top
İdman bürcü - Astroloji PROQNOZ: 5-11 avqust İdman.biz
04 avqust 2024, 10:44
- ↺ +

İdman bürcü - Astroloji PROQNOZ: 5-11 avqust

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.bizin təqdim etdiyi "İdman bürcü" müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, "İdman bürcü"nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç
Həftə ərzində işdə gözlənilməz dəyişikliklərdən qorxmayın. Bu, çox güman ki, uğura aparan yoldur. Müqavilə bağlayarkən maraqlarınızı nəzərə alın. Əgər bir şey almağı planlaşdırırsınızsa, bazar günü alış-veriş edin. Karate, basketbol, güləş, futzal və minifutbol idman növlərində uğurlar qazanmaq şansı böyükdür.

Buğa
Bu həftə yaxşı bir strateq olmağa çalışın. Qısamüddətli qazanc dalınca getməyin. Ulduzlar sizə kreditlə avtomobil və ya ipoteka ilə mənzil almaq barədə düşünməyi məsləhət görür. Sadəcə hər şeyi hesablamaq və şərtləri öyrənmək lazımdır. Cüdo, stolüstü tennis, gimnastika, karate və güləşlə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.

Əkizlər
Həftə maliyyə və peşəkar baxımdan uğurlu olacaq. Sizin üçün çox vacib məqsədlərə nail ola bilərsiniz, lakin bundan əvvəl onlar sizə əlçatmaz görünürdü. Bu günlərdə uğurlarınızın bol olacağı vəd edilir. İstirahətinizə diqqət yetirməyiniz məsləhətdir. Cüdo, sambo, tennis, basketbol həndbol və voleybolçular üçün yaxşı başlanğıc olacaq.

Xərçəng
Bu həftə planlarınızı həyata keçirməyə kömək edəcək yeni iş ortaqlarınız ola bilər. Çərşənbə və cümə axşamı kifayət qədər böyük məbləğdə maddi gəlirinizin olacağı gözlənilir. Cümə günü rəhbərlik tərəfindən müsbət xarakterizə edilməyiniz ürəyinizcə olacaq. Boks, futbol, cüdo, stolüstü tennis və şahmatla məşğul olanlar üçün uğurlar qaçılmazdır.

Şir
Həftənin bazar ertəsi və ya çərşənbə günü yeni nağd pul daxilolmaları ehtimalı var. Dost və ya qohumunuz tərəfindən maddi yardım istənilsə, imtina etməməyə çalışın. Həftənin sonunda maliyyə durumunuzda problemlər yaşana bilər. Üzgüçülük, atçılıq, voleybol, otüstü hokkey və qaçış növlərində uğurlar gözləniləndir.

Qız
Həftə ərzində işgüzar tərəfdaşlarla möhkəm əlaqələr qurmağa çalışın. Heç kimdən narazı qalmaq və ya şübhələnməyə dəyməz. Çünki, görüşəcəyiniz insanlar arasında işiniz üçün çox faydalı şəxslər ola bilər. Cümə axşamı maddi durumunuza müsbət təsir edəcək ciddi qərar qəbul etməli olacaqsınız. Həndbol, voleybol, stolüstü tennis, hokkey və basketbol növlərində hədsiz uğurlar gözlənilir.

Tərəzi
Həftənin çərşənbə axşamı gözlənilməz maliyyə problemləri yarana bilər. Partnyorlarınızın özünə inamsızlıq göstərərək sizi yarı yolda qoyması ehtimalı var. Bu həftə daha az xərcləməyə və daha çox qənaət etməyə çalışın. Həftə sonu dostlarınızın əhatəsində olmağınız əhvalınızı yüksəldəcək. Güləş, atletika, avarçəkmə, atıcılıq, çövkən və cüdo növləri ilə məşğul olanlar üçün şanslı həftədir.

Əqrəb
Həftə uğurlar vəd edir. Yeni sabit gəlir mənbəyiniz olacaq. Çərşənbə axşamı işgüzar tərəfdaşlarla maliyyə məsələlərini müzakirə etmək üçün əlverişli gündür. Cümə günü peşəkar bacarıqlarınızın işinizə müsbət təsirini görəcəksiniz. Futbol, cüdo, güləş, üzgüçülük və karate ilə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.

Oxatan
Bu həftə bacardıqca təmkinli olmalısınız. Maddi vəziyyətinizi yaxşılaşdırmaq üçün demək olar ki, hər hansı bir fürsətdən istifadə etmək yerinə düşər. Hər cür səy göstərsəniz, yaxşı nəticələr əldə edəcəksiniz. Üzgüçülük, karate, güləş, boks və şahmat idman növlərində bol-bol uğurlar vəd edilir.

Oğlaq
Həftə ərzində səbrinizi cilovlamağı bacarmalısınız. Bazar ertəsi və çərşənbə günü kredit götürməyiniz məsləhət deyil. Amma işinizi daha sərfəlisi ilə dəyişməyiniz olduqca mümkündür. Həftənin sonunda fırıldaqçıların telefon zəngləri istisna deyil. Çaqlışın, aldanmayasınız. Avarçəkmə, sambo, gimnastika və güləş növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.

Dolça
Həftənin ortalarında xüsusilə maliyyə vəziyyəti çox təhlükəli ola bilər. Həddən artıq ehtiyatlı olmağınız məsləhətdir. Hər an xərclər tələb edəcək işlərlə qarşılaşmaq ehtimalınız var. Cümə günü kiçik həcmdə nağd pul daxilolmaları mümkündür. Qılıncoynatma, güləş, avarçəkmə, atıcılıq, qaçış və velosiped idmanında nailiyyətlər qaçılmazdır.

Balıqlar
Həftə boyu işgüzar münasibətlərdə öz maraqlarınızı nəzərə alın, amma tərəfdaşlarınızın istəklərini də unutmayın. Əks halda sizi münaqişələr gözləyə bilər. Maddi vəziyyətiniz kifayət qədər sabit olacaq, amma yenə də bu, ümidlərinizi doğrultmayacaq. Bir az səbr edsəniz, uğurlu nəticənin şahidi ola bilərsiniz. Güləş, həndbol, voleybol, basketbol, futzal, və atıcılıq idman növlərində uğurlar vəd olunur.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Dünən, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Dünən, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Oxşar xəbərlər