisini istifa etdirdi

Futbol
Bu gün, 16:32

Materatsi, Xesus de Miquelin ölümündən sonra Zidanla yaşadığı hadisəni xatırladı

Güləş
Bu gün, 16:24

Kanada 2027 Dünya Hokkey Çempionatında Rusiya Komandasını Qəbul Etməyəcək

Oxşar xəbərlər