top
Fərid Savadov: Mənim üçün rəqibin fərqi yoxdur İdman.biz
18 iyul 2024, 16:12
- ↺ +

Fərid Savadov: "Mənim üçün rəqibin fərqi yoxdur"

"Macarıstana qalib gəlmək üçün gəlmişdim. Bunu bacardığım üçün sevincliyəm".

Bunu İdman.bizin Mişkolts şəhərinə ezam olunmuş əməkdaşına Avropa Universitet Oyunlarında karate yarışlarının qalibi Fərid Savadov deyib.

60 kq-da bütün rəqiblərini məğlub edən Azərbaycan İdman Akademiyasının tələbəsi uğurunu dəyərləndirib. Yeniyetmələr və gənclər arasında iki dəfə Avropa və 1 dəfə dünya çempionu olan 19 yaşlı idmançı bildirib ki, yarış onun üçün çox da çətin keçməyib: "4 döyüşüm oldu. Onlardan ikinicisi - türkiyəli Burak Özdemirlə görüşdən öncə bir qədər həyəcan vardı. Çünki təcrübəli və yaxşı nəticələri olan rəqibdir. Amma gözlədiyim kimi olmadı. Görüş mənim üçün rahat alındı. Yekunda 3:1 hesabı ilə qalib gəldim. Ən çətin döyüş kimi isə yarımfinalda monteneqrolu Matija Boyiçlə mübarizəni fərqləndirərdi. Onunla qarşılaşmaq mənim üçün bir az narahat idi. Amma bu deuldən də üstün ayrıldım. Finalda da yerli Andras Laslonu məğlub edib, qızıl medala yiyələndim".

Gənclərdən ibarət yığmandan böyüklərə bir qədər öncə keçən 19 yaşlı Savadov uğura gedən yoluna da nəzər salıb: "Böyüklərdə ilk Avropa çempionatımda 5-ci yeri tutdum. Məhz burada medal qazana bilməməyim mənə əlavə ruh yüksəkliyi verdi. İnanıram ki, böyüklərdə də gənclərdə qazandığım titulları əldə etməyi bacaracam. Mənim üçün rəqibin fərqi yoxdur. Bütün döyüşlərə qələbə üçün çıxıram. Rəqibimin təcrübəli, təcrübəsiz və ya titullu, titulsuz olmasına heç vaxt fikir vermirəm".

Savadov növbəti hədəfini də açıqlayıb. O, oktabrda 20 yaşadək karateçilər arasında da qızıl medal qazanmaq arzusunda olduğunu bildirib: "Ardınca isə böyüklərdə titulları sıralamaq istəyirəm. Arzum ən yaxşı karateçilərdən biri olmaqdır".

Qeyd edək ki, Fərid bir qədər sonra başlayacaq komandalar arasında final mübarizəsində də rinqə çıxacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:00

“Neftçi” Seneqalli ilə yollarını ayırmağa hazırlaşıyor

Qarabağ FK
Bu gün, 11:58

Neftçi sabiq kapitanı Iqor Mitreski: Liderliyi tam sonuna qədər qorumaq vacibdir

Cüdo
Bu gün, 11:44

Bakıda region cüdoçularının təlim‑məşq toplanışı başladı

Gimnastika
Bu gün, 11:31

Azərbaycan gimnastları 32-ci Dünya Yaş Qrupları yarışı finalına çatdı

Voleybol
Bu gün, 11:28

Sportinq, Xilasediciyə məğlub olaraq Portuqaliyada məyusluqla qarşılandı

Futbol
Bu gün, 11:20

La Liqada son 10 mövsümdə bu qədər qol vurulmayıb

Voleybol
Bu gün, 11:13

‘Xilasedici’ baş məşqçisi: Yeni hədəflər üçün mübarizə davam edir

Gimnastika
Bu gün, 11:07

Ömər Qasımlı və Muhamməd Həsənli Çində dünya yaş qrupları gimnastikada finala vesiqə qazandı

Basketbol
Bu gün, 11:00

Gəncə, FIBA Avropa Kuboku üçün Türkiyə klubuna qarşı döyüşəcək

Futbol
Bu gün, 10:58

Hansi Flik, Rafael Nadal və Rodri Barselona'da xüsusi mükafat alacaq

Futbol
Bu gün, 10:40

Almaniyalı milli futbolçu Niklas Zülənin: Karyeram boyunca gündə üç pivə içdiyim

Digər
Bu gün, 10:38

Usman Nurməhəmmədov və Merab Dvalişvili Əbu-Dabidə saxlanıldı

Futbol
Bu gün, 10:22

Murad Məmmədov: 7 il sonra Emreliyə verdiyi sözünü yerinə yetirdi, milli komandaya qatıldı

Futbol
Bu gün, 10:20

Arsenal Aleks Skottu Qazanmağa Cəhd Etdi

Futbol
Bu gün, 10:11

Kevin De Bruyne PSV-yə transfer ola bilər

Futbol
Bu gün, 10:09

Barselona, Kamp Nouda 1500 kvadratmetrli kolumbarium tikləyəcək

Futbol
Bu gün, 10:00

Polşalı klub 'Sabah'ın futbolçusuna təklif etdi, amma o qapını bağladı

Basketbol
Bu gün, 09:54

LANDAU Lions baş məşqçisi: “Qələbəyə yaxın idik, amma müdafiədə səhvlər bizi məğlub etdi”

Futbol
Bu gün, 09:40

Bavariya Oskar Pituşevski üçün 60M avro təkliflə yenidən maraq göstərdi

Futbol
Bu gün, 09:39

Kriştianu Ronaldo Portuqaliyalı ulduz serialda aktyor olacaq

Futbol
Bu gün, 09:27

İngiltərə vs Xorvatiya, Türkiyə vs Belçika: Millətlər Liqası beşinci turu

Futbol
Bu gün, 09:23

400 milyon avro itirildi: Avropanın ən pis idarə olunan futbol klubu elan edildi

Futbol
Bu gün, 09:20

Aston Villa, müdafiəçi İan Maatsenlə müqaviləni 2032-yə qədər uzatdı

Futbol
Bu gün, 09:08

Zidan Juventus’da məşqçilik arzusu

Oxşar xəbərlər