top
İngiltərənin tarixə düşən GÖSTƏRİCİLƏRİ İdman.biz
01 iyul 2024, 12:10
- ↺ +

İngiltərənin tarixə düşən GÖSTƏRİCİLƏRİ

AVRO-2024-ün 1/8 final mərhələsinin İngiltərə - Slovakiya matçı maraqlı məqamlarla əlamətdar olub.

İdman.biz xəbər verir ki, İFFHS qarşılaşmadakı seriya və rekordlarla bağlı hesabat hazırlayıb.

İngiltərə tarixində ilk dəfə ardıcıl iki Avropa çempionatının 1/4 finalına yüksəlib.

İngiltərə ardıcıl 4-cü dəfə final mərhələlərinin (dünya və Avropa) 1/4 finalına vəsiqə qazanıb.

İngiltərə baş məşqçisi Qaret Sautqeytlə Avropa çempionatlarında uduzmayıb: 7 qələbə və 4 heç-heçə.

Bu, Avropa çempionatları tarixində ən yaxşı baş məşqçi seriyasıdır.

İngiltərə Slovakiyaya heç vaxt uduzmayıb: 6 qələbə, 1 heç-heçə.

İngiltərə Avropa çempionatlarında 4-cü dəfə ilk qolu buraxdığı matçda qalib gəlib. AVRO-2004-də Xorvatiyanı 4:2, AVRO-2016-da Uelsi 2:1 hesabı ilə məğlub edən komanda AVRO-2020-də Danimarkadan üstün olub – 2:1.

Avropa çempionatları tarixində yalnız Fransa daha çox – 5 dəfə ilk qolu buraxdığı görüşdə qalib gəlib.

İvan Şrants Avropa çempionatlarının final mərhələsinin pley-offunda qol vuran ilk slovakiyalı olub.

İvan Şrants qol sayında AVRO-2024-ün bombardirləri Jorj Mikautadze və Camal Musialaya çatıb – hərəsi 3 top.

Cud Bellinqemin matçın startından 94 dəqiqə 34 saniyə sonra vurduğu qol İngiltərənin Avropa çempionatlarında əsas vaxtda vurduğu ən gec qoldur. Bu, komandanın matçdakı çərçivəyə ilk zərbəsindən sonra vurulub.

Bellinqemin qolu Avropa çempionatının pley-offunda komandasını məğlubiyyətdən xilas edən ən gec qoldur.

Əvvəlki rekord AVRO-2000-in finalında İtaliyaya 90+4-də qol vuran fransalı Silven Viltora məxsus idi.

Bellinqem 2023/24 mövsümündə ikinci hissəyə əlavə olunan dəqiqələrdə 6 qol vurub. Bunların 4-ü "Real", ikisi İngiltərə millisində qeydə alınıb. Bu qolların hamısı ya hesabı bərabərləşdirmək, ya da komandanı irəli çıxarmağa xidmət edib.

Bellinqem Avropa çempionatları tarixində başı üzərindək akrobatik zərbə ilə qol vuran 3-cü futbolçu olub. Antonio Konte (İtaliya) AVRO-2000-də Türkiyə, Derdan Şakiri (İsveçrə) AVRO-2016-da Polşaya belə qol vurub.

Harri Keyn Avropa çempionatları tarixinə əlavə vaxtda vurulan ən erkən qolun müəllifi kimi düşüb – 50-ci saniyə.

Bu, dünya və Avropa çempionatları tarixinə əlavə vaxtın ilk dəqiqəsində vurulan ikinci qol kimi düşüb. Net Lofrhaus (İngiltərə) DÇ-1954-də Belçikanın qapısına yol tapıb.

Keyn Avropa çempionatlarında iki oyunun əlavə vaxtında qola sevinən ilk futbolçudur. O, Danimarka ilə DÇ-2020-nin yarımfinalında da fərqlənib.

Keyn Avropa çempionatlarının əlavə vaxtında ən azı 2 qol vuran 3-cü futbolçudur. Dejo Novak (Macarıstan) AVRO-1964-ün Danimarka, Diter Müller (Almaniya) AVRO-1976-nın Yuqoslaviya ilə matçında 2 dəfə fərqlənib.

