top
İTV yayındakı problemə görə üzr istədi Sport24.az
15 iyul 2024, 17:12
- ↺ +

İTV yayındakı problemə görə üzr istədi

"İyulun 14-də Avropa çempionatının final oyununun yayımı zamanı şərhçimizin səsi və oyunun videogörüntüsü arasında bəzi epizodlarda uyğunsuzluq yaranıb. Buna səbəb AÇ-2024-də ilk dəfə olaraq şərhçinin səsinin internet, görüntünün isə peyk üzərindən ötürülməsi sisteminin tətbiqi olub". Sport24.az xəbər verir ki, bu barədə İctimai TV məlumat yayıb:

 

"Hörmətli tamaşaçılar, bildiyiniz kimi, İctimai Televiziya və Radio Yayımları Şirkəti Azərbaycanda AÇ-2024-ün rəsmi yayımçısı olub.

İyun ayının 14-dən etibarən bütün dünyanın diqqətlə izlədiyi bu idman turnirini biz də yüksək keyfiyyət və təqdimatda tamaşaçılarımıza nümayiş etdirdik.

Belə ki, çempionatın 51 oyununu milyonlarla tamaşaçı həm efirimizdən, həm də "youtube" kanalımızdan canlı olaraq izləyə bilib.

Azərbaycan televiziya məkanında ilk dəfə olaraq Avropa çempionatının final oyununu şərhçimiz Tural Dadaşov məhz oyun keçirilən stadiondan şərh edib.

Təəssüflə qeyd edirik ki, iyulun 14-də Avropa çempionatının final oyununun yayımı zamanı şərhçimizin səsi və oyunun videogörüntüsü arasında bəzi epizodlarda uyğunsuzluq yaranıb.

Buna səbəb AÇ-2024 -də ilk dəfə olaraq şərhçinin səsinin internet, görüntünün isə peyk üzərindən ötürülməsi sisteminin tətbiqi olub. Sözügedən sistemin tətbiqi nəticəsində çempionat zamanı bir sıra ölkələrin yayımçı telekanalları da eyni vəziyyətlə üzləşiblər.

Qeyd edək ki, efirdən əvvəl edilən test zamanı bu kimi problem qeydə alınmayıb.

Vəziyyətin yaranma səbəbkarı birbaşa İTV olmasa da, problemin aradan qaldırılması üçün tərəfimizdən müvafiq addımlar atıldı.

Təəssüf edirik ki, qısa müddət ərzində texniki nasazlığı aradan qaldırmaq mümkün olmayıb.

Belə bir mötəbər turnirin yayımında hər bir qüsurun izləyicilərin haqlı narazılıqlarına səbəb olduğunu anlayır və bir daha yaranmış vəziyyətdən narahatlıq yaşamış tamaşaçılarımızdan üzr istəyirik".

 

Qeyd edək ki, Avropa çempionatının final oyunu zamanı şərhçinin səsi və oyunun videogörüntüsü arasında bəzi epizodlarda uyğunsuzluq tamaşaçılarda narazılığa səbəb olub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 13:32

Mustafa Sek ‘Neftçi’de 20 dəqiqə oynadıqdan sonra komandadan ayrılmayacaq – KLUBDAN İDMAN.BİZ-Ə AÇIQLAMA

Futbol
Bu gün, 13:27

Difai məşqçisinin qırmızı kartı 1000 manat cəriməyə səbəb oldu

Futbol
Bu gün, 13:20

Cim Retkliffinin xərcləri azaltma tədbirləri "Mançester Yunayted" veteranlarının narazılığına səbəb olub

Futbol
Bu gün, 13:19

Mançester Yunayted Brentforddan Kollinzi və Fulhamdan Bassini almağa və başqa

Futbol
Bu gün, 13:16

Levandovskinin Skorupskinin çağırılmaması barədə iddiaları rədd etməsi və Koxalskinin Polşa millisinə davət edilməsi

Futbol
Bu gün, 13:01

Özbəkistan nümayəndə heyəti DÇ-2027 öncəsi “Neftçi”nin akademiyasında olub

Qarabağ FK
Bu gün, 13:00

Ramin Musayev: "Dambrauskasin bu qədər güclü mütəxəssis olduğunu gözləmirdim"

Güləş
Bu gün, 12:48

Mikayıl Cabbarov dünya çempionatı və gənclər Olimpiya oyunları uğur qazanan güləşçilərlə görüşdü

Voleybol
Bu gün, 12:43

"Ordu"nun baş məşqçisi Cavid Süleymanov: CEV Çelenc Kubokundakı qələbə bizi arxayınlaşdırmamalıdır;

Futbol
Bu gün, 12:40

Mənbə: Manuel Noyerin karyerası bu mövsümün sonunda başa çata bilər

Futbol
Bu gün, 12:39

AFFA İntizam Komitəsi: İki İcraçıyı Hakimə Təhqir üçün Cəzalandırdı

Futbol
Bu gün, 12:33

Vaqif Sadıqov U-17 yığmasının Almaniyanı 0:7 hesabıyla uduzmasının səbəblərini izah etdi

Futbol
Bu gün, 12:21

«Zirə»nin milli fasilədən sonra «İmişli»yə qarşı ilk matçı noyabrın 20-də olacaq

Futbol
Bu gün, 12:20

Manchester United futbolçuları təyyarədə münaqişədə düşdülər

Futbol
Bu gün, 12:10

Zidane: Mbappe zədə səbəbindən Fransa millisinin İtaliya ilə oyununu buraxacaq

Digər
Bu gün, 12:09

Yuliya Kərimova: "Qrup mərhələsinə yüksəlmək Azərbaycanın qadın voleybolu üçün mühüm hadisədir"

Futbol
Bu gün, 12:00

“Neftçi” Seneqalli ilə yollarını ayırmağa hazırlaşıyor

Qarabağ FK
Bu gün, 11:58

Neftçi sabiq kapitanı Iqor Mitreski: Liderliyi tam sonuna qədər qorumaq vacibdir

Cüdo
Bu gün, 11:44

Bakıda region cüdoçularının təlim‑məşq toplanışı başladı

Gimnastika
Bu gün, 11:31

Azərbaycan gimnastları 32-ci Dünya Yaş Qrupları yarışı finalına çatdı

Voleybol
Bu gün, 11:28

Sportinq, Xilasediciyə məğlub olaraq Portuqaliyada məyusluqla qarşılandı

Futbol
Bu gün, 11:20

La Liqada son 10 mövsümdə bu qədər qol vurulmayıb

Voleybol
Bu gün, 11:13

‘Xilasedici’ baş məşqçisi: Yeni hədəflər üçün mübarizə davam edir

Gimnastika
Bu gün, 11:07

Ömər Qasımlı və Muhamməd Həsənli Çində dünya yaş qrupları gimnastikada finala vesiqə qazandı

Oxşar xəbərlər