top
Hidayət Avropanın ən yaxşı cüdoçusu seçildi Qol.az
27 aprel 2025, 00:00
- +

Hidayət Avropanın ən yaxşı cüdoçusu seçildi

Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə Avropa çempionatı çərçivəsində qala gecəsi baş tutub.

QOL.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, mərasimdə 2024-cü ilin yekunlarına əsasən Avropanın ən yaxşıları mükafatlandırılıb.

Olimpiya çempionumuz Hidayət Heydərov "İlin ən yaxşı kişi cüdoçusu" adına layiq görülüb. Ona mükafatı Avropa Cüdo İttifaqının (EJU) prezidenti Laslo Tot təqdim edib.

EJU-nun rəsmi saytında bu barədə yazılıb: "Bu idmançı yeniyetmə və gənc yaşlarında Avropa, dünya çempionu titullarını qazanaraq adından söz etdirmişdi. Zamanla öz potensialını reallaşdırmaqda qətiyyət göstərdi. 2024-cü ildə dördüncü dəfə Avropa çempionu oldu, ardınca dünya və Olimpiya çempionluqlarını qazandı. Bir ildə bu qədər böyük uğura imza atmaq nadir hadisədir. Bu möhtəşəm nailiyyətin sahibi isə Azərbaycan təmsilçisi Hidayət Heydərovdur".

Avropada "İlin ən yaxşı kişi məşqçisi" isə Azərbaycan millisinin baş məşqçisi və performans direktoru Riçard Trautman seçilib. Ona mükafatı Avropa Cüdo Birliyinin idman direktoru Aqron Kuka təqdim edib.

Millimizin çalışdırıcısı ilə bağlı yazılıb: "2024-cü ildə bu məşqçi iki Avropa, iki dünya və iki Olimpiya çempionluğu qazandıraraq hər xalq üçün böyük uğur sayılan bir nəticəyə imza atdı. Azərbaycan komandasının lideri həm rəhbərlik etdiyi idmançıların möhtəşəm nailiyyətləri, həm də Olimpiya ilində qazandığı şəxsi uğurlarına görə qürur duya bilər".

Qeyd edək ki, bu ilin fevralında Parisdə keçirilən tədbirdə həm Hidayət Heydərov, həm də Riçard Trautman dünya üzrə də ilin ən yaxşıları seçilmişdilər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
Bu gün, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
Bu gün, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
Bu gün, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
Bu gün, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Futbol
Bu gün, 00:11

Rodri "Barselona"ya keçəcək

Futbol
Bu gün, 00:05

“Liverpul” “Komo”nu yoldaşlıq oyununda məğlub edib

Futbol
Dünən, 23:55

Espanyol "Levante"ni darmadağın edib

Futbol
Dünən, 23:55

Zirə doğma meydanda Şəfanı məğlub edib

Futbol
Dünən, 23:26

Filipe Kandido: “Kaş Səbuhi belə etməzdi” - “Sumqayıt” “Neftçi”yə uduzdu

Futbol
Dünən, 23:14

Kriştianu Ronaldu: Futbolda son ilim

Futbol
Dünən, 22:59

Sumqayıt - Neftçi matçının videoçarxı

Futbol
Dünən, 22:50

Mahir Emreli ötürmə ilə fərqlənib, amma “Rakuv” məğlub olub

Futbol
Dünən, 22:40

Ramil Şeydayev “Soçi”də debüt etdi

Futbol
Dünən, 22:32

Mahir Emreli qol ötürməsi verdi, "Rakuv" məğlub olub

Boks
Dünən, 22:23

Azərbaycan boksçuları Avropa çempionatında 1/4 finala yüksəliblər

Digər
Dünən, 21:41

Azərbaycan gənclərinin badminton turniri qurtardı

Futbol
Dünən, 21:29

Rasinq Santander Vilyarreal ilə heç-heçə edib

Qarabağ FK
Dünən, 21:28

Qarabağ”ın rəqibi Konfrans Liqasına hazırlaşır

Futbol
Dünən, 20:59

Kriştiano Ronaldo futboldakı son mövsümündədir

Futbol
Dünən, 20:50

"Barselona" "Bazel"i darmadağın edib

Futbol
Dünən, 20:36

Marsel “Vest Hem” müdafiəçisini transfer edə bilər

Voleybol
Dünən, 20:29

“Ordu” voleybol klubuna yeni legioner

Futbol
Dünən, 20:10

AFFA baş katibi "Sumqayıt" - "Neftçi" oyununu izləyir

Oxşar xəbərlər