İngiltərə Avropa çempionatlarında başla 19-cu qolu vurub. Portuqaliyanın 15, İspaniya və Fransanın 13 qolu var.

Keyn İngiltərə millisindəki rəsmi turnirlərdəki matç sayında 79-a çatmaqla rekord vurub. O, Peter Şiltonu (78) arxada qoyub.

Qeyd edək ki, Slovakiyanın hesabı açdığı matçda İngiltərə əlavə vaxtda əzmkar qələbə qazanıb – 2:1.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:22

Messi üçüncü dəfə Lendon Donovan mükafatına namizəd, Qrizmann isə ilk dəfə namizəd

Futbol
Bu gün, 00:03

De Bruyne: "Arda Gülərin oyununa bütün məsuliyyəti verdik"

Digər
Dünən, 23:47

Yaponiyanın Miyadzaki şəhərində 14 noyabrda triatlon Dünya Kuboku mərhələsi baş tutacaq

Şahmat
Dünən, 23:33

Şahmatçılarımız Avropa çempionatında qızıl, gümüş və bürünc medalları qazandı

Futbol
Dünən, 23:26

Andorra qapıçısı Xesus Ovono’nun futbola qayıdışı qərarı özünə bağlıdır

Futbol
Dünən, 23:11

Harri Keyn İngiltərə millisində 36 illik Şilton rekordunu qırmağa hazırlaşır

Futbol
Dünən, 22:35

Argentina Millisinin Baş Məşqçisi Lionel Scaloni 2030-cu İlədək Müqaviləni Uzatdı;

Şahmat
Dünən, 22:27

Vüqar Rəsulovun Prezident Kubokundan şəxsi səbəblərlə imtina edəcəyi təsdiq olundu

Futbol
Dünən, 22:25

Gəncə Avropa Kuboku C qrupunda Türkiyə klubu 'Esenler Erokspor' ilə uduzdu

Futbol
Dünən, 22:17

Lixtenşteynə qalib gəlməklə qrup lideri olacağıq

Futbol
Dünən, 22:13

Xalilu Fadiqa Bakı U-15 Dünya Kuboku və Festivalına dair fikirlərini paylaşdı

Futbol
Dünən, 22:03

Milan Ramuşun transferi 86 milyon avroya qədər gələ bilər

Futbol
Dünən, 21:50

Ayxan Abbasov: Azərbaycan futbolçuları hazırkı mərhələdə yaxşı formadadır;

Boks
Dünən, 21:41

Macarıstan Boks Federasiyası Abdullayevin üstünlüklərini vurğuladı

Futbol
Dünən, 21:39

Toral Bayramov: "Səfərdə Lixtenşteyn yığmasına qalib gəlməyimizi istəyirik"

Futbol
Dünən, 21:32

PSJ, Arda Güleri'ni yüksək maaşla cəlb etməyi planlaşdırır

Basketbol
Dünən, 21:31

Gəncə Basketbolu: Azarkeşlərə Daha Yaxşı Oyun Göstərmək İstəyir

Digər
Dünən, 21:26

Futsal 2026/2027 mövsümünün açılış tarixi təyin edildi

Futbol
Dünən, 21:17

Flik Pedrinin oyun müddətini tənzimləyərək zədələrdən qoruyur

Futbol
Dünən, 21:03

Dayo Upamekano Konatenin Real Madriddeki çıxışını təriflədi

Futbol
Dünən, 20:48

Vernidub futbolçusuna oyun kəsimi təklif etdi – müdafiəçidən tənqid

Futbol
Dünən, 20:37

Bernalla, Barselona ilə 2031-ci ilədək müqavilə uzadıb

Futbol
Dünən, 20:27

Muslera üçün son oyun: Karyerasını bitirmə planı

Futbol
Dünən, 20:26

Kurtua: “Cud Bellinqem son dünya çempionatında İngiltərənin ən yaxşı futbolçusuydu”

Oxşar xəbərlər