top
Fərid Qayıbov: Həqiqi emosiyalar ayı - bu isti iyulu təsvir etmək üçün ən yaxşı ifadədir İdman.biz
07 avqust 2024, 21:22
- ↺ +

Fərid Qayıbov: "Həqiqi emosiyalar ayı - bu isti iyulu təsvir etmək üçün ən yaxşı ifadədir"

Avropa Gimnastikasının (EG) prezidenti Fərid Qayıbov Olimpiada ilə bağlı təəssüratlarını bölüşüb.

İdman.biz xəbər verir ki, o, rəhbərlik etdiyi qurumun saytında ənənəvi "Prezidentin qeydləri" rubrikasında Yay Olimpiya Oyunları və digər tədbirlərdən yazıb.

"Həqiqi emosiyalar ayı - bu isti iyulu təsvir etmək üçün ən yaxşı ifadədir. Olimpiya məşəli ilə işıqlandırılan Paris, nəhayət, dünya idman ulduzlarının çıxışlarını nümayiş etdirmək üçün pərdəni qaldırdı...

...Bəli, nəhayət, idmançıların və məşqçilərin seçmə yarışlarda iştirak edib, Parisə yollanmaq arzusu çox uzun çəkdi, hətta bu dövr 3 ili əhatə etsə belə", - deyə Qayıbov vurğulayıb.

O, gimnastika növləri arasında ilk olaraq idman gimnastlarının mübarizə start verdiyini bildirib.

"İstənilən idman tədbirinin gözəlliyi ondan ibarətdir ki, böyük azarkeş kütləsin öz sevimli idman növünü dəstəkləmək üçün toplaşır. Simona Baylz (ABŞ), Nina Derval (Belçika), Elefterius Petrunias (Yunanıstan) və Maks Uitlok (Böyük Britaniya) kimi 13 Olimpiya çempionunun çıxışını izləmək üçün bilet tapmaq həyəcanı çox şey deməkdir. Kütlənin arasında məşhurlar da görünürdü. Bu, idman intizamımız üçün çox yaxşıdır. Ümid edirəm ki, dünya və Avropa çempionatlarımızda məşhurların iştirakı davam edəcək və bu, gimnastikanın populyarlığının daha da artmasına töhfə verəcək.

İdmançılara nümayiş etdirdikləri möhtəşəm gimnastika şousuna görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Təsnifat mərhələsində həyəcan final təsiri bağışlayırdı. Qadınların idman gimnastikasında komanda yarışları son dərəcə maraqlı keçdi. ABŞ-ı təqib edən İtaliyanın qadınlardan ibarət komandası 96 ildən sonra gümüş medala sahib olub. Kişilər arasında çoxnövçülük yarışı da fərqlənib. Oka Şinosuke (Yaponiya) Oyunlarda debüt edərək Olimpiya çempionu oldu. İrlandiya üçün tarix üçqat Avropa çempionu Rike Makklenaqan idman atında əla çıxışla Olimpiya tituluna yiyələndi. Alis D Amato tirdə ölkəsinə olimpiada qızılı qazandırıdı", - deyə Avropa Gemnastikasının rəhbəri deyib.

O, batut yarışlarından da danışıb: "Mən dolu zalı görməkdən məmnun oldum. Qadınların yarışının favoritlərindən biri olan Brioni Peyc (Böyük Britaniya) Parisdə qızıl qazanaraq əvvəlki Olimpiya medalları dəstini tamamladı. İvan Litvinoviç (AIN) Parisdə Olimpiya titulunu qoruyub saxlaya bildi. Həm təsnifat, həm də final yarışları bir nəfəsdə keçdi".

Qayıbov vurğulayıb ki, çoxnövçülük yarışları digər idman növlərinin çıxışlarını görmək, həmkarlarla görüşmək, ünsiyyətdə olmaq və fikir mübadiləsi aparmaq, digər idman növlərində yenilikləri görmək və bu yeniliklərin tətbiq ediləcəyi təqdirdə gimnastikaya təsirini müzakirə etmək üçün gözəl imkan yaradır.

"Bütün həmkarlarımı, Milli Olimpiya Komitələrinin və gimnastika federasiyalarının prezidentlərini görəndə çox sevindim. Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvləri isə iyulun 30-dan avqustun 1-dək keçirilmiş növbəti iclasının gündəliyini bir daha müzakirə edəcəklər. Növbəti tsikl üçün Dünya kuboku və Çağırış Kubokları seriyası paylanmış, bədii gimnastika üzrə xüsusi hakimlik qaydalarına dəyişikliklər təklif edilmiş və Qaydalar Məcəlləsinə Əlavə təsdiq edilmişdir.

Olimpiya həyəcanı davam edir. Bədii gimnastikanın Paris Oyunlarında startı səbirsizliklə gözlənilir. Hər kəsə maraqlı Olimpiya Oyunlarının qalan günlərindən tam zövq almağı arzulayıram", - deyə Qayıbov yekunlaşdırıb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Dünən, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Dünən, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Futbol
Dünən, 20:19

Nenad Vukçeviç Azərbaycan U‑19 komandası 7:2 qələbəsindən sonra ikinci hissədə tempi azaldığını bildirib

Qarabağ FK
Dünən, 20:01

“Qarabağ” “Kəpəz” qarşılaşması üçün Azərsun Arena’da məşq başladı – FOTO/VİDEO

Oxşar xəbərlər