top
Gənclər və İdman Nazirliyi – 30!!! İdman.biz
26 iyul 2024, 09:07
- ↺ +

Gənclər və İdman Nazirliyi – 30!!!

Bu gün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi 30 illik yubileyini qeyd edir.

İdman.biz xəbər verir ki, iyulun 26-da nazirliyin yaranmasının 30 illiyi tamam olur.

Gənclər, İdman və Turizm Nazirliyi Ulu Öndəri Heydər Əliyevin 1994-cü ilin iyulun 26-da imzaladığı Fərmanla yaradılıb. 12 il sonra - 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunub. Həmin vaxt gənclər siyasətinin əsas icra orqanının yeni vəzifələri də müəyyənləşdirilib.

Ümummilli Lider Heydər Əliyev ölkəmizdə gənclər siyasətinin əsasını qoyub. O, gəncləri Azərbaycanın gələcək qurucuları adlandırır, həmişə onların imkan və bacarıqlarını yüksək qiymətləndirirdi. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması da bu sahədə vacib olan tədbirlərin həyata keçirilməsinə xidmət edib.

Müstəqil ölkəmizin gənclərinin ilk ümumrespublika forumunun təşkili, 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edilməsi, həmçinin dövlət proqramlarının qəbulu Ümummilli Lider Heydər Əliyev tərəfindən gənclərə göstərilən böyük qayğının təcəssümüdür.

Artıq Azərbaycanda dövlət gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələni yaşayır. Prezident İlham Əliyevin bu sahədə qəbul etdiyi qərarlar, Dövlət proqramları uğurla icra olunur, öz müsbət nəticələrini də verir.

18 il əvvəl dövlət başçımızın Fərmanı ilə yenidən təşkil olunan Gənclər və İdman Nazirliyi gəncliyin formalaşmasında və inkişafında, idmanın tərəqqisində əvəzsiz rol oynayan ən böyük qurumdur. Ölkə gəncləri də yaradılan bu əlverişli imkanlardan lazımınca bəhrələnərək Azərbaycana yeni-yeni uğurlar qazandırırlar. İndi Azərbaycanda çox sayda gənclər təşkilatı fəaliyyət göstərir, yüzlərlə, minlərlə gənc lider yetişib. Onlar müxtəlif sahələrdə Azərbaycanın inkişafında, dövlət siyasətinin uğurla həyata keçirilməsində, ölkəmizlə bağlı həqiqətlərin dünyanın diqqətinə çatdırılmasında böyük və çox vacib rol oynayırlar.

İdmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da dövlət gənclər siyasətində əsas yerlərdən birini tutur. Artıq ölkənin bütün bölgələrində yeni Olimpiya idman kompleksləri tikilərək istifadəyə verilib. 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin səyləri ilə Azərbaycan dünyanın aparıcı idman ölkələrindən birinə çevrilib. Təmsilçilərimizin Olimpiya və dünya çempionatlarında, müxtəlif nüfuzlu yarışlardakı çoxsaylı uğurlu çıxışları da bundan xəbər verir.

Azərbaycan 2015-ci ildə tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməklə dünya idmanına ən böyük töhfəsini verib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi 30 aylıq qısa bir müddətdə inanılmaz nailiyyətə imza ataraq bu mötəbər idman turnirini ən yüksək səviyyədə təşkil edib.

Ölkəmiz təkcə təşkilatçılığı ilə deyil, həm də idmançılarımızın uğurları ilə də Prezident İlham Əliyevin dediyi kimi, Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi. Belə mötəbər multiidman tədbirindən sonra 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadası, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2019-cu ildə Avropa Liqasının "Çelsi" və "Arsenal" arasında final qarşılaşması, XV Avropa Gənclər Olimpiya Festivalı, "Formula-1"ın Azərbaycan Qran-Priləri, 2021-ci ildə AVRO-2020-nin final mərhələsinin dörd oyunu də ölkəmizdə baş tutub.

Gənclər və İdman Nazirliyinin 30 illik uğurlu fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilir. İdmanın inkişafı və gənclərlə çoxşaxəli iş fəaliyyətinin həyata keçirilməsi, bu sahədə dövlət siyasətinin uğurla gerçəkləşməsini xüsusi qeyd etmək lazımdır.

Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir ki, bunu da Gənclər və İdman Nazirliyi yüksək səviyyədə həyata keçirir. Bu, sağlam və intellektual nəslin formalaşmasına xidmət edir və Azərbaycan gəncliyinin sabahına böyük inamla baxmağa zəmin yaradır.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:08

Zidan Juventus’da məşqçilik arzusu

Futbol
Bu gün, 09:00

Benfikanın 20 yaşlı argentinalı oyunçusuna 100 milyon avro dəyər qoyuldu

Futbol
Bu gün, 08:40

Valeryen İsmael 'Havr', Beşiktaş'ın keçmiş baş məşqçisini Fransa klubunun yeni məşqçisi olacaq

Futbol
Bu gün, 08:20

Fiorentina David de Xea ilə yollarını ayırmağı planlaşdırır

Futbol
Bu gün, 08:13

Pep Qvardiola ABŞ futbol millisinə rəhbərlik edə bilər

Futbol
Bu gün, 08:00

ABŞ Futbol Federasiyası Manchester United-dan 10 milyon dollar tələb edə bilər

Futbol
Bu gün, 07:09

Mançini Mbappe-nin zədələnməsindən risk etməməsini tövsiyə etdi

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Oxşar xəbərlər